Dünyada aparılan odontoloji tədqiqatlar



Yüklə 26,84 Kb.
tarix28.11.2023
ölçüsü26,84 Kb.
#135415
Odontoloji tedqiqatlar



Fənn: Antropologiya

Mövzu: Dünyada aparılan odontoloji tədqiqatlar

Odontologiya yunan sözü olub, odontos- diş, loqos elm deməkdir. Dişlər─əsasən, sərt toxumalardan (mina, dentin, sement) ibarət olan törəmələr olub, çənələrin alveollarında yerləşir və qidanın dişlənməsi və çeynənilməsini yerinə yetirir. Dişlər embrionun ağız boşluğu selikli qişasının törəmələridir. Dişlərin inkişafı uzun və mürəkkəb bir proses olub, embrional dövrdə başlayır və 18-20 yaşında bitir. Həm müvəqqəti, həm də daimi dişlərin inkişafında 3 dövr ayırd olunur: diş mayalarının əsasının qoyulması və inkişafı, onların differensiasiyası, dişin sərt toxumalarının histogenezi.Bədənin ən sərt və xarici faktorlara ən dayanıqlı strukturları olan dişlər, şəxslər və onların aid olduqları cəmiyyətlər haqqında bizlərə əhəmiyyətli məlumatlar verməkdədir.Odontologiya; dişlərin morfoloji quruluşunu, diş forması və ölçüsündə yaranan dəyişmələri, dişlərdəki irsi varyasyonları, biyokültürel qohumluq əlaqələrini, ağız sağlamlığını, ağız sağlamlığı ilə həyat forması və bəslənmə vərdişləri arasındakı əlaqəni və ağız boşluğunda zaman içərisində meydana gələn dəyişiklikləri təyin edən bir elm sahəsidir. Dişlərin öyrənilib qiymətləndirilməsi fərdin yaşıyla yanaşı dişlərdəki patologiyalar köməyiylə fərdlərin aid olduğu cəmiyyətin sağlamlıq vəziyyətiylə əlaqədar məlumatları əldə etmək mümkündür.
Odontologiyanın vəzifələri

  • Diş kronlarının odontometrik ölçüləri və morfologiyalarındakı dəyişiklikləri, bu dəyişikliklərin qohumluq əlaqələrindəki rolunu və tarix boyunca dişlərin odontometrik ölçü, görünüş və formalarında yaranan dəyişiklikləritəyin etmək,

  • Diş kronlarındaki aşınmalar və xarici patologiyalar köməyiylə cəmiyyətlərin bəslənmə vərdişləri və mədəniyyətləri haqqında məlumat əldə etmək,

  • Dişlərdə mövcud qüsurların mikroskopik və makroskobik analizləri

  • köməyiylə xəstəliklər və bəslənmə formaları haqqında məlumat əldə etmək,

  • Dişlərin araşdırılmasıyla mədəni Modifikasyonları təyin etmək,

  • Diş izləri, xarici aşınmaları, çürük, əskik və plomblu dişlərin öyrənilməsiylə xarici diş təbabəti fəaliyyətlərin antropoloji alt quruluşu yaratmaq,

  • Diş kronlarının odontometrik ölçmə köməyiylə cinsiyyətler arasındakı fərqləri təyin etmək və s kimi sıralana bilər

Dişlər üzərində işləyərək bioloji antropologiyaya fərqli bir dünyagörüşü gətirən


dental Antropologiya termini ilk dəfə 1900-ci ildə Corc Buschan tərəfindən
istifadə edilmişdir (Scott və Turner II, 1988). Dişlər və xarici varyasyonlarıyla əlaqədar
işlərin mənşəyi Aristotelə qədər söykənir. Müasir odontologiya çalışmalarına isə 1953-ci ildə Klatsky və Fisher tərəfindən başlanılmışdır (Alt, 1998) Brothwell yaşayan
fərdlər və arxleolojik Skeletlərin xarici morfologiya, xarici böyümə və inkişafı,
mövzularında araşdırmalar aparmış və nəticələrini Dental Antropologiya kitabında bir bölüm olaraq nəşr etmişdir
Hal-hazırda odontologiya fiziki antropologiyanın bir hissəsi olaraq fəaliyyət göstərməktədir . Dişlərdəki modifikasiyalar (Milner və Larsen 1991), çürük və periodontal xəstəliklər kimi patologiyalar (Brothwell 1963, Koritzel 1973), dişlərdə diet və vərdişlərə bağlı yaranan dəyişikliklər Hillson (1996) tərəfindən tədqiq edilmişdir. Dişlər üzərində edilən bu araşdırmalarla yanaşı dişin forma və ölçüsüylə əlaqədar tədqiqatlar da aprılmaqdadır(Kieser 1991, Scott və Turner 1997, Hillson 1996, Mayhall 2000). Diş kron və köklərində müəyyən olunan ölçülə bilməyən xüsusiyyətlərilə cəmiyyətlər arasında müşahidə edilən fərqliliklər da odontologiya mövzusunda araşdırmalar edən tədqiqatçıların diqqətini çəkmişdir. Bu xüsusiyyətlər Hillson (1996), Scott və Turner (1997) tərəfindən əhəmiyyətli dərəcədə öyrənilmişdir. Cəmiyyətlərin diş tipləri haqqında tedqiqatlar günümüdə də aparılmaqdadır.İlk əvvəl , yalnız kron morfologiyasıyla bağlı araşdırmalar edilsə də, zamanla daha ətraflı tədqiq edilməyə başlanılmışdır. Bu tedqiqatlar dişin böyüklüyü, təxmini kron sahəsinin hesablanması və diş patologiası olaraq sıralana bilər. Edilən araşdırmalar nəticəsində əldə edilən məlumatlardan faydalanılaraq fərdə, cinsiyyətə və irqlərə xas xüsusiyyətlər təyin edilmişdir (Hillson, 1998). 1986-ci ildə Dental Anthropology Asscociation'un təşəkkülü ilə odontologiya sahəsində aparılan tədqiqatların sayı artmışdır. (Scott və Turner II, 1988).

Müasir dövrdə antropologiya elmi tarixin bir çox qaranlıq səhifələrini aşkara çıxarmaq üçün çalışır. Bu mənada müxtəlif əhali qruplarının fiziki tipinin, irqi fərqlərin aşkara çıxarılması, yayılma arealını, köçürülmələri, qohumluq əlaqələrinin müəyyən edilməsi belə məsələlərdəndir. Son zamanlar antropologiyada dişlərin öyrənilməsi ən əhəmiyyətli məsələlərdəndir. Antropogenezin öyrənilməsində odontologiyanın rolu hamıya məlumdur. Beləki, paleoantropoloji tədqiqatların elmi əsasının ortaya çıxarılmasında bio-anatomik tədqiqatlara ehtiyac duyulur. Tapılan qalıqların, xüsusi ilə də dişlərin tədqiqi paleoantopoloji qalıqların yaşının, cinsinin, tipinin və s. amillərin müəyyənləşməsində əsaslı rol oynayır. Və qeyd etmək olar ki, odontologiya antropogenezdə insan təkamülünün mərhələli inkişafının izlənilməsində xüsusi əhəmiyyətə malikdir. Odontologiya tarix öncəsi dövrün tədqiqində arxeoloqlara da köməklik göstərir. Elmdə uzun müddət düşünülürdü ki, odontologiya irqi-diaqnostik əlamətlərin üzə çıxarılmasında, xalqların genetik əlaqələrinin aşkarlanmasında əsaslı ola bilməz. Lakin müasir etnik antropologiyanın inkişafı odontologiya ilə sıx əlaqəlidir. XIX əsrin sonlarından etibarən təkamülçülük nəzəriyyəsinin inkişafı dişin irqi xüsusiyyətləri ilə bağlı diaqnostik tədqiqatların genişlənməsinə şərait yaratdı. 1885-ci ildə ingilis antropoloqu Flauer çox analizlər apararaq dişlərin irqlər arasında fərqliliyini aşkaran çıxaran indeks müəyyən etdi. İndeks birinci premolyardan üçüncü molyaradək olan alveolar qövsünün uzunluğu ilə kəllənin əsas hissəsinin uzunluğu arasında əlaqələrin faizlə ifadə dərəcəsidir. Bu indeks Flauer indeksi adlanır ki, burada 44-dən yuxarı indeks ölşüsünə malik olmaq meqadentizm (böyük dişli), 42-43,9 arası indeks ölçüsü mezodentizm (orta dişli), 42-ə qədər indeks ölçüsünə malik olma isə mikrodentizm ( xırda dişli) olaraq müəyyən edilib. Mikrodentiniya avropalılar, hindlilər və qədim misirlilərdə, mezodentiniya çinlilər, amerika hinduları, malaziyalılarda, meqadentiniya afrika zənciləri, avstraliya aborigenləri və tasmaniyalılarda müşahidə edilir. Tapılan tapıntının irqi fərqliliklərinin aşkara çıxarılması zamanı dişlərdə reduksiya kompleksi, iri gövdəli lülənə malik olma və s. xüsusiyyətlər nəzərə alınır. Məsələn, kəsici dişlərin kürək şəkilli forması, alt molyarların triqonidasının distal darağı (pipiyi) monqoloid əlamətləri kimi xaraterizə olunur. Qeyd etmək olar ki, monqoloid və avro-neqroid irqilərinin dişlərində iki böyük gövdəyə ( lüləyə) malik olma mövcuddur ki, bu da miqrasiya və diffusiya prosesləri nəticəsində qarışmaların olunduğunu söyləməyə əsas verir. Çünki, qədim monqoloid və avro- neqroid tapıntılarında bunu sezmək münkün deyil. Digər misal məsələn, papuasların odontoloji araşdırmaları onları monqoloid irqi ilə yaxınlaşdırır. Reduksiya kompleksinin inkişaf xüsusiyyətləri bizə kömək edir ki, antropogenez mərhələsində mərhələli inkişafı müşahidə edək. Məsələn, hominidlərin yaranması və filogenez ( növlərin inkişafı mərhələsi) dövr boyunca diş sistemi reduksiyaya prosesinə dözürdü (yəni reduksiya prosesi yavaş templə gedirdi). Bu arxantroplarda və digər paleoantroplarda müşahisə olunur. Lakin homo sapiensin yaranması ilə bu proses sürətli inkişaf etməyə başladı. Diş sisteminin reduksiyası mezolit dövründə sürətli gedirdi. Neolit və tunc dövrlərində də inkişaf etmişdir. Polşa antropoloqu A. Mastalerj bu prosesin müasir insanda hələ də davam etməkdə olduğunu söyləyib. Ümuminlikdə, göründüyü kimi ondontologiya həm antropogenez, həm tarix öncəsi, həm də miqrasiya proseslərini izləməyə imkan verir və etnik antropologiyanın tədqiqinə kömək edir.

Ədəbiyyat siyahısı

  1. THE IMPORTANCE OF DENTAL NON-METRIC TRAITS (məqalə)

  2. “Diş antropolojisi” Dr. Serpil EROĞLU

  3. “Dişlerden kimliklendirme metotları “ Zehtiye Füsun YAŞAR

  4. İnternet resurs / Ankara jurnalı

Yüklə 26,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə