F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə149/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   145   146   147   148   149   150   151   152   ...   161

 

752 


gözünə yuxu gedəndə mən küçəyə çıxdım, babamın yaşadığı 

evə  tərəf  getdim,  onun  evinə  çatmamış,  körpünün  üstündə 

durdum. Bu zaman o adam gəldi... 

–  Bu  adam  Arxipovdur,  Nikolay  Sergeiç,  bu  barədə 

mən  sizə  danışmışdım.  Bu  həmin  adamdır  ki,  bir  nəfər 

tacirlə Bubnovagildə idi, orada onu bərk döymüşdülər. Nelli 

onda bunu birinci dəfə görürdü... Nelli, danış! 

–  Mən  onu  saxlayıb  bir  manat  gümüş  pul  istədim.  O 

mənə baxıb soruşdu: “Bir manat gümüş pul?” Mən də dedim 

ki:  “Bəli”.  O  gülüb  mənə  dedi:  “Gedək  mənimlə”.  Mən 

bilmirdim gedim, ya yox. Birdən qızıl gözlüklü bir qoca kişi 

bizə  yaxınlaşdı.  O  mənim  bir  manat  gümüş  pul  istədiyimi 

eşidibmiş,  mənə  tərəf  əyilib  soruşdu  ki,  sən  niyə  ancaq  bir 

manat  istəyirsən?  Mən  də  dedim  ki,  anam  xəstədir, dərman 

almağa  bu  qədər  pul  lazımdır.  O  soruşdu  ki,  siz  harada 

yaşayırsınız? Mən yaşadığımız yeri dedim, o da yazdı, mənə 

bir  manat  pul  verdi.  O  biri  adam  gözlüklü  qocanı  görən 

kimi, çıxıb getdi, daha  məni çağırıb  aparmadı. Mən  dükana 

gedib  manatı  qara  pula  xırdaladım,  onun  otuz  qəpiyini 

kağıza büküb anam üçün saxladım, on dörd şahısını kağıza 

downloaded from KitabYurdu.org



 

753 


bükmədim, qəsdən ovucumda sıxıb babamın yanına getdim. 

Ora  çatan  kimi,  qapını  açıb  astanada  durdum,  qolaylanıb 

ovucumdakı pulu onun üstünə atdım, pullar otağa səpələndi. 

– Alın, – dedim, – bu da sizin pulunuz! Sizin pulunuz 

anama lazım deyil, çünki siz onu qarğıyırsınız. 

Qapını çırpıb tez getdim. 

Anna Andreyevna Nikolay Sergeiçə baxmadan, Nellini 

bərk-bərk özünə sıxaraq dedi: 

–  Lap  yaxşı  eləmisən,  ona  elə  lazımdı!  Sənin  baban 

daşürəkli zalım adammış... 

Nikolay Sergeiç: 

– Bəli... – deyərək səsləndi. 

Sonra Anna Andreyevna səbirsizliklə soruşdu: 

– Bəs sonra nə oldu, sonra nə oldu? 

–  Mən  daha  babamın  yanına  getmədim,  o  da  mənim 

yanıma gəlmədi. 

– Bəs sizin halınız necə oldu? Ax, yazıqlar, yazıqlar! 

Nelli: 


– Anamın halı daha da pis oldu, indi o yataqdan çox az 

qalxırdı,  – deyərək sözünə  davam  etdi, onun səsi titrəyirdi, 

downloaded from KitabYurdu.org



 

754 


qırılırdı. – Pulumuz da daha heç yox idi, mən kapitan arvadı 

ilə dilənməyə getdim. O, evlərə gedib dilənirdi, küçələrdə də 

yaxşı  adamları  saxlayıb  sədəqə  istəyirdi,  bununla  da 

yaşayırdı. O mənə deyirdi ki: “Mən dilənçi deyiləm, mənim 

elə  kağızlarım  var  ki,  orada  rütbəm  yazılmışdır,  kasıb 

olduğum  da  yazılmışdır”.  Bu  kağızları  adamlara  göstərirdi, 

bunun  üçün  də  ona  pul  verirdilər.  O  mənə  deyirdi  ki, 

hamıdan  dilənmək  ayıb  deyil.  Mən  onunla  bir  yerdə 

dilənməyə  gedirdim,  bizə  sədəqə  verirdilər,  biz  də  bununla 

yaşayırdıq. Anam bunu bildi, çünki kirayənişinlər onu “sən 

dilənçisən” deyə məzəmmət eləməyə başladılar. Bubnova da 

anamın yanına gəlib deyirdi ki: “Sən onu dilənməyə nahaq 

qoyursan,  mənim  yanımda  qoysan  yaxşıdır”.  O  əvvəllər  də 

anamın  yanına  gələrdi,  ona  pul  verərdi.  Anam  ondan  pul 

almayanda  o  deyirdi  ki:  “Siz  niyə  belə  lovğasınız!”  Yemək 

də  göndərirdi.  İndi  o  gəlib  məni  anamdan  istəyəndə,  anam 

qorxub ağladı, Bubnova da ona pis-pis sözlər dedi, çünki o 

kefli  idi,  bunu  da  dedi  ki,  sənin  qızın  onsuz  da  dilənçidir, 

kapitan arvadı ilə dilənməyə gedir. Elə o axşam da kapitan 

öz  arvadını  evdən  qovdu.  Anam  bunları  biləndə  ağlamağa 

downloaded from KitabYurdu.org



 

755 


başladı,  sonra  birdən  yatağından  qalxıb  geyindi,  qolumdan 

yapışıb məni özü ilə apardı. İvan Aleksandrıç onu saxlamaq 

istədi, anam onun sözünə qulaq asmadı, biz də çıxıb getdik. 

Anam  güclə  yeriyirdi,  tez-tez  küçədə  otururdu,  yeriyəndə 

mən  onun  qolundan  tuturdum.  Anam  elə  deyirdi  ki,  mən 

babamgilə  gedirəm,  məni  onun  yanına  apar.  Hava  çoxdan 

qaralmışdı. Birdən biz gəlib böyük bir küçəyə çıxdıq, burada 

bir  evin  qabağında  çoxlu  kareta  dayanırdı,  karetalardan  da 

çox adam düşürdü, bütün pəncərələrdən işıq gəlirdi, musiqi 

səsi  eşidilirdi. Anam  dayandı, mənim  qolumdan  tutub  dedi: 

“Nelli,  kasıb  ol,  ömrünün  axırına  kimi  kasıb  ol,  onların 

yanına getmə, kim gəlsə, kim çağırsa, getmə! Sən də orada 

ola bilərdin, varlı olardın, yaxşı geyinərdin, ancaq mən bunu 

istəmirəm.  Onlar  zalım,  daşürəkli  adamlardır.  Mənim  sənə 

tapşırığım  budur:  kasıb  ol,  işlə,  dilən,  kim  səni  gəlib 

aparmaq  istəsə,  de  ki,  mən  sizin  yanınıza  getmək 

istəmirəm!..” – Nelli həyəcandan titrədi, üzü qızararaq əlavə 

etdi: – Anam xəstə olanda mənə belə dedi, mən də ömrümün 

axırına  kimi  onun  sözündən  çıxmaq  istəmirəm.  Nə  qədər 

ömrüm  var  –  qulluq  eləyəcəyəm,  işləyəcəyəm,  sizin  də 

downloaded from KitabYurdu.org



 

756 


yanınıza  qulluq  eləməyə,  işləməyə  gəlmişəm,  mən  varlı 

adamların qızı kimi olmaq istəmirəm... 

Anna  Andreyevna  onu  bərk-bərk  qucaqlayaraq 

həyəcanla dedi: 

–  Sən  nə  deyirsən,  nə  deyirsən,  can  bala,  sən  nə 

deyirsən! Anan bu sözləri sənə deyəndə xəstə imiş. 

Nikolay Sergeiç sərt bir ifadə ilə: 

– Dəli imiş... – dedi. 

Nelli birdən ona tərəf döndü: 

–  Qoy  dəli  olsun,  qoy  dəli  olsun!  Ancaq  o  mənə  belə 

tapşırıb,  mən  də  bütün  ömrüm  uzunu  o  deyən  kimi 

eləyəcəyəm.  Anam  bu  sözləri  mənə  deyəndə  hətta  özündən 

də getdi. 

Anna Andreyevna: 

– Ah ilahi! – dedi. – Özü də xəstə, küçədə, qışın günü!.. 

–  Bizi  polis  idarəsinə  aparmaq  istədilər, bir  ağa bizim 

harayımıza  çatdı,  aparmağa  qoymadı.  Məndən  harada 

yaşadığımızı  soruşdu,  mənə  on  manat  pul  verdi,  öz 

sürücüsünə əmr etdi ki, bizi evimizə aparsın. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə