Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə39/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

79 
 
bəzi yerlərdə uçmaq təhlükəsi ilə əlaqədar aĢkarlanma, qazılıb açılma iĢləri hələlik 
qalmıĢdır. Bu iĢ mərkəzə yaxın Ģimal divarında baĢa çatdırılmamıĢdır. 
Təpənin  Ģərq  qurtaracağına  yaxın  hissəsində  qazıntı  sahəsi  dərinləĢdikcə, 
qazıldıqca  kömür,  saxsı  qırıqları,  heyvan  sümükləri  üzə  çıxır.  Burada  torpaq  bir 
qədər yumĢalır və kül-kömür qatına da təsadüf edilir. 
Buradan  bir  ədəd  Ģaxəli  buynuz  (çox  güman  ki,  cüyür  buynuzudur) 
tapılmıĢdır. Buynuzun uclarından göründüyü kimi iĢlənib hazırlanmıĢdır (tablo 60-
1).  Ondan  ola  bilsin  ki,  biz  kimi  istifadə  edilmiĢdir.  Ümumiyyətlə  Qırlartəpədə 
heyvan buynuzundan əmək aləti kimi istifadə edilməsi halları müĢahidə edilmiĢdir. 
Bu  ənənə  çox  güman  ki,  həmin  yaĢayıĢ  yerində  bizcə  ən  qədim  zamanlardan 
(eneolit  dövründən)  bəri  davam  edən  ən  adət-ənənənin  nəticəsidir.  Təqribən 
aydınlaĢdırılmıĢdır  ki,  eramızın  IV-V  əsrlərinədək  burada  yaĢayıĢ  demək  olar  ki, 
arasıkəsilmədən davam etmiĢdir. Üst tikinti qatına aid olan təbəqədən vəhĢi heyvan 
buynuzu  ilə  yanaĢı  saxsı  təkər,  daĢ  alətləri  və  s.-yə  də  tez-tez  rast  gəlmək  olur. 
Burada  da  daĢ  töküntüsü  həddən  artıqdır.  Nizamsız  halda  olan  uçub  tökülmüĢ 
daĢlar qazıntı iĢini çətinləĢdirir. 
ġimal  xətti  üzrə  uzanan  daĢ  divarın  içəri  tərəfindən  divarın  dibində  B6 
kvadratında  bir  ədəd təsərrüfat  küpünün ağzı görünmüĢdür. Küpün ağzı  yastı daĢ 
ilə örtülü idi. Burada vaxtı ilə yaĢayıĢ olduğu zaman küpdə ərzaq saxlanmıĢ, onun 
ağzı daĢla kip örtülmüĢdür. Əsrlərdən bəri ağzı örtülü qalmıĢ küpün içərisində olan 
ərzaq  qurumuĢ,  yaxud  buxarlanmıĢ  və  ya  sızıb  yerə  hopmuĢdur.  Odur  ki,  küpün 
ağzı  açılan  zaman  onun  içərisinin  boĢ  qaldığı  göründü.  Lakin  küpün  dibində  çox 
narın torpaq qatı qalmıĢdır ki, bundan nümunə götürülmüĢdür. Nünunə hələ analiz 
edilməmiĢdir.  Ona  görə  də  bu  küpdə  hansı  ərzaq  saxlandığını  dəqiq  söyləmək 
çətindir. Güman etmək olar ki, burada maye halında olan  ərzaq, yaxud da dən və 
ya  un  kimi  məhsullar  saxlana  bilərdi.  Küpün  ağzındakı  daĢın  alt  üzü  qaralmıĢdır. 
Küpün  ağzı  uzunsov  dairəvidir.  Bu  isə  görünür  küpün  üstünə  düĢən  ağırlıqdan 
basılıb parçalanmıĢ, çatlamıĢdır. Onun ağzının diametri ağzının kənara  çıxıntısı 5 
sm-dir. Ağzının kənarından küpün dibinə qədər içəridən dərinliyi 1,35 m-dir. Dibi 
isə  nisbətən  ĢiĢdir.  Küp  dik  basdırılmıĢdır.  Bu  küpün  əks  istiqaməti  üzrə  cənub 
divarın istiqamətində  daha  bir küpün  yarıdan aĢağı hissəsi qalmıĢdır. Bu küp çox 
dərinə  basdırıldığından  otağın  düzündə  olduğundan  sınıb  tökülmüĢ,  yalnız 
oturacağa yaxın hissə qalmıĢdır. 
Ümumiyyətlə  akropolda  təsərrüfat  küplərinə,  onun  qırıntılarına  çox  rast 
gəlinir.  Həm  də  onlar  əsasən  divar  diblərində,  otaq  künclərində  və  hətta  bir  barı 
divarından  xaricə  yenə  də  divar diblərinə  basdırılmıĢ  və  ya  qoyulmuĢdur. Əsasən 
dövrün  bir  növ  ərzaq  anbarını  təĢkil  edən  iri  küplər  yaĢayıĢ  yerindən,  onun 
nekropolundan  çoxlu  miqdarda  aĢkar  edilir.  Bunlar,  həm  nekropoldan,  həm 
akropoldan, həm də Kəndyeri yaĢayıĢ yerindən əldə edilən küp qırıqları ilə tam bir-
birinə oxĢardır. Onlar eyni bir dövrün məhsulu olub eramızdan əvvəlki I minilliyin 
son rübü və eramızın əvvəlləri üçün səciyyə daĢıyır. 


80 
 
Qeyd  etmək  lazımdır  ki,  baĢqa  saxsı  qablara  nisbətən  iri  təsərrüfat 
küplərinin ömrü daha  uzun olur və  onlar demək olar ki,  bəzən bir neçə  nəsil,  bir 
neçə əsr istifadə edilir. Bu bir tərəfdən qalın və möhkəmliyi ilə əlaqədardırsa, digər 
tərəfdən  həm  də  əsasən  çox  hərəkət  etməsindən  müəyyən  yerdə  uzun  müddət 
tərpədilmədən qalması ilə də bağlıdır. Buna misal olaraq, bu cür iri küplərin qonĢu 
Nüydi,  Uzunboylar  torpaq  qəbirlərindən,  eləcə  də  bilavasitə  bu  yaĢayıĢ  yerindən 
tapılması onları qeyd etdiyimiz dövrdə geniĢ yayıldığını bir daha təsdiq edir. 
Akropoldan  və  ətraf  Ģəhərgahdan  təsərrüfat  küplərinin  həddən  artıq 
tapılması burada bir daha yüksək əkinçilik mədəniyyətinin inkiĢafını əyani Ģəkildə 
təcəssüm etdirir. 
Qeyd  edildiyi  kimi,  təpənin  Ģərqə  doğru  eni  daralır  və  onun  sərhəddindən 
xaricə  doğru  bir  növ  pilləli  eniĢ  baĢlanır.  Təpənin  ümumi  vəziyyətinə  görə  kənar 
divarların  istiqaməti  bilinir.  Məhz  bu  istiqamət  üzrə  divarların  üstü  və  ətrafı  təm 
izlənir.  Divarların  üstü  içəriyə  doğru  əyilmiĢ,  hətta  bəzi  yerlərdə  sallanmıĢ 
vəziyyətdədir.  Q3  və  Q4  kvadratları,  yəni  akropolun  cənub  kənar  xətti  boyu 
qərbdən-Ģərqə doğru uzanan divarın içəri tərəfi 0,7 metr hündürlükdə qalmıĢdır. Bu 
isə  qərbdən  Ģərqə  doğru  hələlik  5-6  metr  uzunluqda  davam  edir.  Ġri  daĢlardan 
hörülmüĢ divarın qarĢısında və dibi təmizlənərkən yanğın izi, daha doğrusu yanmıĢ 
ağac hissələri müĢahidə edilir. Buradan da çoxlu heyvan, qaramal sümükləri aĢkar 
edilmiĢdir. Bununla yanaĢı, qara, qonur, qırmızı rəngli saxsı qab qırıqlarına da tez-
tez  təsadüf  olunmuĢdur.  Bu  cür  tapıntılar  Q4,  Q5-Q6  kvadratlarında  da  eyni 
dərəcədə aĢkara çıxarılır. 
Q4 kvadratında 0,8 metr dərinlikdən bir ədəd saxsı dibək dəstəsinə təsadüf 
edilmiĢdir (tablo 59-7). Onun yuxarı hissəsi yastı və deĢikdir. Gövdəsinin en kəsiyi 
dairəvi,  aĢağı  hissəsi  at  ayağı  formasında  olub,  hər  hansı  bir  ədviyyat  və  bu  kimi 
Ģeyləri qabda əzmək üçün çox əlveriĢlidir. Bu cür əĢyaya Qırlartəpə yaxınlığındakı 
qəbiristanda  saxsı  qab  içərisindən  iki  ədəd  tapılmıĢdır.  Bunların  bilavasitə  qabın 
içərisindən  tapılması,  onun  vəziyyətinin  aydınlaĢdırılmasına  xeyli  kömək  edir. 
Bundan  baĢqa  həmin  tapıntıların  həm  qəbirdən,  həm  də  yaĢayıĢ  yerindən  aĢkar 
edilməsi qəbiristanla yaĢayıĢ yerinin eyni dövrə aidiyyatı və bilavasitə onun burada 
yaĢamıĢ sakinlərə məxsusiyyəti məsələsində də tam aydınlıq yaradır. Məhz burada 
0,8-1,2  metr  dərinlikdə  bu  və  ya  digər  tapıntılar  eramızdan  əvvəl  I  əsrləri  üçün 
səciyyə daĢıyan materiallarla da zəngin olduğunu bildirir. Belə ki, Q5 kvadratında 
sarımtıl,  ağzının  kənarından  dik  qaldırılmıĢ  qulpu  olan  və  qulpun  üstü  boyu  gil 
düyməciklərə  malik  saxsı  cam  (tablo  59-1),  ağzı  süzgəcli  və  novçalı  qab 
qırıqlarının  tapılması  da  qeyd  etdiyimiz  dövrü  səciyyələndirən  nümunələrdir. 
Ümumiyyətlə  yaĢayıĢ  yerlərindən  tapılan  qablar  və  qırıqları  ilə  onun  kənarında 
yerləĢən qəbiristanda tapılan materiallar çox hallarda  əksərən uyğun gəlir. Deməli 
yaĢayıĢ  yerinin  qəbiristanı  elə  onun  lap  yaxınlığında  yerləĢmiĢdir.  Qəbir 
abidələrinin  avadanlığı  və  yaĢayıĢ  yerinin  materiallarına  görə  sakinlərin  əkinçi, 
maldar, sənətkar, həm də hərbi iĢlərdə, ovçuluqda mahir olduqlarını göstərir. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə