Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 443,56 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix29.01.2018
ölçüsü443,56 Kb.
#22930
1   ...   9   10   11   12   13   14   15   16   17

50 

 

yaranması ilə təyin olunur.Adətən soyuq şəraitdə xəzdən olan boyunluqlarda nəfəs 



təsirindən qırov örtüyü yaranır.Bu göstərici isə müxtəlif xəz-dəri novləri üçün eyni 

olmur. 


Gon  qatının  plastiki  xasələri.  Emal  edilmiş  xəz  dərilərinin  gön  qatı  lazımi 

dərəcədə  uzanma  və  plastiki  göstəricilərə  malik  olmalıdır.  Təcrübədə  bunu  tam 

uzanma plastiki və elastiki uzanma kimi qiymətləndirirlər. 

  

  Tam  uzanma  dedikdə,  gön  qatının  müəyyən  qüvvə  təsirindən  uzanma 



qabiliyyəti başa düşülür. Plastiki uzanma və ya gön qatının elastikiliyi dedikdə isə 

gpn  qatının  dartılması  zamanı  ona  verilmiş  fomranı  özündə  saxlaması  başa 

düşülür.Gön  qatının  plastikliyi  nə  qədər  çox  olarsa,küyfiyyəti  də  bir  o  qədər  çox 

olar. 


Elastiki  uzanma 

dedikdə, 

müəyyən 

qüvvə 


ilə 

gön 


təbəqəsinə 

dartıb,buraxarkən  əvvəlki  vəziyyətinin  olması  başa  düşülməlidir.  Bu  göstərici 

təcrübədə  gön  qatının  rezinləşməsi  qabiliyyəti  kimi  adlandırılır.  Daha  çox 

elastiklik yaxşı nəticə hesab edilmir. 

  Dərilərin gön qatının plastikliyi xassələri onların dermasından,quruluşundan, 

emalından  və  boyadılmasından,  yağlama  dərəcəsindən,  texinki  cəhətdən 

arayışlandırılmasından  çox  asılıdır.  Bu  göstərici  müxtəlif  növ  xəz-dəriləri  üçün 

eyni  olmayıb,  müxtəlifdir.  Gön  qatının  plastikliyinin  azalmasına  ən  çox  xrom 

aşılanması  təsir  göstərir.  Turşulaşdırma  zamanı  gön  qatının  elastikliyi  çoxalır. 

Qalın  gön  qatı  dərilərinə  nisbətən  də  az  dartılır.Yaxşı  yığlaşmış  dartılma  qaba 

müddətini  artıra  bilir.  Daha  çox  nəmləndirilmiş  dərliər  yaxşı  dartıla  bilirlər. 

Dərilərin gön qatının plastikliyi həm də onun yumşaqlığı ilə də sıx surətdə bağlıdır. 

Gön qatı yaxşı emal edilmiş dərilər daha çox yumşaq həm də elastiki olur. 

  Ərimə  temperaturu.  Bu  göstərici  gön  qatının  yaxşı  aşılanma  dərəcini 

müəyyən  edən  əsas  amil  sayılır.Yaxşı  alınmış  dərilər  yüksək  temperaturaya 

müqavimət  ()  80  dərəcəyə  qədər  göstərirlər).Lakin  yenicə  pikel  əməliyyatından 

keçirilən  və  ya  turşulu  mühitdə  islanmış  dərilər  hətta,45-yə  belə  davam  gətirə 



51 

 

bilmirlər.Ərimə  dərəcəsi  artıqdca  gön  qatının  plastikliyi  azalır.Bu  baxımdan  da 



bəzi növ xəz dəriləri aşılanma dərəcəsi müəyyənləşdirilir. 

 Gön qatının islanması. Gön qatının rütubətməşləsi xəz malların keyfiyyətdə, 

qiymətləndirilməsində həlledici rol pyanayır. Belə ki,gön qatının islanması onların 

elastiklik xassəsinə təsir göstərir. 

  Xəzçilik  prosesində  dərilər  bir  neçə  dəfə  isladılmaya  rast  gəlinir.İstifadə 

zamanı  da  xəz  malları  islana  da  bilirlər.Əgər  islanıb,qurudulduqdan  sonra  xəz 

malının  yumşaqlığı  və  plastikliyi  zisləşirsə  belə  növ  xəz  məmulatı  yarasız  xəz 

hesab  olunur.  Beləliklə,aşılanma  dərəcəsindən  asılı  olaraq  cərimə  temperaturası 

araşdıqca  gön  qatının  islanma  qabiliyyəti  də  azalır.  Bu  da  gön  qatının  rütubətə 

qarşı davamlılığını artıra bilir. 

  Gön  qatının  hikroskopikliyinə  külün  miqdarı,aşılanma  dərəcəsi  də  və  digər 

göstəricilər təsir göstərir.Gön qatının da yağla əlaqəli vəziyyət də ola bilər. Normal 

yağlıq göstəricisi dəridə 8-18 % ola bilər. Aztərkibli yağa malik gön qatı qaba, pis 

dartılan  olur,lakin  çox  tərkibli  yağ  da  xoşa  gələn  hal  deyilir.  Külünün  miqdarı 

dərilərdən  onların  xammal  növündən,emal  və  boyadılma  üsullarından  çox 

asılıdır.Külün 

tərkibinə 

mineral 


duzlar 

daxildir.Xörək 

duzu 

xəzlərin 



hikroskopikliyini  təşkil  edir.Artıq  tərkibli  xörək  duzuna  malik  gön  qatı  qaba  və 

ağır  olur.Buna  görə  də  gön  qatında  xörək  duzu  çox  olduqda,hazır  məmulatın 

keyfiyyəti pisləşir.Normal emal edilmiş xəz dərilərinin  gön qatında  külün  miqdarı 

5-8  %  olmalıdır.Xrom  duzunun  miqdarının  təyin  edilməsinə  görə,dərilərin 

aşılanma dərəcəsini müəyyən etmək olur. 



52 

 

2.3. Təbii xəz məmulatlarının keyfiyyətinin ekspertizası 

 

Təbii  xəz  məmulatlarının  keyfiyyətinin  ekspertizası  bütün  xassələrə  malik 



olmalıdır.Bunlar  barəsində  yuxarıda  danışılmışdır.  Lakin  xassələrin  cəmi  kimi 

istilik saxlama xassəsi,geyilməyə qarşı davamlılıq,əsas istehlak göstəricilərinə təsir 

edən əsas əlamətlər hesab olunur. 

Xəz  məmulatlarının  istiik  saxlama  xassəsi.Xəzlər  ən  yüksək  istilik  saxlama 

qabiliyyətinə  malik  məmulatlar  sırasına  daxil  olunur.İstilik  saxlama  hər  şeydən 

əvvəl xəz örtüyünün hava təbəqəsindən asılıdır.Xəz qatında hava təbəqəsi nə qədər 

çox  olarsa,istilik  saxlama  da  bir  o  qədər  çox  olar.  Şimal  rayonlarında  yaşayan 

xəzlik vəhşi heyvanların tük örtüyünü sıx və hündür olduğundan belə xəzlər yaxşı 

istilik  saxlama  qabiliyyətinə  malik  olurlar.  Ən  çox  istilik  saxalama  qabiliyyətinə 

malik  olan  xəz  növlərinə  şimal  tülüküsü,ağ  döş  dovşan,su  qunduzu,tülkü,şimal 

maralı,habelə,qoyun dərisi hesab olunurlar.Seyrək və qısa tük örtüyünə malik olan 

su iti,köstəbək,dayça dərisinin xəzi az istilik saxlama qabiliyyətinə malik olurlar. 

  Xəzlərin  istilik  saxlama  qabilliyyətini  prof.Q.M.Kondratyevin  üsulu  ilə  təyin 

edirlər.Üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,müəyyən  istilik  şəraitində  saxlanmış 

nümunəni daimi temperaturda da saxlayıb,soyudulması  yolu xəzin  istilik saxlama 

qabiliyyətini öyrənilir. 

 Xəzlərin  geyilməyə  qarşı  davamlılığı.  Geyilmə  zamanı  xəz  məmulatı  və 

yarımfabrikatları  müxtəlif  mexaniki  və  fizikimyəvi  təsrilərə  məruz  qaldığından 

onlar  tədricən  sürtünməklə  yararsız  vəziyyətə  düşürlər.    Xəz  örtüyünün  müxtəlif 

xarici  təsrilərinə  əks  dayanmasına  onların  geyilməyə  qarşı  davamlılığı  başa 

düşülür.Bu  göstərici  öz  növbəsində  xəz-dəri  yarımfabrikatlarının  növündən  və 

emal edilməsindən  çox  asılıdır.Müxtəlif xəz növlərinin  geyilməyə qarşı  davalılığı 

çox  geniş  mənada  fərlənir.Onların  bəziləri  tez  və  bəziləri  isə  gec  dağılır.  Məlum 

olduğu  kimi,dartılma  zamanı  tükü  gövdəsində  gərginlik  yaranır.Bu  gərginlik  isə 




53 

 

təsir  edici  qüvvənin  sürtünən  səthinə  tükün  uzunluğuna  olan  nisbətilə  düz 



mütənasibdir.  Əyrilik  radiusu  tükün  qatlanma  qabiliyyətindən  çox  olduqda,tük 

parçalanmır  ki,bu  əyilmənin  Kritiki-radiusu  adlanır.    Tük  örtyünün  parçalanması 

və  ya  dağılması  nəinki  tüklərin  dözümlülüyündən  asılıdır,eyni  zmanda 

deformasiyanın 

böyüklüyündən 

də 


asılıdr.Kritik 

deformasiyanın 

faktiki 

deformasiyaya olan münasibəti nə qədər çox olarsa,tük örtüyünün dağılması da gec 

olur.  Müxtəlif  növ  xəzlik  heyvanların  tük  örtüyünün  dağılması  və  ya  geyilməyə 

qarşı  davamlılığı  eyni  deyildir.Bu  göstərici  həm  adxili  tükün  quruluğundan,tükün 

diametri  və  uzunluğundan,tük  örtüyünün  sıxlığından  və  həm  də  xarici  amillərdən 

sürtünmənin gücündən,qatlanmanın sayından,əyilmə radiusundan asılıdır. 

  Xəzlərin  geyilməyə  qarşı  davamlılığımı  təyin  etmək  üçün  xüsusi  cihaz 

hazılanmışdır.Qatnsov  və  Serevitinovun  bu  cihazında  sürtünmə  mexanizmi 

istehlak şəraitindəki sürtünməyə uyğun gedir. 

Qantsovun  üsuluna  görə  30  %  sürtünməsinə  sərf  olunan  sürtünmə 

dövrlərinin  sayına  görə  xəz  yarımfabrikatlarının  geyilmə    dövründə  hər  aylara 

düşən  sürtünmə  miqdarını  müəyyən  edib,xəzlərin  dağılması  barəsində  fikir 

yürütmək olar. 

Xəz  məmulatlarının  çəki  göstəriciləri.Geyimlərin  çəkisinin  insanlar  üçün 

böyük  əhəmiyyəti  vardır.Hamiya  məlumdur  ki,ağır  çəkili  geyilər  hətta,qış 

şəraitində  belə  yorğunlaşma  yaradır,insanın  iş  fəaliyyətini  azladır  və  rahatlığını 

aşağı salır.  Yay  geyimlərinə  nisbətən  kişilər üçün  qış  geyimlərinin orta çəkisi  2.5 

və qadınlar üçün isə 3 dəfə ağır olur.Kişilər üçün geyimlərin çəkisi qadınlara üçün 

olan  geyimlərə  nisbətən  2  dəfə  ağır  olur.  Qış  vaxtından  geyimin  çəkisini  insan 

bədəninin çəkisinə olan nisbəti kişilər üçün 1:8:8 və qadınlar üçün isə 1:12.5 təşkil 

edir.Yay  vaxtında  bu  göstərici  kişilər  üçün  1:22.8,qadınlar  üçün  isə  1:39.3  təşkil 

edə bilir. 




54 

 

  Xəzdən  olan  qadın  geyimlərinin  çəkisi  ümumi  geyimin  və  ayaqqabının 



çəkisini  qış  aylarında  65-70%  təşkil  edir.  Çəki  göstəriciləri  xəz-dəri 

yarımfabrikltlarının  və  məmulatların  təyinatlarının  müəyyənləşdirilməsində  həll 

edici  rol  oynayır.Beten  növ  xəz-dəri  yarımfabrikatları  çəkisinə  görə  4əsas  qrupa 

ayrılırlaer.Bu, aşağıdakı cədvəldə göstərildiyi kimidir. 

 

Çəki qrupları 

Çəki qramla 

Növləri 

Daha ağır 

olanlar 

1600-dən-3000-ə 

qədər 

Sibir porsuğu,çöl pişiyi,it,canavar,su samuru,çay 



qunduzu,qaytalanmış qoyun dərisi 

 

Ağır   



1100-dən 1500-ə 

qədər 


Qaragül,tülkü,şimal tülküsü,pişik,samur,mişovul,dəniz 

pişiyi,dələ dəriləri 

 

Orta 


700-dən 1100-ə qədər 

Sibir siçovulu,baybak,su smauru,ev 

dovşanı,qunduz,andatra,qara safsar,sincab,qumsal 

sünbülqıran dəriləri 

 

Yüngül 


 250-dən 650-yə qədər  Anbar siçovulu,su siçovulu,adı sünbülqıran,dağ 

siçanı,gəlincik,köstəbək,ağ dovşan dəriləri 

 

  Xəz  yarımfabrikatlarının  çəki  fərqlərindən  asılı  olaraq  hazır  xəz 



yafımfabrikları çəkisi də çox fərqlənir.Belə ki,48 ölçüdə olan qadın xəz paltosunun 

çəkisi  2239  qramdan  4700-qrama  qədər  ola  bilir.Bu  da  hər  şeydən  əvvəl  xəz 

yarımfabrikatları-nın  çəkisindən  asılıdır.Ümumiyyətlə  xəz  yarımfabrikatlarının 

hazır məmulatın çəkisinin 60-80%ni təşkil edir. 

 



55 

 

NƏTICƏ VƏ TƏKLIFLƏR 

 

Hal-hazırda  duran  ən  mühüm  vəzifələrdən  biri  buraxılan  məhsulun 



keyfiyyətini yüksəltmək və çeşidi yaxşılaşdırmaqdır. Bu da əhalinin geniş çeşiddə, 

yüksək keyifyyətli  və  iqtisadi cəhətdən səmərəli  xəz mallarına  olan tələbatını tam 

və dolğun ödəməyə imkan yaratmaq deməkdir. 

Təbii xəzlərdən istehsal olunan məmulatlar bir çox üstün cəhətlərə malikdir. 

Məhz  buna  görə  də  təbii  xəzlərin  keyfiyyətinə  müxtəlif  tələblər  verilir.  Təbii 

xəzlərin keyfiyyətinə qoyulan tələblər birinci onların təyinatına uyğun olmalıdır.Bu 

da  onun  yüksək  ixtisaslaşma  qabiliyyəti  ilə  izah  olunur.Təbii  xəzlərə  verilən 

tələblər  estetik,gigiyenik  və  istismar  tələbləri  olmaqla  3  qrupa  bölmək  olar.Təbii 

xəzlərin  keyfiyyətinin  yüksəldilməsində  əsas  şərtlərdən  biri  də  onların 

keyfiyyətinin  düzgün  idarə  edilməsidir.  Onların  keyfiyyətinin  idarə  olunması  ilə 

keyfiyyətə  nəzarətin  həyata  keçirilməsi  və  onun  səviyyəsinin  vaxtaşırı 

qiymətləndirilməsini tələb edir.Əksər hallarda təbii xəzlərin keyfiyyət səviyyəsinin 

qiymətləndirilməsi xassələrin kompleks göstəricilərinə əsasən aparılır. 

  Təbii  xəzlərin  xassə  göstəricilərinin  təyin  edilməsi  üçün  orqonaleptik  və 

alət  üsullarından  istifadə  olunur.Orqonaleptik  üsul  sadə  olmaqla,malın  tək-tək 

xassə göstəriciləri  insanın hiss üzvləri və sadə cihazlardan-lupalardan,xərkeşlərdən 

və.s  istifadə  olunur.  Bu  üsulun  üstün  və  çatışmayan  cəhətləri  var.  Bu  üsulun  ən 

üstün  cəhəti  onun  sadəliyi  və  xassə  göstəricilərinin  tez  qiymətləndirilməsidir.  Bu 

üsulun  çatışmazlığı  onun  təbliğatının 

məhdudluğundan 

və  nəticlərinin 

subyektivliyindən  ibarətdir.  Lakin  bunlara  baxmayaraq  orqanoleptik  üsul 

əmtəəünas  təcrübəsində,xüsusilə  xəz  məmulatlarının  nöqsanlarına  görə  sortlarının 

müəyyən edilməsində geniş təbliğ edilir. 

  Xəz mallarının xassələrinin seçilməsində  və  qiymətləndirilməsində ən çox 

alət üsullarında istifadə olunur. Bu üsul orqonaleptik üsula nisbətən daha obyektiv 




56 

 

olmaqla,xassə  göstəricilərinin  təyini,cihazların  kimyəvi  rektivlərin  köməyilə 



aparılır.Bu üsulda əksər hallarda məmulat dağılaraq sıradan çıxır. 

  Laboratoriya  şəraitində  alət  üsulunun  köməyilə  xəz  mallarını  təhlil  edilən 

və  öyrənilən  xassə  göstəriciləri  əsasən  3  qrupa  bölünür:  tük  örtüyünün  xassələri, 

gön qatının xassələri, hazr məmulatın xassələri. 

  Tük  örtüyünün  xassələrinə  tük  örtüyünün  hündürlüyü,sıxlığı,tükün 

qalınlığı, 

yumşaqlığı,davamlılığı,tüklərin 

gön 


təbəqəsi 

ilə 


əlaqəsinin 

davamlılığı,tüklərin  xüsusi  və  həcmi  çəkisi  tük  örtüyünün  əzilməsi,tük  örtüyünün 

elastikliyi,tük  örtüyünün  keçəllənməsi,tük  örtüyünün  rəngi,işığa  davamlılığı,tük 

örtüyünün  quru  halda  sürtünməyə  qarşı  davamlılığı,tük  örtüyünün  gurluğu,tük 

örtüyünün dalğavari rəngliyi,tük örtüyünün suya davamlılığı aiddir. 

  Gön  qatının  xassələri  dedikdə,gön  qatının  qalınlığı  əsas  göstəricidir.Emal 

edilmiş xzələrin gön qatının qalınlığı 0.2mm-dən(su iti),1.6 mm-ə qədər(qaragül,su 

samuru)  olur.Gön  qatının  qalınlığına  görə  dərilər  3  qrupa  bölünür.Yəni  zərif,orta 

və qalın xəz dəriləri. 

  Gön  qatının  ikinci  əsas  xassəsi  onun  davamlılığıdır.Bu  göstərici  dərinin 

derma 

qatının 


histologiya 

quruluşundan,başlıca 

olaraq,kolloca 

liflərinin 

qalınlığından  və  toxumasından,gön  qatının  qalınlığından  və  sıxlığından  çox 

asılıdır.Məslən,emal edilmiş  müxtəlif növ qaragül dərilərinin cırılma qüvvəsi eyni 

deyildir(kq-la).Qaragül  dərisi  üçün  bu  göstərici  8.9  kq  olduğu  halda,qaragülçə 

dərisi üçün bu göstərici 10.0 kq-dır.  

  Gön qatının plastikliyi  də  onun  əsas  göstəricisidir.Çünki  emal edilmiş xəz 

dərilərinin gön qatı lazımi dərəcədə uzanma və plastiki göstəriciyə malik olmalıdır. 

  Nəhayət,  yuxarıda  deyilənləri  nəzərə  alaraq  təbii  xəzlərin  əmtəəlik 

xassələrini yüksəltmək üçün praktiki əhəmiyyəti olan təklifləri irəli sürürəm. 

1.  Respublikamız  həm  klimat,həm  də  təbii  sərvətlərlə  zəngin  bir 

ölkədir.Təbii  xəz  verən  heyvanaların  kifayət  üdərə  növlərini  yetişdirmək 




57 

 

üçün  ölkəmizdə  imkan  var.Ona  görə  də  bu  sahəyə  də  kifayət  qədər  fikir 



verilməsi məqsədəuyğun olardı. 

2.   Azərbaycan  Şərq  ölkələri  sırasındadır.Şərq  aləminin  təbii  xəzlərə  daimi 

tələbatı olmuş və ondan kifayət qədər müxtəlif çeşidlərdə istifadə etmiş və 

etməkdədir.Ona  görə  də  təbii  xəzlərin  keyfiyyətinin  istehlakçılarının 

tələbatına  uyğun  olaraq  daim  artırılması  günün  vacib  məsələsi  kimi 

qarşıya qoyulmalıdır. 

3.  Dövlətimizin  müstəqilliynin  inkişaf  dövründə  xəz  sənayesinin  inkişaf 

etdriilməsi  vaxtı  məncə  çatmışdır.Bu  məsələ  prezidentin  verdiyi  fərmana 

əsasən yəni qeyri-neft sektorunun inkişaf etdirilməsi sərəncamı ilə üst-üstə 

düşərdi. 

 



58 

 

ƏDƏBIYYAT 

1.  Я.П.Щясянов  вя  башгалары.  Гейри-ярзаг  малларынын  експертизасы.  Ы 

щисся. Бакы; 2006.

 

2.  Я.П.Щясянов,  А.Щ.Щясянов,  В.М.Аббасов.  Эюн-айаггабы  вя  хяз 



маллары ямтяяшцнаслыьы. Бакы. 1999. 

3.  Я.П.Щясянов вя башгалары. Истещлак малларынын експертизасынын нязяри 

ясаслары. Бакы. 2003. 

4.  Н.М.Чечеткина, Т.И.Путилина. Экспертиза товаров. М.; 2000. 

5.  П.А.Красовский и др. Товар и его экспертиза. М.; Экономика. 1998. 

6.  М.А.Николаева.  Товарная  экспертиза.  М.;  Деловая  литература. 

1998. 

7.  Л.С.Осташенко.  Товароведение  обуви  и  пушно-меховых  товаров. 



М.; Экономика. 1990. 

8.  С.В.Семененко. Экспертиза товаров. Белгород. 1999. 

9.  Б.Ф.Церевитинов,  А.Н.Беседин.  Товароведение  пушно-меховых 

товаров. М.; 1997. 

10. И.П.Стефанович  и  др.  Товароведение  меховых  и  овичношубных 

полуфабрикатов и изделий. М.; 1992. 

11. А.Н.Беседин, Л.В.Лопасова. Покупатели о мехах.М.; 1995. 

12. А.М.Барыкин. Технология меховых скроев. М.; 1993. 

13. А.Н.Беседин.  Свойства  меховых  товаров  и  методы  их  оценки.  М.; 

1999. 


14. М.З.Орлова  и  др.  Швейные  товары,  головные  уборы  и  меха.  М.; 

1994. 


15. Е.В.Гоевой,  К.Д.Синицын.  Технология  кожевенного  мехового 

сырья. М.; 1990. 

16. О.Н.Аронина и др. Технология меха. М.; 1992. 



59 

 

17. И.П.Стефанович. Технология меха. М.; 1997. 



18. А.П.Гайдаров. Технология кожи. М.; 1994. 

19. А.С.Альбом каракуля и смушки. М.; 1992. 

20. М.А.Николаева 

и 

др. 



Идентификация 

и 

фальсификация 



потребительских товаров. М.; Экономика. 1996. 

21. Ж.Г.Нурийев  вя  башгалары.  Эюмрцк  експертизасы.  Бакы.  Ганун-

2003. 

22. Ю.П.Зыбин.  Технология  изделий  из  меха.  М.;  Легкая  индустрия. 



1994. 

23. А.Щ.Щясянов 

вя 

башгалары. 



Сцни 

эюнлярин 

кимйа 

вя 


технолоэийасы. Бакы, 1998. 

24. Е.А.Кедрин  и  др.  Товароведение  кожевенно-обувных  и  пушно-

меховых товаров. М.; Экономика. 1969. 

25. Б.А.Кузнецов.  Основы  товароведения  пушно-мехового  сырья.  М.; 

Экономика. 1998. 

26. ГОСТ 9209-99. Шнурки меховые и шубная овчина выделанные. М.; 

1999. 

27. ГОСТы на пушно-мехового сырья. М.; 1995. 



28. А.М.Барыкин. Технология изделий из меха. М.; Экономика. 1995. 

29. А.Н.Беседин.  Пути  повышения  носкости  изделий  из  шкурок 

кролика. М.; 1990. 

30. Б.А.Кузнецов. Каракуль-смушка. М.; 1995. 

31. А.М.Машков. Меховая и шубная овчина. М.; 1995. 

32. А.М.Родионов. Крашение мехов. М.; 1995. 

33. Б.Ф.Церевитонов. Товарная классификация пушнины. М.; 1995. 

34. Д.А.Мендельсон. Химия отбеливания и крашения меха. М.; Легкая 



индустрия. 1990. 

Yüklə 443,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə