Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə32/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

65 
 
Ümumiyyətlə, urada aĢkar edilmiĢ torpaq qəbirlərdən bir ədəd kəllə demək 
olar  ki,  salamat  qalmıĢdır.  Kəllə  biologiya  elmi  namizədi  Rəbiyyə  Qasımova 
tərəfindən təyin edilərək antropoloji tipi müəyyən edilmiĢdir. Onun təyinatına görə, 
e.ə II-I əsrlərə aid torpaq qəbirdən aĢkar edilmiĢ kəllə orta yaĢlı, yəni 50-55-ə qədər 
yaĢı  olan  kiĢiyə  məxsusdur.  Morfoloji  və  ölçü  əlamətlərinə  görə  Avropa  irqinin 
cənub Ģaxəsindən “aralıq dənizi” antropoloji tipinə aiddir.  
E.ə. I-eramızın I minilliyinə aid antropoloji materiallar da həmin tipə aiddir. 
Müasir  azərbaycanlılar  səciyyəvi  olan  “kaspi”  antropoloji  tipi  həmin  “aralıq 
dənizi”  tipi  əsasında  inkiĢaf  etmiĢdir.  Görkəmli  antropoloq  Rəbiyyə  Qasımovanın 
verdiyi  bu  qiymətli  məlumatı  götürülməsi  mümkün  olmayan,  lakin  yerindəcə 
fotoĢəkilləri  çəkilən  Uzunboylar  abidəsindən  aĢkar  edilmiĢ  insan  skeleti,  kəlləsi 
qalıqlarına  da  aid  etmək  olar.  Beləliklə,  antik  dövrün  zəngin,  inkiĢaf  etmiĢ 
əkinçilik,  maldarlıq  və  sənətkarlıq  mədəniyyətinə  malik  bu  qədim  sakinlərin 
“kaspi”  antropoloji  tipinə  mənsubiyyəti  bir  daha  onların  müasir  azərbaycanlıların 
sələfləri olduğunu sübut edir. 
Buradan  daha  üç  dağıdılmıĢ  qəbrin  materialları  [iri  təsərrüfat  küpünün 
qalıqları, zoomorf gil qab (tablo 52-8), həvəng dəstəsinə oxĢar gil əĢya, qapaqlar, 
mis bəzək Ģeyləri, qolbaq parçası, 3 ədəd dəmir nizə (tablo 52-3,4), bıçaqĢəkilli alət 
(tablo 52-5), sümük biz və s.] toplanmıĢdır. 
Qırlartəpə. Ağsu rayonunun Qırlar kəndi üstündə, hündür nöqtədə yerləĢən 
bu  təpənin  heç  bir  xüsusi  adı yoxdur.  Yerli  əhali  təpənin  ətəyində  nisbətən  düzən 
sahəyə  “Təpədalı”  deyirlər.  Ümumiyyətlə,  buradakı  əkilib  biçilən  sahəni  həmin 
təpəyə görə adlandırırlar. Qeyd edək ki, hal-hazırda üzüm bağına çevrilmiĢ həmin 
sahədə  antik  dövr  üçün  səciyyəvi  maddi-mədəniyyət  nümunələri,  qəbir  abidələri 
vardır. Təpənin üstündə ətraf yerlər də çox gözəl müĢahidə edilir, əlvan mənzərələr 
- Ağsuçayın dərin vadisi meĢəlik, kolluq, otlaqlardan ibarət geniĢ sahilləri, ġamaxı 
rayonu  ərazisi,  xüsusən  Pirdəriki,  Buğurt,  Pirqulu,  Qart,  Fit,  Niyal  dağları  aydın 
görünür. 
Təpənin  yerləĢdiyi  ətraf  ərazi  dəmyə  əkinçilik  və  maldarlıq  təsərrüfatının 
inkiĢafı  üçün  çox  gözəl  əlveriĢli  Ģəraitə  malikdir.  Münbit  torpağı,  zəngin  bitki 
növləri,  meĢəsi,  suyu  ilə  Ģöhrət  tapan  bu  yerlərdə  çox  böyük  zəhmət  tələb 
olunmadan  lazımi  həyati  vasitələrini  yaratmaq  mümkündür.  ġirvan boz  dağlarının 
müəyyən hissəsini təĢkil edən bu regionun  səfalı  havası axar-baxarlılığı da insanı 
özünə cəlb edir. Bütün bu vasitələr Qırlartəpə və ətrafında ən qədim zamanlardan 
insan  yaĢayıĢının  zəminini  ĢərtləndirmiĢdir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  abidə 
hələ  1960-cı  illərdə  diqqətimizi  cəlb  etmiĢdir.  Lakin  bilavasitə  qazıntı  iĢləri 
aparılmamıĢdır. 
Nəhayət 1982-ci il arxeoloji tədqiqatları zamanı bu təpənin üstünün əvvəlki 
müĢahidələrimizə  görə  çökdüyü  aydın  hiss  olunurdu.  Burada  yoxlama  qazıntısı 
qoyulmasını  qərara  aldıq.  Bundan  əlavə  mövsümün  tədqiqat  planına  görə  burada 
qazıntı aparılması nəzərdə tutulmuĢdu. 


66 
 
Təpənin  hazırkı  vəziyyətinə  görə  nisbi  hündürlüyü  təqribən  10  metr, 
üstünün  uzunluğu  40  metr,  eni  15  m-dir  (orta  enlik).  Təpənin  səthinin  çevrəsi 
təqribən  100  addımdır.  Qazıntı  nöqtəsini  cənub  kənarda  təpənin  üstündən 
götürməyi məsləhət bildik. Belə ki, buradan porsuq  yuvası ağzında çıxmıĢ  kərpic 
və  ya  kürə  divarını  xatırladan  qırıqlar,  habelə  əhəng-kərpic  qalığının  varlığı 
müəyyənləĢdirildi.  Bu  məqsədlə  təpənin  cənub-qərb  kənarından  üstdə  3x5  metr 
ölçüsündə (relyefə uyğun) yoxlama qazıntısına baĢlandı. Həmin yerdə kərpicləĢmiĢ 
suvaq  parçaları,  kül  və  s.  yanğın  izi  bilinirdi.  Üst  təpəciklərdə  ilk  orta  əsr 
keramikası,  dən  daĢlarına  rast  gəlinir.  Lap  baĢlanğıcdan  zəngin  yaĢayıĢ  izi  insan 
fəaliyyəti  qalığı  aydın  hiss  olunur.  Burada  son  antik  və  ya  ilk  orta  əsrlər  üçün 
səciyyəvi  saxsı  qab  ağzının  kənarı  qulp  və  baĢqa  hissələri  aĢkar  edilmiĢdir.  Saxsı 
qab  qulplarının  üstündə  basma,  kəsmə  naxıĢları  vardır.  Maraqlı  tapıntılardan  biri 
Nehrənin oturacaq hissəsidir. Onun dibində (içəridən) iki dik məhmizi vardır. 
Ümumiyyətlə, saxsı qalqa və nisbətən iri məiĢət qablarının qırıqları həddən 
artıq  tapılır.  Üst,  qarıĢdırılmıĢ  və  ya  uçub  tökülmüĢ  hissədə  yanıb  biĢmiĢ  suvaq 
parçalarına, təndir divarına oxĢar qalıqlar, dairəvi, kiçik təndiri xatırladan yerlər də 
üzə çıxır. Həmçinin əhəng kirəclə bərkidilmiĢ daĢ parçaları qəlpələri, tikili hissələri 
aĢkar edilir. 
Burada kül, qızarmıĢ yanğın tozu həddən artıqdır. Tikinti daĢları arasında iri 
qayıqvari  dən  daĢın  yarısı  da  tapılmıĢdır.  Bu  tapıntılar  0,5-0,7  metr  dərinlikdə 
müĢahidə edilir. Dərinə düĢdükcə qazıntının kənarına doğru hissə yenə də üst səthə 
yaxınlaĢır. Yəni təpənin tədricən aĢağı yamacında yenə də iri təsərrüfat küplərinin 
dik basdırıldığının Ģahidi olduq. Bu küpün oturacağı dar, gövdəsinin enli yerindən 
diametri  0,7  m-dir;  saxsının  qalınlığı  0,2  sm-dir.  O  parçalanmıĢ  vəziyyətdə  idi. 
Onun içərisində yanğından əmələ gəlmiĢ kül qalıqları var idi. 0,9-1 metr dərinlikdə 
daĢ  töküntü,  suvaq  parçaları  təmizlənərkən  tərkibinə  saman  qarıĢdırılmıĢ  kəndiyə 
oxĢar dairəvi ocaq və ya baĢqa təsərrüfat yeri aĢkar edilmiĢdir. Onun içərisindən və 
uçub  tökülmüĢ  hissələri  yanğından  yarımçıq  biĢmiĢ,  saman  qarıĢıqları  gili  olan 
dayaz  və  kobud  qab  qırıqları  tapılmıĢdır.  Onlar  primitiv  qab  formasında  olub, 
eneolit qablarını da xatırladır. 
Ümumiyyətlə,  açdığımız  yoxlama  qazıntı  yerində  1,5  metrə  qədər  (üstdə) 
dərinliyə  düĢmüĢüksə  də  hələlik  abidənin  sirli  aləmi  istehsal  ocağı,  yaĢayıĢ  yeri 
əlamətini  və  bu  kimi  yerlərin  olduğunu  nəzərə  çarpdırır.  Burada  möhtəĢəm 
tikintinin qalığı da gözlənilir. Tikinti daĢları hamısı çaydaĢındandır. Qazıntı ətəkdə 
dərinləĢdikcə,  təpənin  maili  yamacına  görə  təbii  olaraq  sahə  geniĢlənmiĢdir.  1,5 
metr  dərinlikdə  qazıntının  eni  5  metrə  çatmıĢdır.  Burada  yanıq  torpaq,  kül,  daĢ 
əvvəlki kimi davam edir. Buradan yarımqazan, səhəng tipli qablar aĢkar edilmiĢdir. 
Yuxarıda  qeyd  etdiyimiz  kiçik  ocağın  diametri  28  sm,  salamat  qalmıĢ  hissəsində 
hündürlüyü 24 sm, qalınlığı isə 2,5 sm-dir. Bu ocaq təndirvaridir. Bu cür nisbətən 
iri  təndirvari  və  ya  kəndiyə  oxĢar  qurğuların  uçub  töküldüyü  və  onun  sarımtıl 
palçıqdan  düzəldiyi  müĢahidə  edilmiĢdir.  Ümumiyyətlə,  qazıntı  palçığına  saman 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə