Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   25   26   27   28   29   30   31   32   33

qidalanır.  Xoşbəxt  o  kəsdir  ki,  öz  mənliyini  yox  edib  İlahi 

varlığa qovuşur:



Əzəldən mənim fikrim, «Ənəl Haqq» idi zikrim 

Hənuz daha doğulmadan ol Mənsuri Bağdadi223

Şair  inanırdı ki,  saf qəlbli bir mürşidin,  həyatını Haqq 

yolunda  puç  edən  bir  dərvişin  yanına  getmək  hər  şeydən 

qiymətlidir.  «Yüz  Kəbədən  yekrəkdir  (daha  yaxşıdır)  bir 

könül ziyarəti».224

Yunusun  dediyinə  görə  gerçəkliyin  əsl  dəyəri  onun 

yoxluğundadır.  Bunu  hiss  üzvləri  qavraya  bilməz,  bunu  heç 

bir xarici kömək olmadan qəlb başa düşür:



Dinləmədən anladın anlamadan dinlədin 

Gerçəklərin bu yolda yoxluqdur sərmayəsi225

Allah  bir  olduğu  üçün  Kainat  da  birdir.  Yalnız  bir 

varlıq  mövcuddur,  hər  şey  onun  içər isindədir.  Çünki  maddi 

olan  hər  mövcudat  fanidir.  Deməli  nə  varsa  hamısı  bir 

vücudda vəhdətdədir:

Vücud şəhrini gəzdik 

Cümlə vücudda bulduq

Tahtessera (yerin altı) hep yerleri 

Cümlə vücudda bulduq

Dağları dənizləri 

Cümlə vücudda bulduq

Göydə yeddi ulduzu 

Cümlə vücudda bulduq

Göydə Beytül mamuru (Mələklərin qibləsini)

223 Yenə orada, s.155.

224 Yenə orada, s. 186.

225 Yenə orada, s  187.

126

Cümlə vücudda bulduq

Furkaan (Quran) ilə Zəburu

Cümlə vücudda bulduq

Cümləmiz dedik sadak

Cümlə vücudda qaldı226

Başqa  sufilər  kimi  Yunus  da  «Allahdan  başqa  İlahi 

yoxdur»  həqiqətini  qeyd-şərtsiz  qəbul  edir.  Lakin  bu  ifadə­

nin  səndən  başqa  Allah  yoxdur  mənası  ilə  bərabər,  səndən 

başqa  ümumiyyətlə  heç  nə  yoxdur  mənası  da  var.  Deməli, 

hər  şey bir  bütünə  daxildir.  «Kimsə  yox  birdən  artıq,  söylə­

nir bir içində».

Bir  təsəvvüf  təmsilçisi  kimi  Yunus  Emrə  də  bədənin 

fani,  ruhun  isə  əbədi  olduğuna  inanırdı.  Dünyada  ruhdan 

başqa  nə  varsa  yox  olur.  Ona  görə  də  bu  dünyada  surətə 

uyub mənanı yaddan çıxarma, çünki  həqiqət ondadır:

Məna axtar bu yolda

Məna duyan könüllər

Tən (bədən) fanidir can ölməz 

Ölürsə təklər ölür

Çeşmələrdə bardağın 

Bir anda durur isən

Yaratdı Haqq dünyayı 

Dünyaya gələn gedər.227

Öz şəxsi mənliyini  ilahi varlığa  qurban  verib heç edən, 

Ənəlhaqq  deyən  şair,  bütün  varlığı  ilə  inanırdı  ki,  yerdə, 

göydə,  maddi  dünyada,  mənəvi  dünyada  nə  varsa,  hamısı 

Mənəm, Mən vahidəm,  təkəm, şərikim yoxdur:

226 Yeııə orada, s. 197-198.

227 Yenə orada, s.  200.

127



Mənim canım oyanıqdır dost üzünə baxan mənəm 

Həm dənizə qarışmağa irmaq olub axan mənəm

trmaq kimi mən çağlaram gah gülərəm gah ağlaram

Nəfsin ciyərin dağlaram kibrü kini yaxan mənəm

Bu çarx mənim əlimdədir üstündə mən oturmuşam 

Mülk mənimdir hökm edərəm yanan mənəm yaxan mənəm

Ol Həllaci Mənsur ilə söylər idim ənəlhaqqı 

Yenə onun boynuna dar urqanmı (kəndirini) taxan mənəm

Əvvəl adım Yunus idi şimdi  tsmail o kodu

Ol dost üçün Ərəfatda qoçu qurban alan mənəm228

Yunus  Emrə  inanırdı  ki,  bütün  bunları  deyən  o  özü 

deyil,  Allahdır.  Çünki  o,  özü  artıq  yoxdur,  çoxdan  özünü 

fəda  edib  İlahiyə  qovuşub.  Yunusun  eşq  atəşi  sönməzdir. 

«Dənizə qərq olur isəm odum daha sönməz mənim» deyir.

Yunus deyil bunu deyən qüdrət dilidir söyləyən

Kafir olur inanmayan əvvəl-axır həmən mənəm229

Üzünü  Allaha  tərəf çevirərək,  Yunus  deyirdi  ki,  mənə 

nə  istəyirsən  et  -   zülm  et,  cəfa  gətir,  iztirab  ver  -   yenə  də 

Səndən  üz  döndərmərəm.  Çünki  mən  əsl  aşiqəm,  çünki  bir 

həqiqət var:  Ənəlhaqq.

Yüz min cəfa qılsam mən səndən üzüm döndərməzəm 

Canım dahi  alır isən səndən üzüm döndərməzəm

Səni sevirəm can ilə qul olmuşam qurban ilə 

Qanım töküb qurban eylə səndən üzüm döndərməzəm230

Yunusun  bütün  yaradıcılığı  vəhdət  ideyası  üzərində 

qurulub.  Mən,  sən,  o  -  yoxdur,  hamı  birdir,  Yer,  Göy,

228 Yenə orada, s.  209-210.

229 Yenə orada, s.  216.

230 Yenə orada, s.  219.

128

ümumiyyətlə  Kainat  ayrı  deyil,  birdir.  Dünyada  müstəqil 



yaşamağa  qadir  heç  nə  yoxdur.  Hamısı  Allahda  birləşir. 

Ondan başqa hər şey,  hər kəs  fanidir.  Yunus öz adından  heç 

nə  deyə  bilmir,  onu  danışdıran  Odur.  Mən  varlıq  kimi  yo­

xam, heçəm deyir:



Mən mənim dediyim əgər mən isəm 

Niçin bu mənliyə əlim erişməz (çatmaz)231

Mən  deyəndə,  Yunus  özünü  deyil  Tanrını  nəzərdə  tu­

tur.  «Mənəm» deməyə yalnız Onun  haqqı var:

Həm batinəm həm zahirəm həm əvvələm həm axıram 

Həm  mən  Oyam,  həm  O  mənəm,  həm  ol  Kərim  sübhan  mə­

nəm


Yoxdur orda tərcüman ondakı iş mənə əyan 

Oldur mənə verən lisan, ol dənizi ümman mənəm

Bu yeri göyü yaradan, bu Ərşi Kürsü durduran

Min bir adı vardır Yunus ol sahibi Quran mənəm232

Yunus  Emrəyə  görə  İlahi  məhəbbətdən  başqa  Yerdəki 

bütün  sevgilər  yalandır,  çünki  Haqdan  başqa  hər  şey  fani­

dir.  Ona  görə  də  könlünü  dünyaya  vermə,  ona  könül  verən 

mütləq  bir  gün  zülmə  düçar  olacaq.  Sənə  heç  bu  bədən  də 

lazım  deyil,  «o  əbədi  cənnətə  iman  gərəkdir».  Ona  görə  də 

nə  Mənsur  Həllac,  nə  də  Məcnun  məşuqdan  ayrılmır,  onun 

yolunda canlarından keçirlər.



Sənsən bizə bizdən yaxın görünməzsən hisab nədir

Çün eybin yox, göyçək isən üzündəki niqab nədir233

Aşiq  məşuqunun  üzünü  görməsə  də,  onun  gözəl  ol­

duğunu  bilir,  ona  doğru  can  atır,  həyatını  fəda  etmək  istəy­

ir, ona qovuşmaq istəyir.

231  Yenə orada, s.  350.

232 Yenə orada, s. 230.

233 Yenə orada, s.  310.

129



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə