Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   2   3   4   5   6   7   8   9   ...   59

13 
 
bitiĢik  olan  “Pəldahar”  adlı  sahədə  qədim  buğda  növü  özbaĢına  olaraq  indi  də 
yetiĢir.  Bu  buğdaya  yerlilər  “Peyğəmbər  buğdası”  da  deyirlər.  Bu  buğda  çox 
güman ki, qədim buğda cinslərinin bu günə kimi qalmıĢ nəslindəndir. 
Ağsu  rayonunun  Nüydi  kəndində  aparılmıĢ  kiçik  arxeoloji  qazıntılara 
əsasən  burada  hələlik  e.ə.  I  minilliyin  son  rübündən  baĢlayaraq  eramızın  I 
minilliyinin  ilk  əsrlərinə  aid  zəngin  maddi-mədəniyyət  qalıqlarının  varlığı  aĢkar 
edilmiĢdir.  Bunlar  içərisində  torpaq  qəbirləri  və  onunla  əlaqədar  olan  yaĢayıĢ 
yerləri qismən öyrənilmiĢdir. 
YaĢayıĢ  yerlərini  bildirən  çay  daĢlarından  hörülmüĢ  ev  bünövrəsi,  suvaq 
qalıqları,  habelə  iri  təsərrüfat  küpləri  aĢkara  çıxarılmıĢdır.  Bundan  baĢqa  “Nüydi 
düzü”ndən  tapılmıĢ  çoxlu  miqdarda  dən  daĢları  da  maraqlıdır.    Belə  ki,  əldə 
edilmiĢ təsərrüfat əhəmiyyətli maddi-mədəniyyət qalıqlarına əsasən yaĢayıĢ yerinin 
qədim  sakinlərinin  əsas  məĢğuliyyətlərindən  biri,  həm  də  daha  üstün  yer  tutan 
sahəsi  əkinçilik  və  maldarlıq  olmuĢdur.  Torpaq  qəbirlərindən  əldə  edilmiĢ  dəmir 
nizə  ucluqları  və  tunc  dəbilqə  albanların  döyüĢ  texnikası  haqqında 
təsəvvürlərimizin  geniĢlənməsinə  Ģərait  yaratmıĢdır.  Burada  gələcəkdə  arxeoloji 
qazıntılar  davam  etdirilərsə,  Qafqaz  Albaniyasına,  qədim  əhalisinin  tarixinə  dair 
daha yeni və zəngin məlumat əldə etmək olar. 
1972-ci il 
Ağsu  rayonunun  dağlıq  hissəsində  yerləĢən  Nüydi  kəndi  və  onun  ətrafları 
antik  dövr  və  orta  əsr  abidələrilə  zəngindir.  1965-ci  ildə  burada  ilkin  arxeoloji 
qazıntı zamanı bir sıra yeni tapıntılar diqqəti cəlb etmiĢdir. Məhz buna görə də bir 
neçə  illik  fasilədən  sonra  1972-ci  ildə  həmin  abidədə  tədqiqat  aparılması  zəruri 
hesab edilmiĢdir. 
ġirvan ekspedisiyasının Nüydi arxeoloji dəstəsindən ibarət olan elmi heyət 
eyni  adlı  kəndin  qərb  kənarında  yerləĢən  Nüydi  arxeoloji  dəstəsindən  ibarət  olan 
elmi heyət Ayni adlı qərb kənarında yerləĢən Nüydi düzənində və ətraf ərazidə iki 
ay tədqiqat iĢləri aparılmıĢdır. Üzüm bağına çevrilmiĢ bu abidədə hazırda arxeoloji 
qazıntı iĢləri aparmaq olduqca çətinləĢmiĢdir. Artıq üzüm tənəkləri böyümüĢ, geniĢ 
bir sahəni örtmüĢdür. Ġndi lazımi sahədə qazıntı aparmaq üçün  nə qədər bar verən 
meyvə  ağaclarını  tələf  etmək  kimi  çətin  vəziyyət  yaranmıĢdır.  Ona  görə  də 
meyvəsiz  yerdə  yoxlama  qazıntısına  baĢlamağı  qərara  aldıq.  Ġlk  dəfə  qazıntı 
baĢlanmıĢ  qəbiristan  sahəsində  30  metr  Ģimal-Ģərqə  doğru  4x4  metr  ölçüsündə 
kiçik  qazıntı  açdıq.  Lakin  bu,  yoxlama  ümidimizi  doğrultmadı.  Məqsədimiz 
yaĢayıĢ yeri ilə əlaqədar maddi-mədəniyyəti öyrənmək idi. BaĢlanmıĢ sahənin üst, 
qara  torpaq  qatı  əvvəldən  bəlli  olduğu  kimi  qarıĢdırılmıĢdır.  Onun  içərisində 
maddi-mədəniyyət qalıqlarına az-az təsadüf olunur. 30 sm yer səthindən alt ağımtıl 
qatın baĢladığı müĢahidə edilmiĢdir. Bu qatda da 0,8 metr qədər tək-tək saxsı qab 
qırıqları,  bəzi  qəhvəyi  rəngdə  dəvəgözü  (obsidian)  qəlpələri  görünürdü.  Lakin  1 
metr  dərinlikdən  heç  bir  maddi-mədəniyyət  izi  görünmədi.  Ümumiyyətlə,  burada 
heç bir tikinti və  ya  forması bəlli olan qab-qacağın hissələrinə rast gəlinmədi. Ġlk 


14 
 
yoxlama  zamanı  az  saxsı  qırıqlarından  baĢqa  qırıqlara  da  təsadüf  edilmədiyindən 
və  xam  torpağa  çıxdığından  1965-ci  il  I  qazıntı  sahəsinin  Ģərq  kənarından 
geniĢləndirməyə baĢladıq. Bura hələlik 5x5  metrlik bir sahənin açılması  mümkün 
oldu.  Əvvəlcə  köhnə  qazıntının  və  yeni  sahənin  ot-əncəri  təmizləndi  və    1965-ci 
ildə  qazılıb  götürülməsi  lazım  bilinməyən  maddi-mədəniyyət  qalıqlarının 
qazıntının  Ģərq  kənarında  basdırıldığı  yer  bir  daha  yoxlandı  və  orada  olduğu 
aydınlaĢdırıldı.  Burada  bəzən  lap  üst  qatda  da  hətta  bütöv  gil  qab-qacağa  təsadüf 
edilir,  ona  görə  ki,  vaxtilə  dərin  Ģumlanma  zamanı  dayazda  olan  qəbirlər 
dağıdılmıĢ  və  qarıĢdırılmıĢdır.  GötürülmüĢ  kiçik  sahə  dörd  kvadrata  bölünərək 
qazılmağa baĢlandı. Yerin səthi bir qədər axırımlı və Ģumlanma ilə əlaqədar qeyri-
bərabərdir.  Üst  lay  götürülərkən  bəzi  qəbir  avadanlığının  daha  dayazda  yerləĢdiyi 
müĢahidə  olunmuĢdur.  Belə  ki,  0,3-0,4  metr  dərinlikdə  kiçik  matraya  oxĢar  qab, 
tunc  üzük  III  kvadratdan  və  iki  iri  tunc  bilərzik  isə  IV  kvadratla  I  kvadratın 
arasında  aĢkar  edilmiĢdir.  Bilərziklər  aĢkar  edilən  yerdə  insan-qıç  sümüklərinin 
qırıqları da görünmüĢdür. 
1 saylı küp qəbiri. Davam etdirilən qazıntı sahəsində, I kvadratdan 0,8 metr 
dərinlikdə  orta  həcmli  gil  qab  parçaları  üstündə  olan  bir  uĢaq  qəbiri  aĢkar 
edilmiĢdir. Bu küp qəbiri kimi qeyd edilmiĢdir. Körpə uĢağa aid olan bu küp qəbiri 
çox  da  iri  olmayan  enli  ağızlı  küpün  ağız  tərəfinə  yaxın  sınıq  parçalarından 
ibarətdir. Bu qab ağzının kənarında dik ilgəkvari qulp da vardır. Qab bir cərgə də 
onun  ardınca  qoyularaq  bir  növ  uzunsov  döĢəmə  düzəldilmiĢdir.  Onun  hansı 
istiqamətə  olmasını  sümüklərindən  təyin  etmək  mümkün  deyildir.  Yalnız 
döĢəmənin  və  avadanlıq  -  qabların  düzülüĢünə,  bəzi  sümüklərə  görə  baĢın  Ģimal-
Ģərqə, ayaqların isə cənub-qərbə doğru olduğu müəyyən edilmiĢdir. Qablar isə Ģərq 
tərəfdə,  küpün  uzun  istiqamətində  düzülmüĢdür.  Buna  görə  də  onun  üzü  Ģərqə 
doğru  qoyulduğunu  söyləmək  olar.  Çünki  əksərən  qablar  skeletin  baĢ  tərəfində, 
eyni zamanda  üz tərəfində aĢkar edilir. Qəbirdən 10 ədəd gil qab aĢkar edilmiĢdir 
ki, onların da çoxu sınıqdır. Bunlar qalın  saxsı olan kobud hazırlanmıĢ  küp (onun 
gövdəsinin enli hissəsində iki yerdə ilgəkvari qulpu vardır), qırmızı rəngli təkayaq 
vaza, lüləkli dolça (kiçik) qara rəngli təkayaq vaz, qırmızı, nisbətən iri cam təkqulp 
çölmək  (onun  içərisində  xırdabuynuzlu  heyvanın  bud  və  qıç  sümükləri 
qoyulmuĢdur)  və  s.  ibarətdir.  Qabların  əksəriyyəti  çox  ovxalandığından 
götürülməsi lazım bilinmədi. Küpün içərisində skeletin kəlləsi qoyulmuĢ hissədən 
boğazından  3  ədəd  göy  rəngdə  ĢüĢə  və  bir  yastı  serdolik  muncuqlar  tapılmıĢdır. 
Burada  çox  kiçik  azı  və  ön  diĢləri  də  qalmıĢdır.  Muncuqların  yaxınlığında  kiçik 
dəmir əĢya da vardır ki, o həddən artıq korroziyaya uğramıĢdır. 
5 saylı torpaq qəbir. Qazıntıda aĢkar edilmiĢ küp qəbirindən Ģimal tərəfdə 
daha bir qəbir abidəsinin qabları görünmüĢdür. II kvadratda I metr dərinlikdə aĢkar 
edilən  bu  abidə  5  saylı  torpaq  qəbiri  kimi  qeydə  alındı  (bu  1965-ci  ildəki  4  saylı 
torpaq  qəbirinin davamı  kimi  verilir).  Onun  yanına,  daha doğrusu  baĢı ətrafına  və 
ayaqlarına  tərəf  çoxlu  gil  qablar  qoyulmuĢdur.  Qablar  əsasən  iki  və  təkqulplu 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə