157
körpə uşaqlarım var!.. Anna Andreyevna, deyirsən belə
eləyim? Bunu istəyirsən?
Anna Andreyevna qorxudan get-gedə daha artıq
titrəyərək dedi:
– Atam... Mən heç bir şey istəmirəm! Dilim dinc
durmadı, dedim. Əgər bununla səni acıqlandırdımsa, bağışla
məni, ancaq çığırma.
Mən yaxşı bilirdim ki, Nikolay Sergeiçin, öz zavallı
rəfiqəsinin tökdüyü gözyaşını, keçirdiyi iztirabı görərək
ürəyi sızıldayır, bütün varlığı alt-üst olur. Mən bilirdim ki,
Anna Andreyevnadan daha çox, o iztirab çəkir, ancaq o
özünü saxlaya bilmirdi. Bəzən ən xoş təbiətli, lakin zəif
əsəbli adamlarda belə bir hal olur: onlar nə qədər xoş təbiətli
olsalar da, öz kədər və hiddətlərinə qapılır, bundan hətta
həzz alırlar. Onlar hər necə olsa, heç təqsiri olmayan, çox
vaxt da ən yaxın adamlarına, lap onları incitməli də olsalar,
ürəklərindəkini açıb söyləmək istəyirlər. Məsələn,
qadınlarda elə bir hal olur ki, heç kəs onları incitməsə də,
heç bir bədbəxtlik üz verməsə də, bəzən onlar incimək,
bədbəxt olmaq ehtiyacını hiss edirlər. Bir çox kişilər var ki,
downloaded from KitabYurdu.org
158
bu cəhətdən qadınlara oxşayırlar, lakin onlar heç də zəif kişi
deyillər, qadınlıq hissləri də onlarda çox azdır. Qoca
Nikolay Sergeiç də dalaşmaq ehtiyacını hiss edirdi, lakin
bundan özü də iztirab çəkirdi.
Yadımdadır, o saat ağlıma belə bir şey gəldi: bəlkə də
Nikolay Sergeiç, bayaq mənə rast gəlməmişdən əvvəl, Anna
Andreyevnanın güman etdiyi kimi, bir iş tutmuşdur?! Kim
bilir, bəlkə də, Allah onun başına ağıl qoymuş, o da
Nataşanın yanına getmək istəmişdir, lakin yolda fikrini
dəyişmiş, ya da başqa bir şey olmuş, niyyəti baş
tutmamışdır. Yəqin elə belə də olmalı imiş. O da acıqlanmış,
məhv olmuş halda, öz arzusundan, hisslərindən utanaraq evə
qayıtmış, öz zəifliyinin acığını çıxmaq üçün hirsini kiminsə
üstünə tökmək istəmişdir, elə bir adam seçmişdir ki, o
adamda belə bir arzu və hiss olduğunu daha çox güman
edirdi. Bəlkə də, qızını bağışlamaq arzusunda olmaqla, o öz
zavallı
Anna Andreyevnasının bundan son dərəcə
fərəhlənəcəyini və sevinəcəyini təsəvvür etmişdir, lakin
buna müvəffəq olmadığından, məlum şeydir ki, hamıdan
əvvəl acığını ondan çıxmışdır.
downloaded from KitabYurdu.org
159
Lakin Anna Andreyevnanın dərdli görünüşü, onun
qarşısında qorxudan tir-tir əsməsi Nikolay Sergeiçin ürəyini
riqqətə gətirdi. O sanki acıqlandığı üçün utandı, bir anlığa
özünü saxladı. Biz susurduq. Mən çalışırdım ki, ona
baxmayım. Lakin bu gözəl dəqiqələr çox uzun sürmədi.
Nikolay Sergeiç hər necə olsa, lap çığır-bağırla da olsa,
Nataşanı qarğımalı da olsa, ürəyini boşaltmalı idi.
Birdən dedi:
– Bilirsən, Vanya, mənim yazığım gəlir, mən danışmaq
istəmirdim, amma elə bir vaxt gəlib çatmışdır ki, mən gərək
hər bir düz-doğru adama... Maneəsiz-filansız, necə lazımsa,
lap açıq-aydın ürəyimi açıb danışım... Başa düşürsən,
Vanya? Sənin gəldiyinə sevinirəm, buna görə də elə sənin
yanında elə bərkdən danışmaq istəyirəm ki, qoy başqaları da
eşitsin, eşitsin ki, bütün bu boş-boş şeylər, bu göz yaşları, bu
ah-vaylar, bu bədbəxtliklər mənim zəhləmi tökmüşdür. O
şeyi ki mən ürəyimdən qoparıb atmışam, bəlkə də bunu
qopararkən ürəyim parçalanmışdır, mən ağır iztirablar
çəkmişəm, o bir daha mənim qəlbimə qayıtmayacaq! Bəli!
Mən bunu deyirəm, yerinə də yetirəcəyəm! Mən altı ay
downloaded from KitabYurdu.org
160
bundan əvvəl olan hadisəni deyirəm, başa düşürsən,
Vanya?! – Sonra o, görünür, arvadının qorxu ifadə olunan
baxışlarından yayınmaq istəyərək, qızarmış gözləri ilə mənə
baxıb əlavə etdi. – Vanya, bunu ona görə belə açıq-aydın
deyirəm ki, sözlərimi sən yanlış başa düşməyəsən. Təkrar
edirəm: bu boş şeydir, mən istəmirəm!.. Məni yandıran odur
ki, hamı məni belə alçaq, belə zəif hisslərə malik olan ən
axmaq, ən əclaf, ən rəzil bir adam hesab edir... Elə zənn
edirlər ki, mən dərd əlindən dəli-divanə oluram... Bu boş
sözdür! Mən əvvəlki hissləri özümdən rədd etmirəm, onları
yadımdan çıxartmışam! Mənim üçün daha xatirə deyilən şey
yoxdur!.. Bəli! Bəli! Yenə də bəli!
O, cəld yerindən qalxdı, yumruğunu stola elə çırpdı ki,
fincanlar cingildədi.
Mən daha özümü saxlaya bilmədim, acıqlı-acıqlı ona
baxaraq dedim:
– Nikolay Sergeiç! Sizin Anna Andreyevnaya heç
yazığınız gəlmirmi? Bir görün siz onun başına nə oyun
gətirirsiniz! – lakin mənim sözüm alovu daha da
şiddətləndirdi.
downloaded from KitabYurdu.org
161
Nikolay Sergeiç titrəyə-titrəyə və rəngi qaçmış halda
çığırdı:
– Yox, yazığım gəlmir! Ona görə yazığım gəlmir ki,
mənə də heç kəsin yazığı gəlmir! Ona görə yazığım gəlmir
ki, lənətə, hər cür cəzaya layiq olan əxlaqsız qızımın
üstündə, mənim evimdə, mənim təhqir edilmiş şəxsiyyətim
əleyhinə sui-qəsd düzəldirlər!
Anna Andreyevna həyəcanla dedi:
– Atam, Nikolay Sergeiç, qarğıma! Hər nə eləyirsən
elə, ancaq qızını qarğıma!
Qoca Nikolay Sergeiç daha bərkdən çığırdı.
– Qarğıyacağam! Ona görə qarğıyacağam ki, mənim
kimi aldadılmış, təhqir edilmiş bir adamdan tələb edirlər ki,
mən o məlunun yanına gedim, ondan üzr istəyim! Bəli, bəli,
belədir! Bununla da hər gün, gecə-gündüz, mənim evimdə
gözyaşı ilə, ah-vayla, axmaqcasına eyhamlarla mənə əzab
verirlər! Mənim ürəyimi yumşaltmaq istəyirlər... – o, titrək
əllərilə yan cibindən kağızları tələsə-tələsə çıxararaq əlavə
etdi. – Vanya, bir bax, bir bax, bizim məhkəmə işindən
burada kağızlar var! Bu kağızlardan belə çıxır ki, mən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |