Fənn haqqinda məlumat. Metalların təsnifatı



Yüklə 10,48 Mb.
səhifə14/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
Materialşünas imtahan cvb

Kimyəvi birləşmə
Birinci qrupa – normal valentlikli birləşmələr aiddir. Burada metallar qeyri-metallarla ok-sigen, kükürd və xlorla birləşib, oksidlər, sulfidlər və xloridlər əmələ gətirirlər. Belə birləşmələr ərintilərdə qeyri-metal qatışıqlar şıklində olur. Nominal valentlikli birləşmələrə misal olaraq dövrü sistemin IV-VI qrup elementləri ilə maqneziumun əmələ gətirdiyi birləşmələri də göstərmək olar ( Mg2Sn, Mg2Rb, Mg2P, Mg2Sb2 və s. ) Metal ilə qeyri metal arasında kimyəvi birləşmə yarandıq-da ion əlaqəsi baş verir. Bu halda elementlərin qarşılıqlı əlaqəsi nəticəsində metalın atomu elek-tronları verdiyindən müsbət ion, metalloidin atomu isə elektronları özünün xarici təbəqəsinə qəbul etdiyindən mənfi ion olur. Bu növ kimyəvi birləşmənin atom kristallik qəfəsində elementləri elek-trostatik cazibə qüvvəsi saxlayır. İon əlaqəsi olan belə kimyəvi birləşmə cazibə qanununa tabedir. Belə birləşmələrdə əlaqələr sərt, kimyəvi tərkib isə sabit olur. ( burada birləşməni yaradan ele-mentlərin nə artıq nə də çatışmayan atomları olmur ). Birləşmənin metallik xassəsi olmur. Lakin tez-tez əks halar baş verir: qeyri-metal ( karbon, azot ) özünün valent elektronlarını metala verir. Belə birləşmələr valentlik qanununa tabe olmurlar, metallik xasələrə isə malik olurlar.
İkinci qrupa-metallik birləşmələr aiddir. Bu qrupda daxil olma fazaları və elektron birləşmə-ləri cəhətdən əhəmiyyətli sayılır.
Metallik birləşmələrdə atomlararsı əlaqənin növləri ( metallik , kovolent, ion ) müxtəlif olsa da metallik əlaqə üstünlük təşkil edir. Ona görə də metallik birləşmələr parıltı və elektrikkeçiriciliyi ilə xarakterizə olunur. Metallik birləşmələr adi temperaturda bərk və kövrəkdir. Lakin onlar ərimə tem-perturunun 70-90%- i qədər qızdırıldıqda, atomlar arasında metallik əlaqənin artması nəticəsndə yüksək plastikliyə malik olurlar.
Bir metalın digər metal ilə birləşməsinə itermetallik birləşmə deyilir. Belə birləşmələri intermetal-lidlər də adlandırırlar. İntermetallidlərdə atomlararası kimyəvi əlaqə əksər hallarda metallik əlaqə-dən ibarətdir. Metallik ərintilərdə əmələ gələn kimyəvi birləşmələrin böyük bir qrupu bir sıra xüsu-siyyətlərinə görə tipik kimyəvi birləşmələrdən fərqlənir. Belə ki, bu birləşmələr sərt olmurlar, mü-əyyən şərtlərlə dəyişən tərkibli olub valentlik qanununa tabe olmurlar.

Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə