Fənn haqqinda məlumat. Metalların təsnifatı


Amorf materiallarının bəzi mexaniki xassələri Cədvəl 1



Yüklə 10,48 Mb.
səhifə3/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   2   3   4   5   6   7   8   9   ...   28
Materialşünas imtahan cvb

Amorf materiallarının bəzi mexaniki xassələri Cədvəl 1

Xrom-nikelli paslanmayan poladlara nisbətən az xromu olan nikelsiz, məsələn, 72%Fe, 8%Cr, 13%P, 7%C tərkibli amorf ərintisində illərlə korroziya baş vermir. Paladların amorflaşması hələlik çox çətindir, çünki lazım olan 106 - 107 0 C /san. soyuma sürətini almaq qeyri mümkündür.
Amorf materiallarını göstərilən keyfiyyətləri və həmçinin xüsusi fiziki xassələri onların cihazqayırmada ( yazmaq üçün maqnit başlıqları ) geniş istifadə olunmasına imkan yaratmışdır. Amorf halı dayanıqlı deyildir. Amorf materialını 400-4500 C -ə qədər qızdırdıqda atomların istilik hərəkəti nəricəsində onda kristallar əmələ gəlir. Göründüyü kimi kristallaşma, bu dəfə amorf halını qızdırdıqda baş verir. Bu zaman ayrılan kristallarla amorf əsasının qatışığı çox nadir xassələrə malik olan strukturun alınmasına gətirib çıxarır.

  1. Metalların kristallik quruluşu.Anizotrapiya.

Metalların kristallik quruluşu
Təbiətdə bütün maddələr üç aqreqat – bərk, maye və qaz halında ola bilərlər. Maddələrin bir haldan başqa hala keçməsi sərbəst enerjinin ( F=U-TS ), entropiyanın, sıxlığın və s. fiziki xassələ-rinin kəskin dəyişməsi ilə müşaiyət olunur.
Maddənin dördüncü halı yüksək temperaturlarda ( 105 K –dən yuxarı ) yaranan güclü ionlaş-mış qaz –plazma adlanır.
Qaz, bərk və maye halların bir-birindən fərqini aydınlaşdıraq.
Qazlarda hissəciklər ( atomlar heç bir qanuna tabe olmayaraq nizamsız hərəkət edib bir-biri-ni itələyir və mümkün qədər böyük həcmi tutmağa çalışırlar.
Bərk cismdə atomlar nizamlı , müəyyən qaydada düzülmüşlər Bərk cismlərdə atomlar cazibə və itələmə qüvvələrini təsirindən müvazinətdə olduğundan, bərk cism öz formasını saxlamaq imka-nına malik olur. Bərk cismlərdə metallik, ion,kovolent və Van-Der-Vals cazibə əlaqələri olur.
Mayedə atom və molekullar « Yaxın qaydanı» saxlayırlar, yəni atomların müəyyən qismi fəza-da qanunauyğun qaydada düzülrlər. Bu hal dayanıqsız olub istilik rəqslərinin təsiri ilə tez əmələ gə-lir və pozulur. Bərk cismdən fərqli olaraq mayelər axıcılıq qabiliyyətinə malikdirlər. Deməli, maye hal qaz və bərk hallar arasında aralıq mövqe tutur.
Ancaq müəyən şəraitdə ( təzyiq, temperatur v.s. ) maddə ərimədən birbaşa bərk haldan qaz halına keçə bilər ki, buna da sublimasiya deyilir. ( Şəkil 1a )
Şəkil 1. a-temperatur və təzyiqdən asılı olaraq bərk, maye və qaz sahələri; b- elementar kristallik qəfəs

Fəzada hissəciklərin ( atomların və molekulların düzgün və qanunauyğun yerləşməsi kristallik halı xarakterizə edir. Fizikadan bilirik ki, kristal hal ilə bərk hal adətən eynidir.


Kristallik quruluş-düyünlərində atomlar ( ionlar) yerləşən fəza qəfəsi şəklində təsvir edilir ( şə-kil 1 b )
Anizotropiya
Bilirik ki kristal qəfəsin müxtəlif müstəvilərində və istiqamətlərində atom sıxlığı eyni deyildir. Odur ki kristalın müxtəli istiqamətlərində xassələr də müxtəlif olur. Kristalda xassələr istiqamətdən asılı olaraq kəskin dəyişir. Bu hal anizotropiya adlanır. Anizotropiya kristallara xas olan xarakterik xüsusiyyətdir.
Metal isə bütövlükdə çoxlu miqdarda nizamsız yerləşmiş kristallardan –polikristallik quru-luşdan ibarətdir. Metalda hər bir kristal sərbəst istiqamətləndiyindən, istənilən səmtdə təqribən bə-rabər miqdarda müxtəlif istiqanətlərə yönəlmiş kristallar olur. Nəticədə hər bir kristalın xassəsinin istiqamətindən asılı olmasına baxmayaraq materialın xassələri bütün istiqamətlərdə eyni olur. Buna kvaziizotropiya ( yalançı izotropiya) deyilir.



  1. Yüklə 10,48 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə