348
– Siz yenə də qapını bağlayıb məni içəridə
qoyacaqsınız?
Mən ona yaxınlaşıb dedim:
– Əzizim, buna acığın tutmasın. Qapımı ona görə
bağlayıram ki, bəlkə bir adam gəlib-elədi. Sən axı xəstəsən,
qorxarsan. Bir də ki, kim bilir, bəlkə Bubnova gəlmək
fikrinə düşdü...
Mən bunu qəsdən ona dedim. Mən qapını ona
inanmadığım üçün bağlayırdım. Mənə elə gəlirdi ki, birdən
o mənim yanımdan qaçıb gedər. Müəyyən vaxta qədər
ehtiyatlı olmaq lazım idi. Yelena dinmədi, mən də qapını
kilidləyib getdim.
Mən bir nəşriyyatçı tanıyırdım, üç il idi ki, bir çox
cilddən ibarət olan bir kitab nəşr edirdi. Az vaxtda bir qədər
pul qazanmaq istəyəndə, mən çox vaxt onun yanına gedib iş
götürərdim. Zəhməthaqqımı vaxtında verirdi. Onun yanına
getdim. Bir həftədən sonra kompilyativ bir məqalə verməyi
öhdəmə götürməklə, ondan iyirmi beş manat ala bildim.
Lakin mən öz romanım üçün də vaxt əldə etmək ümidində
idim. Çox ağır ehtiyac içində olanda mən belə edirdim.
downloaded from KitabYurdu.org
349
Pulu alıb şeytanbazara getdim. Orada cürbəcür pal-
paltar satan tanış bir alverçi qarı vardı, onu çox tez tapdım.
Yelenanın boyunu təxminən ona söylədim, o bir anda mənə,
bircə dəfə yuyulmuş, açığa çalan, davamlı çil paltar tapıb
verdi, qiyməti də çox ucuz idi. İmkan var ikən bir boyun
yaylığı da aldım. Yaylığın pulunu verəndə düşündüm ki,
Yelenaya bir kürdü, ya mantilya, ya da buna bənzər bir şey
də almaq lazımdır. Hava soyuq idi, onun isə geyinməyə heç
bir şeyi yox idi. Lakin mən bunu gələn dəfəyə qoydum.
Yelena tez inciyən, məğrur bir qız idi. Hələ kim bilir,
aldığım bu paltarı necə qəbul edəcəkdi. Buna görə də mən
ona mümkün qədər gözəgəlimli olmayan, ən sadə, ən adi bir
don almışdım. Mən onun xasiyyətini bilə-bilə, iki cüt iplik,
bir cüt də yun corab aldım. Bunları, otağın soyuq və onun
xəstə olduğunu bəhanə edib, ona verə bilərdim. Yelenaya alt
paltarı da lazım idi! Lakin bunları sonraya qoydum, dedim
ki, qoy onunla lap yaxşı tanış olum, sonra alaram. Amma
çarpayının qabağından asmaq üçün köhnə bir pərdə aldım,
bu zəruri bir şey idi, Yelena bundan çox məmnun qalardı.
downloaded from KitabYurdu.org
350
Mən bu şeylərlə evə gələndə saat bir olmuşdu. Qapının
kilidi lap səssiz açılırdı, buna görə Yelena mənim gəldiyimi
o saat bilmədi. Gördüm ki, o, stolun qarşısında durub,
mənim kitablarımı, kağızlarımı əlləşdirir. Mənim gəldiyimi
eşidən kimi oxuduğu kitabı tez örtüb qıpqırmızı qızardı,
stoldan kənara çəkildi. Onun oxuduğu kitaba baxdım: bu
mənim ilk romanım idi, ayrı bir kitab şəklində nəşr edilmiş,
baş vərəqində də adım yazılmışdı.
– Siz gedəndən sonra kim isə gəlib qapını döydü, – bu
sözləri o elə bir ifadə ilə dedi ki, sanki məni acıqlandırmaq
istəyirdi, bu mənada ki, niyə axı qapını bağlayıb
getmişdiniz?
– Olmaya, həkim imiş? Yelena, soruşmadın kimdir?
– Yox.
Mən dinmədim, gətirdiyim düyünçəni açıb paltarı
çıxartdım.
Ona yaxınlaşaraq dedim:
– Əzizim Yelena, əynindəki bu parça-parça olmuş donu
daha geyinmək olmaz. Buna görə də mən sənə bu donu
aldım, sən heç narahat olma, çox sadə bir şeydir, qiyməti də
downloaded from KitabYurdu.org
351
çox ucuzdur, cəmisi bir manat bir abbası vermişəm. Sağlıqla
geyin.
Paltarı onun qarşısına qoydum. Yelena birdən qızarıb
diqqətlə mənə baxdı.
Buna o çox təəccüb etmişdi, eyni zamanda, mənə elə
gəldi ki, o bundan bərk utanırdı. Lakin onun gözlərində
mehriban, xoş bir ifadə göründü. Mən onun susduğunu
görüb stola tərəf döndüm. Görünür, mənim bu hərəkətim
onu heyrətə salmışdı. Yelena gözlərini yerə dikərək
oturmuşdu, güclə özünü saxlayırdı.
Başım ağrıyır, get-gedə daha bərk hərlənirdi. Təmiz
havanın mənə heç bir xeyri olmadı. Lakin Nataşanın yanına
getmək lazım idi. Dünəndən bəri onun barəsində olan
narahatlığım azalmırdı, əksinə, get-gedə daha da artırdı.
Birdən mənə elə gəldi ki, Yelena, deyəsən, məni çağırdı.
Mən ona tərəf döndüm.
Yelena yana baxa-baxa:
– Siz gedəndə qapını bağlamayın, – dedi. O, barmağı
ilə divanın parçasını didişdirirdi, sanki bütün fikri bu iş ilə
məşğul idi. – Mən buradan heç yana getməyəcəyəm.
downloaded from KitabYurdu.org
352
– Yaxşı, Yelena, bağlamaram. Birdən özgə bir adam
gəldi, onda necə olsun? Allah bilir, kim gələ bilər!
– Siz açarı verin mənə, mən içəridən bağlayaram,
qapını döysələr, deyərəm ki, evdə yoxdur. – Yelena
hiyləgərcəsinə mənə baxdı, o sanki bu baxışı ilə deyirdi:
“Görürsünüzmü, bu nə asan şeydir!”
Mən ona cavab verənə kimi o birdən soruşdu:
– Sizin paltarınızı kim yuyur?
– Bu evdə bir arvad var, o yuyur.
– Mən paltar yuya bilirəm. Dünən siz xörəyi haradan
gətirdiniz?
– Yeməkxanadan.
– Mən xörək bişirməyi də bacarıram. Mən sizə xörək
hazırlayacağam.
– Yelena, sən nə danışırsan! Sən axı nə bişirə bilərsən?
Sən bunu nahaq deyirsən...
Yelena susub başını aşağı dikdi. Görünür, mənim
sözüm onun qəlbinə toxunmuşdu. Təxminən on dəqiqə
keçdi, biz hər ikimiz susduq.
Birdən o, başını qaldırmadan dedi:
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |