9
Qazıntı sahəsinin Ģərq kənarında 1 metr dərinlikdə 4 saylı torpaq qəbir
aĢkar edilmiĢdir. Həmin dərinlikdə xam torpağın üstü daha doğrusu basdırılmıĢ
Ģəxsin qarĢısında od yandırıldığı torpaq üzərində yanğın izinin qalmasından məlum
olmuĢdur. Bu 4 saylı torpaq qəbirdə maddi-mədəniyyət qalıqları tam kompleks
Ģəkildə əldə edilmiĢdir. Hərçənd plantaj Ģumu zamanı materialların sınması halı
olmuĢsa da, onlar öz əvvəlki yerlərindən tərpədilməmiĢdir.
4 saylı torpaq qəbiri xam torpaqda qazılmıĢdır. Bu qəbir 1,3 metr dərinlikdə
yerləĢir. Qəbirdə ölü Ģərq-qərb istiqamətində olmaqla baĢı Ģərqə doğru sağ böyrü
üstdə bükülü Ģəkildə qoyulmuĢdur. Buradakı maraqlı cəhətlərdən biri ondan
ibarətdir ki, insan skeleti ilə üz-üzə bir qoyun skeleti də aĢkar edilmiĢdir. Axirət
dünyaya inancla əlaqədar olaraq qurban verilmiĢ qoyun da ölü ilə qəbirdə, onun
önündə dəfn edilmiĢdir. Bundan baĢqa mərhumu çoxlu müxtəlif gil qablar, dəmir
nizələr və habelə mis bəzək Ģeyləri müĢaiyət etmiĢdir. 30-a yaxın gil qab içərisində
əl ilə hazırlanmıĢ iri küplərdən kiçik tayqulp dopu, süddan formalı gil qablar kimi
müxtəlif saxsı məlumatı əsasən baĢı yanında düzülərək, üç ədəd qab isə iri küp,
ağzı bir növ lülək formada olan novçalı qab və iki qulplu matra ayaqları
istiqamətində qoyulmuĢdur. Ölünün baĢı yanında qoyulmuĢ gil qabların içərisində
heyvan (əsasən xırda buynuzlu heyvan sümükləri) var idi. Bundan baĢqa həmin
qabların arasında həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanların ayaq
sümükləri aĢkar edilmiĢdir.
Skeletin qarĢısında (baĢ hissədə) bir dəmir oraq, mis halqa və qoyunun
boğazına doğru tuĢlanmıĢ nizə ucluğu qoyulmuĢdur. Sol əlinin orta barmaqlarında
bir mis üzük də var idi. Bütün bu vəziyyətlərə görə belə bir təsəvvür əmələ gəlir ki,
həmin qəbirdə basdırılmıĢ adam (bunu eyni zamanda həmin ərazinin ümumi əhalisi
Ģəxsində də götürmək lazımdır) maldarlıqla, əkinçiliklə və hərbi iĢlərlə də məĢğul
olmuĢdur.
I yoxlama qazıntı sahəsi adlandırdığımız yerdə dörd ədəd torpaq qəbiri
aĢkar edilib öyrənildikdən sonra “Nüydi düzü”nün bilavasitə yaĢayıĢ üçün
xarakterik yerinin, tikililərinin aĢkar edilməsi ilə əlaqədar burada qazıntı
dayandırıldı və bir qədər Ģərqə doğru, təqribən 70 m-lik bir məsafədə II qazıntı
nöqtəsi qeyd edilmiĢdir. Bura məhz ona görə seçilmiĢdir ki, yerin üstündə çoxlu
dən daĢları, daĢ qablar, bünövrə daĢları (yonulmamıĢ), iri küp sınıqları, yanıq izləri
və habelə suvaq parçaları müĢahidə olunmuĢdur. Burada da əvvəlki qazıntı
sahəsində olduğu kimi 6x6 m-lik bir qazıntı sahəsi götürüldü. Bu sahənin yaĢayıĢ
yeri üçün seçilməsində Xınıslı arxeoloji ekspedisiyasının rəisi Cabbar Xəlilovun da
göstəriĢi olmuĢdur.
6
6
Eyni zamanda ġamaxıda arxeoloji qazıntı iĢləri aparılan zaman Cabbar Xəlilov, Ġlyas Babayev,
Abdulla Orucov, Adil Vahidov və s. yoldaĢlar abidələrlə tanıĢ olmaq üçün qazıntıda bir gün olmuĢlar. Bundan
baĢqa Rəhim Vahidov da bu abidələrlə yerində tanıĢ olmuĢdur.
10
Ümumiyyətlə, “Nüydi düzü” yaĢayıĢ yerində mədəni təbəqə demək olar ki,
lap yer səthindən baĢlayır. Bu, ilk baxıĢda bir qədər qəribə görünsə də bizim qədim
insan fəaliyyəti olan torpaq qatına lap yer səthinin üstündə götürmək üçün
müəyyən əsaslarımız vardır. “Nüydi düzü” yaĢayıĢ yeri dağətəyində (bura dağlıq
da demək olar) yerləĢməsinə baxmayaraq yüksək yerdə olub, külək sovruğu və
yağıĢ sularının asanlıqla aĢılaya biləcəyi bir yerdədir. Ehtimal ki, burada yer səthi
üzərində təbii təbəqələĢmə çox zəif getmiĢdir. Yerlilərin söylədiyinə əsasən qıĢ
zamanı qar yağdıqda külək onu dərhal sovurub ətraf dərələrə doldurur.
II qazıntı sahəsində (üstdən) 0,3 metr dərinliyə qədər qara torpaq, onun
altında 0,1 metr qalınlıqda yanğından qızarmıĢ qırmızı torpaq, sonra 20-35 sm
içərisində kömür qırıntıları olan qara torpaq davam edir. Bundan sonra baĢlayan
sarı torpaq qatının bəzi yerlərində kömür qarıĢıqlı torpaq qatı müĢahidə
olunmuĢdur ki, bu da quyu, yaxud küp basdırılmıĢ yerlərdir.
Qazıntının Ģərq kənarında 0,6-0,7 dərinlikdə çox da iri olmayan çay
daĢlarından hörülmüĢ binanın bünövrə hissəsi aĢkar edilmiĢdir. ġimal-cənub
istiqamətində 5 metr uzunluqda aĢkar edilmiĢ hörgünün eni 60 sm-dir. Bu daĢ
hörgünün cənuba doğru uzanan 4 metrlik məsafədən Ģərqə doğru həmin divara
perpendikulyar olmaqla digər bir daĢ divarın hörgüsü də aĢkar edilmiĢdir. Həmin
daĢ hörgü 1 m-ə qədər davam edərək ondan sonra pozulmuĢdur. Bu divar
qalınlığına görə onun dördkünc binaya məxsus olduğunu göstərir. Arakəsmə divar
hörgüsü isə çoxotaqlı mənzillərin də varlığı haqqında təsəvvür yaradır. Bünövrədə
iĢlədilmiĢ daĢlar təqribən eyni ölçüdə olub yonulmadan istifadə edilmiĢdir.
Onlardan bəzisinin kəllələrindən qopardılma, çapılma izləri də müĢahidə
edilmiĢdir.
DaĢ hörgü aĢkar edilən yerdə saxsı məmulatı və baĢqa maddi-mədəniyyət
qalıqları çox seyrək olub, yalnız izləri üstünlük təĢkil edir. Bununla belə qeyd
edilməlidir ki, həmin sahədə qazılmamıĢ müxtəlif cinsli daĢlardan düzəldilmiĢ dən
daĢları daĢ qablar, saxsı qırıqları müĢahidə olunmuĢdur. Divarın qərb kənarından
çoxlu miqdarda çubuq hörgüyə suvanmıĢ suvaq parçaları əldə edilmiĢdir. Buradan
belə bir fikir yaranır ki, həmin mənzilin bünövrəsi və çox güman ki, üst divarları da
çay daĢlarından hörülmüĢ, bəzən divarları çubuq hörgü və suvaqla
hamarlandırılmıĢ arakəsmələrdən ibarət olmuĢdur. Divarın qərb kənarında aĢkar
edilmiĢ iri təsərrüfat küpünün içərisindən yoğun palıd ağacı kömürünün tapılması
və ərazinin bilavasitə meĢələr arasında yerləĢməsi onun damı və baĢqa hissələrinin
tikilməsində ağac materialından geniĢ surətdə istifadə edildiyinə Ģübhə doğurmur.
Təsəvvür etdiyimiz divarların qərb tərəfinin Ģimal küncündə nazik lövhə
Ģəklində daĢlar odun təsirindən yanıb qaralmıĢdır. Burada baĢqa yanıq izləri, gil
qatı da çoxdur. Əvvəldə qeyd etdiyimiz kimi mədəni təbəqənin dayazda olması və
üzüm bağı üçün dərin Ģum sürüldüyündən nəinki ocaq yerləri, eləcə də baĢqa
qırıqlar və ilkin formasını itirmiĢdir. Odur ki, burada kiçik qazıntı vasitəsilə
Dostları ilə paylaş: |