F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

26 

 

4.  Komissiyanın  iclasları,  adətən,  Birləşmiş  Millətlər 



Təşkilatının  mərkəzi  idarələrində,  yaxud  Komissiyanın 

qərarı ilə hər hansı digər münasib yerdə keçirilir. 

5.  Konvensiyanın  iştirakçısı  olan  dövlətlər  arasında 

mübahisə  Komissiya  yaradılmasına  gətirib  çıxardıqda, 

Konvensiyanın 10-cu maddəsinin 3-cü bəndinə müvafiq 

olaraq  təmin  edilən  Katiblik  Komissiyaya  da  xidmət 

göstərir. 

6.  Mübahisədə  tərəflər  olan  dövlətlər  Komissiya 

üzvlərinin bütün xərclərini Birləşmiş Millətlər Təşkilatı 

Baş  katibinin  təqdim  etdiyi  smetaya  əsasən  bərabər 

şəkildə ödəyirlər. 

7.  Baş  katib,  lazım  gəldikdə,  Komissiya  üzvlərinin 

xərclərini,  həmin  xərcləri  bu  maddənin  6-cı  bəndinə 

müvafiq  olaraq  mübahisənin  tərəfləri  olan  dövlətlər 

ödəyəndən əvvəl ödəyə bilər. 

8.  Komitənin  aldığı  və  diqqətlə  yoxladığı  informasiya 

Komissiyanın  sərəncamına  verilir  və  Komissiya 

məsələyə  dair istənilən informasiyanı  əldə etmək istəyi 

ilə maraqlı dövlətlərə müraciət edə bilər. 

Maddə 13 

1. Komissiya məsələni tam nəzərdən keçirdikdən sonra 

Komitə  sədrinə  tərəflər  arasındakı  mübahisənin  faktik 

cəhətlərinə  aid  bütün  məsələlər  barəsində  rəyindən  və 

mübahisənin  həlli  üçün  zəruri  saydığı  tövsiyələrindən 

ibarət məruzə təqdim edir. 

2. 


Komitənin 

sədri 


Komissiyanın 

məruzəsini 

mübahisədə iştirak edən dövlətlərin hər birinə göndərir. 

Bu dövlətlər üç ay ərzində Komissiyanın məruzəsindəki 

tövsiyələrlə  razı  olub-olmadıqlarını  Komitənin  sədrinə 

bildirməlidirlər. 




27 

 

3.  Bu  maddənin  2-ci  bəndində  nəzərdə  tutulan  müddət 



qurtardıqdan  sonra  Komitənin  sədri  Komissiyanın 

məruzəsini və maraqlı iştirakçı dövlətlərin bəyanatlarını 

Konvensiyanın  iştirakçısı  olan  digər  dövlətlərə 

göndərməlidir. 

Maddə 14 

1.  İştirakçı  dövlət  istənilən  vaxt  Komitənin,  onun 

yurisdiksiyası  hüdudlarında,  bu  Konvensiyada  ifadə 

olunmuş  hüquqlarından  hər  hansının  məlum  iştirakçı 

dövlət tərəfindən pozulmasının qurbanı olduqlarını iddia 

edən  ayrı-ayrı  şəxslərdən,  yaxud  şəxslər  qrupundan 

məlumat  almaq  və  onlara  baxmaq  səlahiyyətini  qəbul 

etdiyini  bəyan  edə  bilər.  Komitə  Konvensiyanın  belə 

bəyanat verməmiş iştirakçı dövləti haqqında bu qəbildən 

heç bir məlumat qəbul etməməlidir. 

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan bəyanatı 

verən  hər  bir  iştirakçı  dövlət  öz  yurisdiksiyası 

hüdudlarında  bu  Konvensiyada  ifadə  olunmuş 

hüquqlarından  hər  hansının  pozulmasının  qurbanı 

olduqlarını  iddia  edən  və  digər  mümkün  yerli  huquqi 

müdafiə  vasitələrini  tükəndirən  ayrı-ayrı  şəxslərdən, 

yaxud şəxslər qrupundan şikayət qəbul etmək və baxmaq 

üçün  səlahiyyətli  təsisat  yarada,  yaxud  öz  milli  hüquq 

sistemi çərçivəsindəki belə orqanı göstərə bilər. 

3.  Bu  maddənin  1-ci  bəndinə  müvafiq  olaraq  edilən 

bəyanat,  eləcə  də  bu  maddənin  2-ci  bəndinə  müvafiq 

olaraq  təsis  edilmiş,  yaxud  göstərilmiş  orqanın  adları 

müvafiq  iştirakçı  dövlət  tərəfindən  Birləşmiş  Millətlər 

Təşkilatının  Baş  katibinə  saxlanca  verilməlidir.  Baş 

katib  onların  surətlərini  qalan  iştirakçı  dövlətlərə 

göndərir. Bəyanat bu haqda Baş katibə xəbər verilməklə 

istənilən  vaxt  geri  götürülə  bilər.  Lakin  bu,  Komitənin 



28 

 

baxmaqda 



olduğu 

məlumatlara 

qətiyyən 

təsir 


etməməlidir. 

4.  Şikayətlərin  siyahısı  bu  maddənin  2-ci  bəndinə 

müvafiq  olaraq  təsis  edilmiş,  yaxud  göstərilmiş  orqan 

tərəfindən  tərtib  olunur,  bu  siyahının  təsdiq  edilmiş 

surətləri  isə  hər  il  müvafiq  kanallarla  Baş  katibə  təhvil 

verilir, həm də onların məzmunu aşkarlanmamalıdır. 

5. Şikayətçi  bu maddənin 2-ci  bəndinə müvafiq  olaraq 

təsis  edilmiş,  yaxud  göstərilmiş  orqanın  fəaliyyətindən 

narazı  qaldıqda,  altı  ay  ərzində  həmin  məsələni 

Komitəyə vermək hüququna malikdir. 

6.  a)  Komitə  aldığı  hər  bir  məlumatı  məxfi  qaydada 

Konvensiyanın  hər  hansı  bir  müddəasını  pozmaqda 

ittiham olunan iştirakçı dövlətin nəzərinə çatdırır. Lakin 

müvafiq  şəxsin,  yaxud  şəxslər  qrupunun  adları  onun, 

yaxud  onların  aydın  ifadə  edilmiş  razılığı  olmadan 

açıqlanmır.  Komitə  anonim  məlumatları  qəbul 

etməməlidir. 

b)  Bildiriş  almış  dövlət  3  ay  ərzində  Komitəyə  bu 

məsələni  və  həmin  dövlətin  görmüş  ola  biləcəyi 

tədbirləri  aydınlaşdıran  yazılı  izahat,  yaxud  bəyanat 

təqdim etməlidir. 

7.  a)  Komitə  məlumatı  maraqlı  iştirakçı  dövlətin  və 

ərizəçinin  onun  sərəncamına  təqdim  etdikləri  bütün 

məlumatları  nəzərə  almaqla  nəzərdən  keçirir.  Komitə 

şikayətçinin  bütün  mümkün  daxili  hüquqi  müdafiə 

vasitələrinin  tükəndiyini  müəyyən  etməyincə,  heç  bir 

şikayətçinin məlumatına baxmamalıdır. Lakin bu qayda 

həmin  vasitələrin  tətbiqi  həddən  artıq  ləngidildiyi 

hallarda tətbiq olunmur. 

b) Komitə, təklif və tövsiyələri olduqda, onları maraqlı 

iştirakçı dövlətə və şikayətçiyə göndərir. 



29 

 

8.  Komitə  öz  illik  məruzəsinə  bu  cür  məlumatların 



xülasəsini  və  lazım  gəldikdə,  maraqlı  iştirakçı 

dövlətlərin  izahat  və  bəyanatlarının  qısa  xülasəsini, 

habelə öz məxsusi təklif və tövsiyələrini də daxil edir. 

9.  Komitə  bu  maddədə  nəzərdə  tutulan  funksiyasını 

yalnız Konvensiyanın heç olmasa on iştirakçı dövləti bu 

maddənin 1-ci bəndinə müvafiq bəyanat verdiyi hallarda 

yerinə yetirə bilər. 

Maddə 15 

1.  Baş  Məclisin  1960-cı  il  14  dekabr  tarixli  1514(XV) 

nömrəli  qətnaməsi  ilə  qəbul  edilmiş  Müstəmləkə 

ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında 

Bəyannaməsinin  məqsədlərinə  nail  olunana  qədər,  bu 

Konvensiyanın müddəaları digər beynəlxalq sənədlərin, 

yaxud  Birləşmiş  Millətlər  Təşkilatının  və  onun 

ixtisaslaşmış  qurumlarının,  yaxud  digər  beynəlxalq 

sənədlərin  xalqlara  verdiyi  şikayət  hüququnu  qətiyyən 

məhdudlaşdırmır. 

2.  a)  Birləşmiş  Millətlər  Təşkilatının  bilavasitə  bu 

Konvensiyanın prinsip və məqsədlərinə aid məsələlərlə 

məşğul  olan  orqanları  qəyyumluq  altında  olan  və  özü 

tərəfindən  idarə  olunmayan  ərazilərin  və  1514(XV) 

nömrəli qətnamənin tətbiq edildiyi bütün digər ərazilərin 

əhalisinin  bu  Konvensiyada  nəzərdə  tutulan  və  həmin 

orqanlarda baxılmaqda olan məsələlərə dair şikayətlərini 

müzakirə edərkən, bu Konvensiyanın 8-ci maddəsinin 1-

ci  bəndinə  müvafiq  təsis  edilmiş  Komitə  onlardan 

şikayətlərin  surətlərini  alır  və  öz  rəy  və  tövsiyələrini 

onlara təqdim edir. 

b)  Komitə  Birləşmiş  Millətlər  Təşkilatının  səlahiyyətli 

orqanlarından  bilavasitə  bu  Konvensiyanın  prinsip  və 

məqsədlərinə  aid  olan  və  idarə  edən  dövlətlərin  bu 



Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə