Fənn haqqinda məlumat. Metalların təsnifatı



Yüklə 10,48 Mb.
səhifə11/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
Materialşünas imtahan cvb

16. Rekristallaşma.
Metalın qızdırılmasını davam etdirdikdə atomların yerdəyişməsi srətlənir və müəyyən qiy-mətində metalda yeni xırda bərabəroxlu qüsursuz dənələr yaranmağa başlayır. Bu prosesə rekris-tallaşma və yaxud yenidən kristaıllaşma deyilir. Yeni dənəlrin əmələ gəlməsi qayıtma və poli-qonlaşma temperaturlarından yuxarı temperaturda baş verir.
Rekristallaşmanın başlanğıc temperaturunadək dənələrin quruluşu deformasiya olunmuş və-ziyyətdə qalır. Rekristalaşmanın başlanğıc temperaturunda deformasiya olunmuş metalın dənələri arasında yeni kristal mərkəzləri əmələ gəlir və böyüyür. Yeni dənələrin özəkləri çox ehtimal ki, yüksək dislokasiya sıxlığına malik sahələrdə, yəni deformasiyaya uğradılmış dənələrin sərhəd-dində, dənənin daxilində sürüşmə müstəvilərində yaranır. Öyrənilib ki,döyənəklənmiş metalı qızdırarkən, ölçüləri ilk dənədən tamamilə fərqlənən yeni dənələr yaranır, köhnə dənə isə əvvəlki vəziyyətinə qayıtmır. Yayılmış metalı qızdırarkən lifli qurluşlu dənələrin yerində yeni ölçülü, bə-rabəroxlu dənələr yaranır.
Döyənəklik rekristallaşmadan sonra praktik olaraq aradan qalxır, metalın deformasiyadan əvəlki xassələri bərpa olunur.Əvvəlki dərslərdən bilirik ki, rekristallaşma prosesindən sonra me-talın möhkəmlik həddi, xüsusən axma həddi xeyli kiçilir, plastiklik isə xeyli artır. Mexaniki xas-sələrin azalmasına səbəb qəfəsdəki qüsurların götürülməsi və dislokasiya sıxlığının 1010 -1012 sm-2 –dən 106 -108 sm-2 qədər azalmasıdır.
Rekristallaşma prosesində metalın möhkəmliyinin azalmasaının başlanğıc temperaturuna re-kristallaşmanın (yenidən kristallaşmanın) temperatur keçidi deyilir.Bu tenperatur metalın tərkibindən, qızdırılma müddətindən, deformasiya dərəcəsindən və s. asılıdır. Defromasiya dərə-cəsi yüksək, qızdırılma müddəti uzun və deformasiyayadək dənənin ölçüsü kiçik olduqda re-kristallaşmanın temperatur keçidi aşağı olur.




Yüklə 10,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə