Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə33/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

67 
 
qatılmıĢ  dairəvi  qurğulara  xeyli  təsadüf  edilmiĢdir.  Bu  cür  qurğuların  divarının 
hündürlüyü xaricdən 10, içəridən 7 sm-dir. Onun altından dibinin qalınlığı 3-4 sm-
ə  çatır.  Divarının  qalınlığı  isə  3-5  sm-dir.  Buradan  tapılmıĢ  keramika  qalıqları 
dayaz,  qalın  divarlıdır.  Hələlik  burada  planlı  və  geniĢ  qazıntı  iĢi  aparılmamıĢdır. 
Təkcə  üst  qatdan  zəngin  həyat  izinin  nəzərə  çarpması  onun  ən  son  dövrünün 
təqribən eramızın III-VI əsrlərinə aid etməyə imkan verir. 
 
1983-cü il 
Ekspedisiya  1983-cü  il  iyulun  1-dən  avqustun  31-nə  kimi  Ağsu  rayonu 
Qırlar kəndi yaxınlığında yerləĢən təpədə arxeoloji qazıntı iĢləri aparmıĢdır
29
. Təpə 
və  onunla  eyni  kompleksə  malik  “Kəndyeri”  yaĢayıĢməntəqəsi,  habelə  onların 
arasındakı  qədim  qəbiristan  Ağsu  rayonunun    məzrəsində  yerləĢməklə  böyük  bir 
sahəni əhatə edir. 
Qırlartəpədən  təqribən  1  km  Ģərqə  doğru,  Sanqalan  yaylasının  hündür 
yerindəki  yastandan  da  qədim  maddi-mədəniyyət  nümunələrinə,  xüsusilə  üzüm 
bağı salınarkən qəbir abidələrinə rast gəlinmiĢdir. Buradan yerüstü axtarıĢ zamanı 
eramızın  ərəfəsi  üçün  səciyyəvi  saxsı qab nümunələrinə  tez-tez  təsadüf  edilən  bu 
sahə “Bədbinə” adlanmaqla, təqribən 8-10 ha-ya bərabərdir. Yerli əhalinin verdiyi 
məlumata  görə  buradan  yalnız  qəbirlər  aĢkar  edilib.  Lakin  buranı  Qırlartəpə 
yaĢayıĢ  yerinin  qəbiristanı  hesab  etmək  düzgün  olmaz.  Çünki  təpə  ilə  kəndyeri 
arasında  məhz  onun  qəbiristanı  yerləĢir.  Belə  olduqda  onda  burada  da  ya  kiçik 
qonĢu yaĢayıĢ məntəqəsi və ya müəyyən əqidə sahiblərinə məxsus ictimai qrupun 
ayrıca qəbiristanı olmuĢdur. 
YaĢayıĢ yeri və onun ətrafı meĢəlik, münbit və dəmyə torpaqlara, qaynama 
bulaqlara, habelə müxtəlif zəngin bitki örtüyünə, geniĢ otlaqlara da malikdir. Təbii 
Ģəraitdəki  dəyiĢikliklərin  uzun  müddət  davam  etməsini  nəzərə  alaraq  və  tapıntı 
flora, fauna qalıqlarına əsasən həmin təbii Ģəraiti öyrəndiyimiz dövrə də aid etmək 
mümkündür.  Beləliklə  antik  dövrdə  bu  yaĢayıĢ  yerində  iqtisadi  həyatın  mühüm 
sahələrinin  inkiĢafı  üçün  lazımi  Ģərait  olmuĢdur.  Bununla  belə  buradan  qədim 
ticarət  yollarının  keçməsini  Ģərtləndirən  kifayət  qədər  maddi  mənbələr  vardır. 
Bütün  bunlar  hələlik  yaĢayıĢ  yerində  əsaslı  qazıntı  aparılanadək  alınmıĢ 
məlumatdır. 
Qazıntı əvvəlcə təpənin cənub qərb yarısında, keçən ildən açılmıĢ yoxlama 
sahəsi də buraya daxil olmaq Ģərtilə baĢlandı. Əvvəlcə 16x16 metr ölçüsündə sahə 
götürməyi  qərara  aldıq.  Lakin  bu  təpənin  hər  hansı  bir  vahid  tikinti  kompleksinə 
aid  olduğu  güman  edildiyindən,  həm  də  daha  aydın  təsəvvür  əldə  etmək  üçün 
                                                 
29
 Ekspedisiya bu tərkibdə iĢləmiĢdir: rəis Fazill Osmanov (1.VII-15.IX.83), baĢ elmi iĢçi Fərhad  Ġbrahimov 
(l.VIII-3l.VIII.83),  kiçik  elmi  iĢçi  Qafar  Cəbiyev  (1.VII-31.VIII.83),  kiçik  elmi  iĢçi  Sevda  Hüseynova 
(1.VIII-31.VIII.83),  memar  Qalib  XoĢginabi  (15.VIII-31.VIII.83),  rəssam  Cəbrayıl  Ġsgəndərov  (5.VIII-
31.VIII.83), baĢ laborant Tofiq Mehdiyev (1.VII-31.VII.83). 


68 
 
əvvəlcə  götürülmüĢ  ölçünü  Ģimala  doğru  24  metrə  çatdırdıq.  Həmin  ölçü  təpənin 
Ģimal hissəsilə kənar xətt kimi uzanan hündür divarı andıran yerə çatdırıldı. Onlar 
da  4x4  metr  ölçülü  kvadratlara  bölündü.  Bu  ölçüdə  götürülmüĢ  sahə  təqribən 
təpənin  cənub  ətəyindən  və  qərb  zirvəsindən  baĢlamaqla  onun  yarısını,  daha 
doğrusu, qərb yarısını əhatə edir. Kvadratlar qərbdən Ģərqə doğru əlifba sırası ilə, 
cənubdan  Ģimala  doğru  isə  rəqəmlərlə  nömrələndi.  Kvadratlar  Ģahmat  üsulu  ilə 
nömrələnməsilə  göstəriləcəkdir.  Qərb  tərəfdə  qazıntı  sərhədi  yalnız  zirvədən 
baĢladığı üçün a kvadratını ehtiyatla saxladıq ki, gələcəkdə qazıntı üçün düĢdükcə 
təpənin meylli döĢündə sahə geniĢlənəcək və daha bir kvadratın yaranacağı nəzərə 
alınmıĢdır. Belə olacağı halda “a” kvadratı məhz baĢlanğıca, daha doğrusu kənara 
düĢəcəkdir və əlifba ardıcıllığı ilə pozulmayacaqdır. 
Beləliklə qərbdən Ģərqə doğru 16  metr (b,  v, q, d),  cənubdan  Ģimala doğru 
isə  24  metr  (1,  2,  3,  4,  5,  6)  4x4  ölçüsündə  24  kvadrata  bölünüb  götürüldü  (384 
m
2
). 
Qazıntıya  baĢlanan  ilk  günlərdə  çox  əziyyət  çəkdik.  Çünki  sahənin  üstü 
baĢdan-baĢa  tikinti  daĢları  töküntüsündən  ibarətdir.  Odur  ki,  bel  ilə  qazmaq 
olduqca  çətindir.  Yalnız  külüng  və  iti  uclu  bel  ilə  iĢləmək  olurdu.  Ġlk  qazıntısına 
baĢladığımız yaĢayıĢ yerində külüng iĢlətmək də təhlükəli idi. Ona görə ki, lap üst 
qatdan  çoxlu  daĢ  töküntüləri,  uçquntuları  arasında  maddi-mədəniyyət  qalıqlarına 
da  təsadüf  edilir.  Burada  elə  nadir  və  qiymətli  tapıntılara  rast  gəlinir  ki,  artıq 
külüng  iĢlətmək  olmazdı.  Bunlar  gümüĢ  sancaq,  gil  büt,  dən  daĢları,  saxsı  qab 
qırıqları  və  s-dən  ibarət  idi.  DaĢ  töküntülərinin  arası  bıçaq  və  Ģotka  vasitəsilə 
iĢlənirdi  ki,  bu  da  iĢin  ləng  getməsinə  səbəb  olurdu.  DaĢ  töküntülərinin  qalmıĢ 
düzümü  də  maraqlı  idi.  Onlar  elə  bil  tağlı  tikintinin  uçub  töküldüyünü  də 
xatırladırdı. 
Təpənin  istər  hündür  kənarları  və  istərsə  də  çökmüĢ  üst  qatı  götürüldükcə 
nisbətən xırda əhəngdaĢından olan (qumdaĢı) alətə oxĢar daĢlar tapılır. Bu daĢların 
iĢlənməsi  xüsusilə  də  ovuc  içərisində  tutulmaqla  iĢləndiyi  aydın  bilinir.  Onlar 
piramida  üçbucaq  və  baĢqa  həndəsi  fiqur  formasında  olub  bir  ucu  iti,  tərəfləri 
hamar, kənarları-tinləri isə iti vəziyyətdədir. Bu daĢların əksəriyyəti ovuc içərisinə 
asanlıqla  sığır.  Onlar  sürtüləndə  asanlıqla  aĢılanır.  Onlardan  ola  bilsin  ki,  nəyisə 
(metalı)  sürtüb  pasını  açmaq,  silahın  alətin  itilənməsində  istifadə  etmək 
mümkündür. Bundan baĢqa gön iĢində, primitiv üsul ilə sünbüldən dən çıxarmaqda 
və  s.  bu  kimi  iĢlərdə  də  istifadə  edilə  bilərdi.  Bu  cür  iĢlək  daĢlar  yalnız  yaĢayıĢ 
yerlərində və  ya antik  dövr  maddi-mədəniyyət qalıqları tapılan  yerlərdə  müĢahidə 
edilir. Bu tip daĢ alətləri Nüydi, Uzunboylar antik dövr  yaĢayıĢ  yerlərində, habelə 
Sulut ilə Kalva kəndləri arasında da çoxlu müĢahidə edilir (Seyfi adlı yerdə). 
Bundan  baĢqa  qırmızı  kərpic  rəngində  çox  rahat  yazan  qırmızı  təbaĢir 
parçaları  da  tapılmıĢdır.  Qırlartəpənin  lap  yaxınlığında  ağ  təbaĢir  yatağı  vardır. 
Göstərilən  qırmızı  təbaĢir  daĢından  vaxtilə  boyaq  və  ya  müxtəlif  rəsm,  yazı, 
iĢarələr  cızmaq  iĢində  istifadə  edilmiĢdir.  YaĢayıĢ  yerində  tapılmıĢ  saxsı  qab 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə