F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə142/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   138   139   140   141   142   143   144   145   ...   161

 

715 


– Əzizim, bax sizin bu cür acıqlanmağınız heç də yaxşı 

deyil, heç də yaxşı deyil. Sizi himayə etmək istəyirlər, amma 

siz  azğınlıq  edirsiniz.  Siz  gərək  hələ  mənə  minnətdar 

olasınız:  –  mən  çoxdan  sizi  həbsxanaya  saldıra  bilərdim,  o 

cəhətdən  saldıra  bilərdim  ki,  siz  mənim  cavan  oğlumun 

əxlaqını  pozmusunuz,  onun  var-yoxunu  əlindən  almısınız, 

oğurlamısınız, – amma mən bunu etmədim… Hi-hi-hi-hi! 

Biz  bu  zaman  içəri  girirdik.  Mən  hələ  mətbəxdə  ikən 

otaqdan  səs  gəldiyini  eşidib  bir  anlığa  həkimi  saxladım, 

knyazın  son  cümləsinə  diqqətlə  qulaq  asdım.  Sonra  iyrənc 

bir qəhqəhə səsi, Nataşanın ümidsiz halda: “Ah, alla!” deyən 

fəryadını  eşitdim.  Elə  bu  anda  qapını  açıb  knyazın  üstünə 

cumdum. 

Mən onun üzünə tüpürdüm, gücüm yetdikcə sifətinə bir 

şillə vurdum. O istədi mənim üstümə atılsın, lakin bizim iki 

nəfər  olduğumuzu  görüb,  stol  üstündəki  pulu  qaparaq 

qaçmağa  başladı.  Bəli,  o  belə  bir  iş  tutmuşdu,  bunu  mən 

özüm  gördüm.  Mən  mətbəxdə,  stol  üstündən  qapıb 

götürdüyüm ütü ağacını onun dalınca atdım… Sonra yenə də 

otağa  yüyürüb  gördüm  ki,  həkim  Nataşanı  tutmuşdur: 

downloaded from KitabYurdu.org



 

716 


Nataşa, ürəkgetmə xəstəliyinə tutulmuş adam kimi çırpınır, 

onun  əlindən  çıxmağa  çalışırdı.  Biz  onu  xeyli  vaxt 

sakitləşdirə  bilmədik;  nəhayət,  onu  yatağında  uzandıra 

bildik; o sanki qızdırma içində idi, sayıqlayırdı. 

Mən qorxudan donub qalmışdım: 

– Doktor! Ona nə olub! 

Həkim: 

– Bir az dayanın, – dedi. – Qoy bir görüm hələ bu nə 



xəstəliyidir,  sonra…  amma,  ümumiyyətlə  desək,  vəziyyəti 

heç  yaxşı  deyil.  Hətta  bəlkə  qızdırdı  da…  Hər  halda,  bir 

tədbir görərik. 

Birdən ağlıma bir fikir gəldi. Həkimə yalvardım ki, iki-

üç  saat  Nataşanın  yanında  qalsın,  bircə  dəqiqə  də  onun 

yanından  tərpənməsin.  O  mənə  söz  verdi.  Mən  tez  evə 

getdim. 

Nelli  tutqun  və  həyəcanlı  halda  küncdə  oturmuşdu, 

qəribə  bir  nəzərlə  mənə  baxırdı.  Yəqin  mənim  özüm  də 

qəribə bir vəziyyətdə idim. 

Mən  Nellinin  əlindən  tutub,  divanda  oturdum,  onu 

dizimin üstünə qoyub bərk öpdüm. O qızardı. 

downloaded from KitabYurdu.org



 

717 


Dedim ki: 

–  Nelli,  mələyim!  Bizim  xilaskarımız  olmaq 

istəyirsənmi? Bizim hamımızı xilas etmək istəyirsənmi? 

O təəccüblə mənə baxdı. 

–  Nelli!  Bütün  ümid  indi  ancaq  sənədir!  Bir  kişi  var: 

sən onu görmüsən, tanıyırsan; o qızını qarğıyıb, dünən gəlib 

səndən  xahiş  edirdi  ki,  səni  öz  qızının  yerinə  aparsın.  İndi 

onun qızı Nataşanı (sən də deyirdin ki, onu sevirəm!) onun 

sevdiyi  oğlan  atıb  gedib:  Nataşa  həmin  bu  oğlandan  ötrü 

atasını atıb getmişdi. Bu oğlan, yadındadır, onda ki, axşam 

mənim  yanıma bir knyaz gəlmişdi ha, bir gün də gəlib səni 

evdə  görmüşdü,  sən  də  ondan  qaçmışdın,  sonra  da 

xəstələndin  ha,  bax,  həmin  knyazın  oğludur…  Sən  onu 

tanıyırsan! O zalım adamdır! 

Nelli diksindi və rəngi ağardı. 

– Tanıyıram, – dedi. 

–  Hə,  o  zalım  adamdır.  O,  Nataşaya  nifrət  edirdi,  ona 

görə  nifrət  edirdi  ki,  onun  oğlu  Nataşa  ilə  evlənmək 

istəyirdi.  Alyoşa  bu  gün  çıxıb  getdi;  o  gedəndən  bir  saat 

sonra knyaz Nataşanın yanına gəlib, onu təhqir etmişdir, onu 

downloaded from KitabYurdu.org



 

718 


həbsxanaya  saldırmaqla  hədələmiş,  ələ  salıb  gülmüşdür. 

Nelli, mənim dediyimi başa düşürsənmi? 

Nellinin  qara  gözləri  parıldadı,  lakin  elə  o  saat 

nəzərlərini yerə dikdi. 

Güclə eşidiləcək bir səslə pıçıldadı: 

– Başa düşürəm. 

– İndi Nataşa təkdir; xəstədir, bizim həkimi mən onun 

yanında  qoyub  tez  bura  gəldim.  Mənə  bax,  Nelli,  gedək 

Nataşanın  atasının  yanına:  sənin  ondan  xoşun  gəlmir,  sən 

onun evinə getmək istəmirdin; indi biz bir yerdə gedək. İçəri 

girəndə mən ona deyəcəyəm ki, indi Nelli Nataşanın əvəzinə 

sizin qızınız olmaq istəyir. Nataşanın atası xəstədir, ona görə 

ki,  Nataşanı  qarğıyıb,  bir  də  ona  görə  ki,  bu  yaxında 

Alyoşanın  atası  onu  bərk  təhqir  edib.  İndi  o  heç  qızı 

haqqında  bircə  kəlmə  də  söz  eşitmək  istəmir,  ancaq  onu 

istəyir,  çox  istəyir,  Nelli,  onunla  barışmaq  da  istəyir,  mən 

bunu  bilirəm,  mən  bütün  olan  şeyləri  bilirəm!  Bu  belədir!.. 

Nelli, eşidirsənmi? 

Yenə də o, bayaqkı kimi pıçıldayaraq dedi: 

downloaded from KitabYurdu.org




 

719 


–  Eşidirəm.  –  Mən  danışdıqca gözümdən yaş  sel  kimi 

axırdı. Nelli qorxa-qorxa mənə baxırdı. 

– Mənim dediklərimə inanırsanmı? 

– İnanıram. 

– Mən səninlə bir yerdə gedəcəyəm, səni oturdacağam; 

onlar  səni  qəbul  edəcək,  sənə  mehribanlıq  göstərəcəklər, 

səni danışdıracaqlar. Mən onda söhbəti elə quraram ki, onlar 

səndən  əvvəllər  necə  yaşadığını  soruşarlar:  sənin  anan 

barəsində,  baban  barəsində  suallar  verərlər.  Nelli,  sən 

bunları  mənə  necə  danışmısansa,  elə  də  onlara  danışarsan. 

Nə  olubsa,  hamısı  aç  de,  heç  bir  şey  gizlətmə:  o  zalım 

adamın sənin ananı atıb getdiyini, sənin ananın Bubnovanın 

zirzəmisində  öldüyünü,  ananla  bir  yerdə  küçələri  gəzib 

diləndiyini, ananın ölərkən sənə nə dediyini, səndən nə xahiş 

etdiyini  onlara  danış.  Baban  barəsində  də  danış.  De  ki,  o 

necə  sənin  ananı  bağışlamaq  istəmirdi,  anan  öləndən  qabaq 

necə  səni  onun  yanına  göndərdi  ki,  gəlib  onu  bağışlasın, 

amma  o  getməyib,  anan  da  ölüb.  Nə  varsa,  hamısını  danış! 

Bunları  danışanda  Nataşanın  atası  bu  şeyləri  öz  ürəyinə 

salacaq. O axı bilir ki, Alyoşa bu gün Nataşanı atıb getmiş, 

downloaded from KitabYurdu.org



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə