162
oğruyam, yalançıyam, adam aldadanam, mən, mənə səxavət
göstərən adamın dövlətini oğurlamışam!.. Mən o qızın
üzündən özümü çaşdırmışam, biabır olmuşam! Bir bax! Bir
bax!
O sürtukunun yan cibindən kağızları bir-bir çıxarıb
stolun üstünə atır, mənə göstərmək istədiyi kağızı tələsə-
tələsə onların arasından axtarırdı, ancaq tərs kimi tapa
bilmirdi. Axırda səbri tükənərək, əlinə keçən bütün kağızları
cibindən çıxartdı, birdən ağır bir şey stolun üstünə düşərək
cingildədi... Anna Andreyevna həyəcanla çığırdı. Bu – itmiş
medalyon idi!
Mən öz gözlərimə güclə inandım. Qan qocanın başına
vurdu, üzü qıpqırmızı qızardı. O diksindi. Anna Andreyevna
əllərini döşünə qoyaraq, yalvarıcı bir nəzərlə ona baxırdı:
onun üzündə ürəkaçan, gözəl bir ümid gülümsəyirdi.
Qocanın qızarması, onun özünü itirməsi... Bəli, Anna
Andreyevna yanılmırmış, indi o başa düşürdü ki, medalyon
necə olub itmişdir! O başa düşürdü ki, Nikolay Sergeiç
medalyonu tapmış, bunu tapdığına son dərəcə sevinmişdir,
bəlkə də, sevincindən titrəyərək, onu böyük bir qısqanclıqla
downloaded from KitabYurdu.org
163
başqalarından gizlətmişdir. Tək olanda hamıdan gizlin,
hədsiz bir məhəbbətlə, öz sevimli balasının medalyondakı
şəklinə, onun kiçik üzünə baxmışdır, baxmaqdan
doymamışdır, bəlkə o da, Nataşanın zavallı anası kimi, otağa
girib qapını bağlamış, təkbaşına oturub, son dərəcə sevdiyi
Nataşası ilə söhbət etmişdir, ona suallar vermiş, bu suallara
da özü cavab axtarmışdır. Gecə isə böyük iztirab içində,
hönkürtüsünü sinəsində boğaraq, əziz surəti nəvazişlə
oxşamışdır, öpmüşdür, görmək istəmədiyi, hamının
qarşısında lənət oxuduğu qızını qarğımaq əvəzinə, onu əfv
etmişdir, ona öz xeyir-duasını göndərmişdir...
Anna Andreyevna, bir az bundan əvvəl Nataşasına
qarğış edən bu sərt, bu qəzəbli atanın qarşısında özünü daha
saxlaya bilməyərək həyəcanla çığırdı:
– Mənim əzizim, sən onu yenə də sevirsən!
Lakin onun çığırtısını eşidən kimi, Nikolay Sergeiçin
gözlərində dəlicəsinə bir qəzəb parıldadı. Medalyonu qapıb
yerə çırpdı, hiddətlə onu tapdalamağa başladı. Tövşüyə-
tövşüyə, nəfəsi tutula-tutula xırıldadı:
downloaded from KitabYurdu.org
164
– Həmişəlik, həmişəlik səni qarğıyıram! Həmişəlik,
həmişəlik!
Anna Andreyevna çığırdı:
– İlahi! Onu, onumu qarğıyırsan?! Mənim Nataşamı?
Onun üzünü... ayağınla tapdalayırsan?! Ayağınla?! Zalım
adam! Hissiz adam! Daşqəlbli məğrur adam!
Çılğın qoca, arvadının fəryadını eşidib, tutduğu işdən
dəhşətə gələrək dayandı. Birdən medalyonu yerdən qapıb
götürdü, otaqdan qaçmaq istədi, lakin ikicə addım ataraq
birdən dizləri üstə düşdü, əllərini qarşısında olan divana
söykəyərək, gücdən düşmüş halda başını aşağı saldı.
O, körpə uşaq kimi, bir arvad kimi ağlayırdı. Hönkürtü
hıçqırıqları sanki onun sinəsini parçalamaq istəyirdi.
Qorxunc, qəzəbli qoca bir anda xırdaca bir uşaqdan da zəif
oldu. O indi daha Nataşasını qarğıya bilməzdi, o indi daha
bizim heç birimizdən utanmırdı, çılğın bir məhəbbət
coşqunluğuna qapılaraq, bizim yanımızda, indicə ayaqları
altında tapdaladığı şəkli öpür, ardı-arası kəsilmədən öpürdü.
Sanki onun öz qızına olan və xeyli vaxtdan bəri qarşısı
alınan bütün nəvazişi, bütün məhəbbəti indi böyük bir
downloaded from KitabYurdu.org
165
qüvvətlə onun qəlbindən xaricə çıxmağa can atır, sarsıdıcı
bir qüvvə ilə onun bütün varlığını parçalayıb dağıdırdı.
Anna Andreyevna ona doğru əyilib, onu qucaqlamışdı,
hönkür-hönkür ağlayaraq deyirdi:
– Bağışla onu, bağışla! Qaytar onu, əzizim, ata
yurduna! Allah özü qiyamət günündə sənin göstərdiyin bu
mərhəməti, bu şəfqəti nəzərə alar!..
Lakin qoca xırıltılı, boğuq bir səslə bərkdən deyirdi:
– Yox, yox! Qətiyyən, heç vaxt! Heç vaxt! Heç vaxt!
downloaded from KitabYurdu.org
166
XIV FƏSİL
Mən Nataşanın yanına gələndə saat on olmuşdu. Nataşa
onda Fontankada, Semyonovsk korpusunun yanında, tacir
Kolotuşkinin çirkli, “əsaslı surətdə tikilmiş” evinin
dördüncü mərtəbəsində yaşayırdı. Nataşa öz evlərindən
getdikdən sonra, onlar ilk əvvəl, Liteynaya küçəsində,
üçüncü mərtəbədə, kiçik, lakin çox gözəl, əlverişli bir
mənzildə yaşayırdılar. Ancaq çox çəkmədi ki, gənc knyazın
pulu qurtardı. O, musiqi müəllimi olmadı, başqalarından pul
almağa başladı, öz imkanlarına görə çox böyük borca düşdü.
Bu pulları otağın bəzək-düzəyinə, Nataşaya aldığı
hədiyyələrə sərf edirdi. Nataşa da onun belə bədxərclik
etməsinə qarşı çıxır, bunun üstündə ona öyüd-nəsihət
verirdi, hətta bəzən ağlayırdı. Alyoşa həssas, məsələni tez
duyan bir adam idi, o bəzən Nataşaya nə kimi bir hədiyyə
alacağını, bunu Nataşanın necə qəbul edəcəyini bir həftə
düşünər, bundan həzz alardı, bunu özü üçün həqiqi bir
bayram edərdi. Öz intizarını, arzu və xəyallarını böyük bir
həvəslə qabaqcadan mənə söyləyərdi, Nataşanın öyüd-
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |