F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

15 

 

praktikasını pislədiyini və Müstəmləkə ölkələrinə və xalqlarına 



istiqlaliyyət  verilməsi  haqqında  1960-cı  il  14  dekabr  tarixli 

Bəyannaməsində  (Baş  Məclisin  1514(XV)  nömrəli  qətnaməsi) 

bütün  bunlara  təcili  surətdə  və  qeyd-şərtsiz  son  qoyulmasının 

zəruriliyini  təsdiq  və  təntənəli  surətdə  elan  etdiyini  nəzərə 

alaraq, Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin bütün 

formalarının ləğv edilməsi haqqında 1963-cü il 20 noyabr tarixli 

Bəyannaməsində  (Baş  Məclisin  1904  (XVIII)  nömrəli 

qətnaməsi)  bütün  dünyada  irqi  ayrı-seçkiliyin  bütün  forma  və 

təzahürlərinin  tezliklə  ləğv  edilməsinin  və  şəxsiyyətin,  insan 

ləyaqətinin dərk edilməsinin və ona hörmətin təmin olunmasının 

zəruriliyinin təntənəli surətdə təsdiqləndiyini nəzərə alaraq, irqi 

fərqlərə əsaslanan hər hansı üstünlük fəlsəfəsinin elmi cəhətdən 

saxta,  əxlaqi  cəhətdən  çirkin,  sosial  cəhətdən  ədalətsiz  və 

təhlükəli olduğuna və irqi ayrı-seçkiliyə harada olursa-olsun nə 

nəzəri,  nə  də  praktik  baxımdan  bəraət  qazandırmağın 

mümkünsüzlüyünə  əmin  olaraq,  insanlara  irqinə,  dərisinin 

rənginə,  yaxud  etnik  mənşə  əlamətlərinə  görə  ayrı-seçkilik 

qoyulmasının millətlər arasında dostluq və sülh münasibətlərinə 

mane  olduğunu  və  xalqlar  arasında  sülh  və  təhlükəsizliyin, 

habelə  eyni  dövlət  daxilində  insanların  ahəngdar  birgə 

yaşayışının pozulmasına gətirib çıxara biləcəyini təsdiq edərək, 

irqi  əngəllərin  hər  hansı  insan  cəmiyyətinin  ideallarına  zidd 

olduğuna  əmin  olaraq,  dünyanın  bəzi  bölgələrində  hələ  də 

müşahidə  edilən  irqi  ayrı-seçkilik  təzahürlərindən,  habelə  irqi 

üstünlüyə,  yaxud  irqi  nifrətə  əsaslanan  dövlət  siyasətindən, 

məsələn, aparteid, seqreqasiya, yaxud ayrı-seçkilik siyasətindən 

təşviş keçirərək, irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərini 

tezliklə ləğv etmək üçün bütün zəruri tədbirləri görmək və irqlər 

arasında  qarşılıqlı  anlaşmaya  yardım  etmək  və  irqi 

seqreqasiyanın və irqi ayrı-seçkiliyin bütün formalarından azad 

beynəlxalq  birlik  yaratmaq  məqsədilə  irqi  nəzəriyyələrin 



16 

 

kökünü kəsmək əzmi ilə, Beynəlxalq Əmək Təşkilatının 1958-



ci ildə təsdiq etdiyi İşə götürmə və əmək sahəsində ayrı-seçkilik 

haqqında Konvensiyanı və Təhsil, elm və mədəniyyət məsələləri 

üzrə  Birləşmiş  Millətlərin  Təhsil,  Elm  və  Mədəniyyət 

Təşkilatının  1960-cı  ildə  təsdiq  etdiyi  Təhsil  sahəsində  ayrı-

seçkiliyin  qarşısının  alınması  haqqında  Konvensiyanı  nəzərə 

alaraq; Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin bütün 

formalarının  ləğv  edilməsi  haqqında  Bəyannaməsində  ifadə 

olunmuş  prinsiplərin  həyata  keçirilməsini  və  bu  məqsədə  nail 

olmaq üçün təcili praktik tədbirlərin görülməsini təmin etməyi 

arzulayaraq, aşağıdakılar barədə razılığa gəldilər: 



    I hissə 

Maddə 1 

1. Bu Konvensiyada «irqi ayrı-seçkilik» ifadəsi məqsedi, 

yaxud nəticəsi siyasi, iqtisadi, sosial, mədəni və ictimai 

həyatın  hər  hansı  digər  sahəsində  insanın  hüquq  və 

azadlıqlarının  bərabər  əsasda  tanınmasını,  istifadə 

olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya 

pisləşdirmək olan, irqi, dərinin rəngi, nəsil, milli, yaxud 

etnik 


mənşə 

əlamətlərinə  əsaslanan  hər  hansı 

fərqləndirməni,  istisnanı,  məhdudiyyəti,  yaxud  üstün 

tutulmanı bildirir. 

2.  Bu  Konvensiya  onun  iştirakçısı  olan  dövlətlərin  öz 

vətəndaşları ilə onların vətəndaşları olmayanlar arasında 

qoyduğu  fərqlərə,  istisnalara,  məhdudiyyətlərə,  yaxud 

üstün tutmalara şamil edilmir. 

3.  Bu  Konvensiyada  heç  nə  iştirakçı  dövlətlərin  milli 

mənsubiyyətə,  vətəndaşlığa,  naturalizasiyaya  dair 

qanunvericilik  müddəalarına  hansısa  şəkildə  təsir 

göstərmək  kimi  yozula  bilməz,  bir  şərtlə  ki,  belə 

qərarlarda  hər  hansı  müəyyən  milliyyət  barəsində  ayrı-

seçkilik nəzərdə tutulmasın. 




17 

 

4. Müstəsna olaraq, müdafiəyə ehtiyacı olan bəzi irqi və 



ya  etnik  qrupun,  yaxud  ayrı-ayrı  şəxslərin  lazımi 

tərəqqisini təmin etmək məqsədilə belə qrup və şəxslərin 

insan  hüquqlarından  və  əsas  azadlıqlardan  bərabər 

istifadə etməsinin təmin olunması üçün zəruri ola bilən 

xüsusi tədbirlərin görülməsinə ancaq bir şərtlə irqi ayrı-

seçkilik  kimi  baxılmır  ki,  belə  tədbirlər  müxtəlif  irqi 

qruplar üçün əlahiddə hüquqların saxlanılmasına gətirib 

çıxarmasın  və  onlar  hansı  məqsədlərlə  tətbiq 

edilmişdirsə,  həmin  məqsədlərə  nail  olunduqdan  sonra 

qüvvədə qalmasın. 



Maddə 2 

1. İştirakçı dövlətlər irqi ayrı-seçkiliyi pisləyir və təxirə 

salınmadan  bütün  mümkün  vasitələrlə  irqi  ayrı-

seçkiliyin  bütün  formalarını  ləğv  etmək  siyasəti 

yürütməyi və bütün irqlər arasında qarşılıqlı anlaşmaya 

yardım  göstərməyi  öhdələrinə  götürürlər  və  bu 

məqsədlə: 

a)  hər  bir  iştirakçı  dövlət  ayrı-ayrı  şəxslərə,  qruplara, 

yaxud  təsisatlara  münasibətdə  irqi  ayrı-seçkiliklə  bağlı 

heç bir hərəkət etməməyi və ya fəaliyyət göstərməməyi 

öhdəsinə  götürür  və  bütün  milli,  eləcə  də  yerli  dövlət 

orqanlarının və idarələrinin bu öhdəliyə müvafiq hərəkət 

edəcəklərinə təminat verir; 

b)  hər  bir  iştirakçı  dövlət  hər  hansı  şəxsin,  yaxud 

təşkilatın  həyata  keçirdiyi  irqi  ayrı-seçkiliyi  təşviq  və 

müdafiə  etməməyi,  yaxud  ona  dəstək  verməməyi 

öhdəsinə götürür; 

c)  hər  bir  iştirakçı  dövlət  hökumətin  milli  və  yerli 

miqyasda siyasətinə yenidən baxılması, habelə irqi ayrı-

seçkiliyin meydana gəlməsinə, yaxud hər hansı şəkildə 

möhkəmlənməsinə aparan hər hansı qanun və qərarların 



Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə