F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
1   2   3   4   5   6   7   8   9   10   11

12 

 

− Əmiqızı, bu da sənin üçün aldığım kiçik kölə.  



 Xədicə xanım sevgiylə Zeydin başını sığalladı. O gündən Zeyd 

onun yanında yaşamağa başladı. O,  Xədicə xanımı özünə ana 

hesab edirdi. O, nə desə yerinə yetirər, bir sözünü iki etməzdi. 

Qısa müddətdən sonra Xədicə xanım Peyğəmbərimizlə evləndi. 

Zeyd Peyğəmbərimizi öz atası kimi sevdi. Ona sevgi ilə xidmət 

etdi.  


     Zeydin  ata  və  anası  itmiş  oğullarını  axtarırdılar:  “Görəsən. 

Zeyd hardadır?”  

    Bir  gün  Zeydin  atası  və  əmisi  birlikdə  yola  çıxdılar. 

Soraqlaşıb  Zeydin  Məkkədə  olduğunu  öyrəndilər.  Uzun 

yolculuqdan  sonra Məkkəyə gəlib çatırlar.  

 Zeydin atası Peyğəmbərə dedi: 



IV  iştirakçı:  Ey  Məkkənin  ağası,  yanındakı  bu  uşaq  mənim 

oğlumdur. İstədiyin qədər pul verməyə hazıram. Ancaq oğlumu 

mənə qaytar.  

Peyğəmbərimiz yanında dayanmış Zeyddən soruşdu: 



V iştirakçı: Bunları tanıyırsanmı?  

Zeyd dedi:   

− Bəli, biri atam, biri də əmimdir.  

− Əgər uşaq  sizinlə  getmək istərsə, mane olmayacağam. Pul da 

istəmirəm.  

Peyğəmbərimiz

 

Zeydin başını sığallayaraq dedi: 



− Bala, atan və əminlə gedə bilərsən.  

Balaca  uşaq  sevgi  dolu  gözlərlə  əvvəl  atasına,  sonra 

Peyğəmbərimizə baxdı. Qərar verməyə çətinlik çəkirdi.  

Çox düşünmədi: 

− Ağam, mən səninlə qalmaq istəyirəm. 

Siz mənə ata kimi əzizsiniz. 

Bunu eşidən Zeydin atası çox hirsləndi. Qışqıraraq  dilləndi: 

− Demək, köləliyi seçirsən, ata-ananı yox. 

Zeyd atasının qəlbini qırmaq istəmirdi: 



13 

 

− Atacan, lütfən məni burada ağamın yanında saxlayın. 



Peyğəmbərimiz isə uca səslə dedi: 

− Bundan sonra Zeyd kölə deyildir. Oğlumdur.  

Zeydin atası və əmisi arxayınlıqla  evlərinə döndülər.  

Zeydin  günləri  Peyğəmbərimizin  şad-xürrəm  keçirdi.

 

Zeyd 


müsəlman  olduqdan  sonra  onun  yanından  heç  ayrılmadı.  O, 

bütün  ömrü  boyu  Peyğəmbərimizi  qorumaqdan  əl  çəkmədi. 

Peyğəmbərimiz  qırx  yaşına  çatanda  ona  Peyğəmbərlik  nazil 

oldu. Artıq Zeyd  də  böyümüş, yeniyetmə bir oğlan  olmuşdu. 

“La  iləhə  illəllah,  Mühəmmədən  Rəsullah”,  −  deyib  ilk 

müsəlmanlardan  oldu.

 

Bir  gün  Peyğəmbərimiz  İslamı  təbliğ 



etmək üçün Taif şəhərinə getdi. Lakin taiflilər Peyğəmbərimizə 

inanmayıb  onu  daşa    basdılar.  Zeyd  Peyğəmbərimizi  atılan 

daşlardan  qorudu.  Daşlar  Zeydin  üstünə  dolu  kimi  yağdı.  O, 

bədənindən  güclü  zədə  aldı.  Ancaq  o  çox  sevdiyi 

Peyğəmbərimizi  qorumaqdan əl çəkmədi. Peyğəmbərimiz ömrü 

boyu Zeydlə şəfqətlə rəftar etdi. Onun haqqında həmişə sevgi ilə 

danışdı. Zeyd Peyğəmbərimizi ata-anasından çox sevdi.  

Tədbirin  sonunda    kitabxanaçı  dinləyicilərə  bir  neçə  sual 

yönləndirir. Onlar aşağıdakılardır. 

  Suallar. 

1.

 



Yarmarkalar hansı şəhərdə keçirilirdi? 

2.

 



Kölə kimi satılan uşağın adı nə idi? 

3.

 



Zeyd haralı idi? 

4.

 



Zeyd kimin evinə gəldi? 

5.

 



Zeydin atası və əmisi onun harada olduğunu öyrəndilər? 

6.

 



Kim Zeydi özünə oğul kimi qəbul etdi? 

7.

 



Peyğəmbərimiz Peyğəmbərlik  nə zaman nazil oldu? 

8.

 



Zeyd hansı sözləri deyib müsəlman oldu? 

9.

 



Peyğəmbərimiz  İslamı  təbliğ  etmək  üçün  hansı  şəhərə 

getdi? 



14 

 

Suallara  əhatəli  və  səlis  şəkildə  cavab  verən  iştirakçılar 



mükafatlandırılır.  

      Mövzu  ilə  bağlı  keçirilən  tədbirlərdən  biri  də  yuxarı  sinif 

şagirdləri arasında keçirilən “İrqi Ayrı-Seçkilik problemi” adlı 

dəyirmi masadır. Tədbirdə Yuxarı sinif şagirdləri və ali məktəb 

tələbələri, ədəbiyyat müəllimləri və ümumilikdə oxucular iştirak 

edə bilər. Kitabxanaçı  gələn qonaqları salamladıqdan sonra öz 

məruzəsinə başlayır. 



Kitabxanaçı:  Hörmətli  dinləyicilər,  ilk  olaraq  sizlərə  “İrqi       

ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” olan 

yazını təqdim etmək istəyirəm.  

      Konvensiyanın iştirakçısı olan dövlətlər: 

    Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin hər bir insana 

məxsus olan ləyaqət və bərabərlik prinsiplərinə əsaslandığını və 

Təşkilatın  üzvü  olan  bütün  dövlətlərin  Birləşmiş  Millətlər 

Təşkilatının  vəzifələrindən  biri  olan  irqinə,  cinsinə,  dilinə  və 

dininə  görə  fərq  qoyulmadan  hamı  üçün  insan  hüquqlarına  və 

əsas azadlıqlara hamılıqla hörmət  edilməsinin və onlara riayət 

olunmasının  təşviq  edilməsinə  və  inkişafına  nail  olmaq  üçün 

Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq şəraitində birgə və 

müstəqil  fəaliyyət  göstərməyi  öhdələrinə  götürdüyünü  nəzərə 

alaraq, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin bütün 

insanların ləyaqətcə və hüquqca bərabər və azad doğulduğunu 

və  hər  bir  insanın  heç  bir  fərq,  o  cümlədən  irqinə,  dərisinin 

rənginə,  yaxud  milli  mənşəyinə  görə  fərq  qoyulmadan,  orada 

elan  edilən  bütün  hüquq  və  azadlıqlara  malik  olmasının 

vacibliyini bəyan etdiyini nəzərə alaraq, bütün insanların qanun 

qarşısında  bərabər  olduğunu  və  hər  cür  ayrı-seçkilikdən  və      

ayrı-seçkiliyə  təhrikdən  qanunla  bərabər  şəkildə  qorunmaq 

hüququ olduğunu nəzərə alaraq, Birləşmiş Millətlər Təşkilatının 

harada  və  hansı  formada  təzahür  etməsindən  asılı  olmayaraq, 

müstəmləkəçiliyi,  onunla  bağlı  seqreqasiya  və  ayrı-seçkilik 




Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə