mühüm rolu olmuşdu.
XV əsrin II yarısında beynəlxalq əhəmiyyəti olan başlıca karvan yolları
Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Bu yollardan biri
Yaxın və Orta Şərq bazarlarını
Təbrizlə, Xəzər sahili Azərbaycan bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə
birləşdirirdi
. Digər mühüm karvan yolu
Hindistanı, İranı və Azərbaycanı Qara dənizlə
birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi.
Şərq-Qərb ticarət əlaqələrinin, həmçinin
Azərbaycan-Osmanlı və Azərbaycan-Avropa ticarət əlaqələrinin inkişafında
Təbriz-Bursa-
İstanbul
karvan yolunun da böyük əhəmiyyəti vardı. Bu karvan yolunda başlıca məntəqə Toqat
idi.
Təbrizdən gedən ticarət karvanları Toqatda Şirvan, Gəncə və Gürcüstandan gəlmiş ipək
karvanları ilə birləşir və Bursaya yönəlirdi
.
Aralıq dənizinin Şərqində möhkəmlənmək uğrunda Venetsiya ilə müharibəyə başlamış II
Mehmed Avropa-Şərq ticarətində inhisar mövqeyinə malik olmaq istəyirdi. Osmanlılar nəinki
Anadoludan keçən ticarət yollarına, Şərq ilə Qərb arasında bütün ticarət yollarına hakim olmağa
çalışırdılar. Buna görə də II Mehmed müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane
olurdu. O, Osmanlı Türkiyəsi hüdudlarında toxuculuğun inkişafına ciddi fıkir verirdi. Sultan
Türkiyəni Şərqdən alınmış ipəyi toxuyaraq avropalılara hazır məhsul şəklində satan bir ölkəyə
çevirməyə çalışırdı. O, bu məqsədlə, cürbəcür məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan
gətirilmiş xam ipəyi Osmanlı Türkiyəsindən xaricə aparılmasına maneçilik törədirdi.
Azərbaycandan gətirilmiş xam ipək əlverişli olmayan şərtlərlə Osmanlı tacirlərinə satılmalı idi.
Ağqoyunluların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı anlayan
II Mehmed Azərbaycan tacirlərindən çoxlu gömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən
ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) gömrük haqqı alınırdı. Beləliklə, Ağqoyunlu
dövləti ilə Osmanlı Türkiyəsi arasında dərin ticarət ziddiyyətləri vardı. Osmanlı dövlətinin belə
iqtisadi siyasəti Ağqoyunlu dövlətinin süqutuna səbəb ola bilərdi.
Sultan II Mehmetin Trabzon yunan dövlətini aradan qaldırmaq cəhdləri Ağqoyunlu-Osmanlı
ziddiyyətlərini daha da kəskinləşdirdi. II Mehmet Trabzonu tutmağa və beləliklə özünün başlıca
rəqibi olan Ağqoyunlu dövlətini Qara dənizə çıxış yolundan məhrum etməyə, onun Qərblə
əlaqələrini kəsməyə can atırdı. Fateh Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz
ticarəti yolunun nəzarətini öz əlinə keçirmək niyyətində idi. XV əsrin II yarısında Şərq
istiqamətində Osmanlı işğallarının güclənməsi şəraitində Ağqoyunlu Trabzon munasibətləri daha
da möhkəmləndi. 1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər və
Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun cehizi Kayseri-Sivas
bölgəsini ağqoyunlara verilməsini tələb etdilər. II Mehmet bu tələbi rədd etdi. İstanbuldan mənfi
cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji məntəqə olan Qoyluhisarı 1460-cı
ilin baharında ələ keçirdi. Bu zaman Fateh sultan Mehmet sülh baglamaq üçün «Muş Əli» adlı bir
elçi göndərmişdi. Uzun Həsən «Trabzon və ətrafındakı qalalarla bağlı tələblərini» Osmanlı
hökmdarına bildirmişdi. Fateh Mehmet bu tələbləri qəbul etmiş və əmirlərinə xəbər göndərərək
Trabzon torpaqlarına hücum etməməyi, bu bölgəni Uzun Həsənin təbəələrinə həvalə etməyi
tapşırmışdı. Lakin II Mehmet Trabzonu işğal etmək fıkrindən əl çəkməmişdi.
Bu dövrdə Ağqoyunlu dövləti çox çətin vəziyyətə düşmüşdü. Çünki Uzun Həsən keçmiş
rəqibi olan həm qaraqoyunlularla mübarizə aparırdı. Bir tərəfdən dəTeymuri hökmdarı Əbu Səid
də Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı. Ağqoyunlular iki təhlükə arasında qalmışdılar.
Beləliklə, o zaman hələ kiçik feodal bəyliyi olan Ağqoyunlu dövlətinin aradan qaldırılması
təhlükəsi yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən Yassıçəmənə - II Mehmedin
hərbi düşərgəsinə bir elçi hey'əti göndərdi Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Saray
Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin
birinci tapşığını yerinə yetirə bildi: II Mehmeti Ağqoyunlu dövlətinə qarşı müharibə etmək
fıkrindən daşındırdı, iki ölkə arasında, ağqoyunluların Osmanlı dövlətinə, habelə onun
himayəsindəki ərazilərə hücum etməməsi, Osmanlı qoşunlarının Trabzona hücumu zamanı
Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı. Bu sülh müqaviləsinin
Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu müqavilə
nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti
öz müstəqilliyini saxlaya bildi. Lakin Saray Xatunun bütün sə'ylərinə baxmayaraq, II Mehmeti
Trabzon fəthindən çəkindirmək mümkün olmadı. 1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi.
Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin (Dəspinə xatunun) Trabzon taxtına olan
varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü.
Dostları ilə paylaş: |