6
Fatihə surəsinin şərhi.
hamdülilləh” sözü bütün dünyadan daha fəzilətlidir. Çünki dünya fanidir, söylədiyi “əl-
hamdülilləh” sözü isə əbədidir. Ona görə də “əl-hamdülilləh” sözü "geriyə qalan qalıcı saleh
əməllər" arasındadır. Onsuz da Uca Allah belə buyurmuşdur:
"Əbədi qalan yaxşı əməllər isə
Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!"
(Kəhf, 18/46) Şəkk yoxdur ki, “əl-hamdülilləh” sözünü demək də Allahın lütfündəndir. Bu
məsələ ilə bağlı Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə izah
etmişdir: "Allahın qullarından biri, “Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin
əz
əm
ətin
ə yara
şacaq
şəkild
ə s
ən
ə h
əmd edir
əm” dedi. Yaz
ıçı m
əl
əkl
ər
üçün bunu yazmaq
çətin
gəldi. Bunu necə yazacaqlarını bilmədilər. Səmaya çıxışlar və belə dedilər: Ey Rəbbimiz, sənin
qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik İzzət və Cəlal sahibi olan Allah
qulunun nə söylədiyini daha yaxşı bildiyi halda deyər ki: Qulum nə dedi? Mələklər: Ey
Rəbbimiz, o belə dedi: Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşar
şəkildə sənə həmd edirəm, dedi. Uca Allah o iki mələyə belə dedi: Bu sözü qulumun söylədiyi
şəkildə yazınız. Nəhayət o mənə qovuşacağında o sözün qarşılığını mən ona (mükafatımı)
verəcəyəm." (İbn Mace, Ədəb 55).
Əlhəmdulilləh deməsinin fəziləti.
Elm adamları, Allahın qulu: "əl-hamdülillahir rabbi'l aləmin" deməsininmi yoxsa "lə iləhə
illəllah" deməsininmi daha fəzilətli olacağı barəsində fərqli fikirlər qeyd etmişlər. Birinci rəyi
dəstəkləyən elm adamları: "əl-hamdülillahir rabbi'l-aləmin" deməsinin daha fəzilətli olacağını
söyləmişlər. Çünki bu həmdin əhatəsi içərisində "lə iləhə illəllah" deyə ifadə edilən tövhid də var.
Buna görə Allahın qulu "əlhamdülillah" deməsində həm tövhid, həm də həmd vardır. Lakin "lə
ilahə illəllah" deməsində yalnız tövhid sözüdür qəsd olunur iddia etmişlər. Amma ikinci rəyi
dəstəkləyən bəzi elm adamları isə: "lə iləhə illəllah" demənin daha fəzilətli olacağını iddia
etmişlər. Çünki bu tövhid sözü küfr və şirki rədd edir. Bunun deyilməsi üçün insanlarla
döyüşməyə əmr olunduğunu demişlər. Çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) : "Mən insanlarla “lə ilahə illəllah” sözünü dəyənə qədər döyüşməklə əmr
olundum" deyə buyurmuşdur. (Buxari, İman 17, Salət 28..., Müslim, İman 32)
.
Beləliklə ən
doğru və səhih olan ikinci rəydir. Cünki "lə iləhə illəllah" cümləsində həm tövhid, həm də Allaha
həmd ilə tərif daxildir. Eyni zamanda birinci rəydə qiyas vardır, amma səhih hədis olan zaman
qiyas olunmaz, çünki səhih hədisdə bunun daha hansı fazilətli olduğuna hökm verən
Peyğəmbərin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu dediyirdir: "Mən və məndən
əvv
əlki b
üt
ün pey
ğəmb
ərl
ərin s
öyl
ədiyi
ən f
əzil
ətli s
öz; l
ə ilah
ə ill
əllah v
əhd
əhu l
ə şərik
ə l
əh
(Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur, O bir və təktir, Onun heç bir şərikidə
yoxdur) sözüdür." (Tirmizi, Dəavət 122; Muvəttə, Qur'an 32, Hacc 246.)
Ələmlərin Rəbbi.
Müsəlmanlar, Uca Allahın digər bütün nemətlərinə təriflənməyə, həmd edilməyinə dəmək
olduğu üzərində icma etmişlər. Allahın lütf etdiyi nemətlərdən biri də imandır. Bu da imanın
Allahın hərəkəti və yaratması ilə olduğunun dəlilidir. Buna dəlil də Uca Rəbbimizin:
"Aləmlərin rəbbi" buyruğudur. Aləmlər isə, bütün yaratıkları ifadə edər. Bunlardan biri də
imandır.
Təbəri deyir ki: “Aləmlərin Rəbbi: İnsanların, cinlərin, mələklərin, göylərin və yerin rəbbi
deməkdir. Ərəb dilində "Rəb" sözü, "Özünə itaət edilən ağa, bir şeyi düzəldib düz edən, bir şeyin
sahibi" mənasını ifadə edir.”
Həmdin mənası.
"Həmd"in ərəb dilindəki mənası əskiksiz tərif, "səna"dır. Yəni Həmd. təzim istiqamətiylə gözəl
bir şekilde Allaha tərif etməkdir. Qurtubi, «Ərəb dilində həmdin mənası, mükəmməl bir
7
Fatihə surəsinin şərhi.
surətdə tərifləməkdir” demişdir. “Əl-həmd” sözünün əvvəlində gələn əlif və ləm hərifləri bütün
həmd və tərif növlərinin yalnız Allah üçün zikir olunduğunu mənasını verir. Uca Allah bütün
həmdləri haqq edəndir. Çünki ən gözəl adlar və ən uca sifətlər onundur. Təbəri deyir ki:
"Əlhamdulilləh” kəlməsin mənası bütün tərif və şükrlər Allaha məxsusdur." deməkdir.
Həmd ilə Şükür.
Əbu Cəfər ət-Təbəri ilə Əbul-Abbas əl-Mübərrəd, həmd ilə şükürün eyni mənada olduğunu
söyləmişlər. Lakin İmam Qurtubi bu fikir doğru olmadığını qeyd etmişdir. Eyni zamanda ət-
Təbəri həmd ilə şükür sözün eyni mənanı verdiyini dəlil göstərmək üçün insanın şükür olmaq
üzrə "Allaha həmd olsun" deməsinin doğru olacağını dəlil göstərmişdir. Cəfər əs-Sadiq və İbn
Atanın dediklərinə görə: “Həmdin mənası Allaha şükür etməkdir. Çünki onun bizə şəxsinə
həmd etməyinin öyrətməsi səbəbindən O, bizə bu sahədəki lütfünü xatırlatmaqdadır”
Təbəri deyir ki: “Həmd: Allahın gözəl ad və sifətləridir. Şükür isə Allahın verdiyi nemətlərdən
ötəri tərifləməkdir. Bəzi elm adamı demişdirlər: “Şükür həmddən daha ümumidir. Çünki şükür
həm dil ilə həm orqanlarla həm də ürək ilə olar, Amma həmd isə yalnız dil ilə olar” Digər elm
adamları isə: “Həmdin daha ümumi əhatəli olduğunu və həmd, həm şükür mənasını həm
tərifləmək mənasını əhatə etməkdədir. Bu isə şükürdən daha ümumidir. Həmd, şükür yerinə
istifadə edilə bildiyi halda şükür həmd yerinə istifadə edilə bilmədiyi haldadır” demişlər. İbn
Abbas (r.a) bu barədə belə demişdir: “Əl-hamdulilləh şükür edən hər kəsin istifadə etdiyi bir
sözdür. Adəm (ə) da asqırdığı zaman "əl-hamdulilləh" demişdir.” Uca Allah Nuha (ə) belə
deməsini əmr etmişdir:
“Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de.” (əl-
Muminun, 28). İbrahim (ə) də belə demişdir: "Qocalığımda Mənə İsmayılı və İshakı bağışlayan
Allaha həmd olsun." (İbrahim, 39). Davud ilə Süleyman (ə) hekayəsində də Uca Allah bizə
bunu xatırlamaqdadır:
"Onların ikisi dedi ki: Bizi bir çox mömin qullarından üstün tutan
Allaha həmd olsun." (Nəml, 15) Uca Allah sonuncu Peyğəmbəri sayılan Məhəmmədə (Allahın
xeyir-duası və salamı onun üzərinə olsun) da belə əmr etmişdir:
“De: “Özünə heç bir övlad
götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək)
heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” (İsra, 111). Cənnət-əhli də belə deyəcəklər:
“Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!” (Fatır, 34) “Və dualarının sonunda:
“Həmd olsun aləmlərin Rəbbi olan Allaha!” (sözləri olacaqdır). (Yunus, 10). Buna görə "Əl-
hamdulilləh" cümləsi şükür edən hər kəsin söylədiyi sözdür. Uca Allahın: "Əl-hamdulilləh"
buyruğu ilə əlaqədar olaraq Cəfər əs-Sadiq (ə) belə demişdir: “Uca Allahı yaxşı şəkildə sifətləri
ilə tərifləyən hər kimsə Allaha həmd etmiş olar.” Eləcə də, deyirəm: Allaha həmd etmək üç
şəkildə olar: Birincisi, Allah sənə bir şey verdiyi zaman o şeyi sənə kimin verdiyini bilib
tanımaqdır. İkincisi, sənə verdiyi şeyə razı olmağındır. Üçüncüsü isə onun lütf etdiyi güc sənin
bədənində qalmağa davam etdiyi müddətcə hər hansı bir şəkildə Allaha üsyan etməməkdir. Ona
görə də bunlar Allaha həmd etmənin şərtləridir.
Həmd və təriflər Allahındır.
Uca Allah "həmd" ilə öz şəxsini tərifləyib sənə etmiş və Quran-Kərimdə öz şəxsinə tərifləyərək
həmd ilə başlatmışdır. Bu barədə Uca Allah özündən başqasına heç kəsə həmd etməsinə icazə
verməmişdir. Eyni zamanda Quran-Kərimdə Uca Allah Peyğəmbərinin dili üzrə özlərini bu
şəkildə tərifləmələrini qadağan etmək üzrə belə buyurmuşdur:
“Özünüzü tərifləməyin (təmizə
çı
xarmayın). O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir! "
(Nəcm, 32) “Əl-həmdu-lilləh” sözünün əvvəlində olan “Əl” artikl olmaq ilə yəni "Bütün
həmdlər Allaha aiddir" mənasını ifadə edir.
Aləmlərin Rəbbi.