verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə
edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
Subsidya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının
büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə
təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə
vəsaitidir.
Bütün səviyyəli büdcələrin xərcləri cari və əsaslı xərclərə bölünür. Cari
xərclər dövlət hakimiyyət orqanlarının cari fəaliyyətini, aşağı səviyyəli büdcələrə
yardım edilməsini təmin edir. Cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik,
pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə
xərclər, faiz üzrə ödənişlər, qrantlər, subsidyalar və cari köçürmələr daxildir.
Əsaslı xərclərə investisiya və innovasiya fəaliyyətinə təxsisatlar və geniş təkrara
istehsalla bağlı digər xərclər daxildir.
Bütün səviyyəli büdcələr tarazlaşdırılmalıdır. Büdcə kəsirli olduqda ilk
növbədə cari xərclər maliyyələşdirilməlidir.
Büdcəni tarazlaşdırmaq üçün müvafiq hakimiyyət orqanları büdcə kəsirinin
son həddini müəyyən edir. Əgər büdcənin icrası prosesində kəsir müəyyən edilmiş
son həddən çox olarsa və ya büdcə gəlirlərinin daxilolmalarının xeyli azalması baş
verərsə, qanunvericiliklə müəyyən edilmiş qaydada xərclərin ixtisar edilməsi üsulu
tətbiq edilir.
Büdcələrin kəsirinin örtülməsi dövlət istiqrazlarının buraxılması və ya kredit
resurslarından, büdcə ssudalarından istifadə edilməsi, dövlət və bələdiyyə
əmlakının satışından daxilolmalar hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının icmal büdcəsi – dövlət büdcəsinin, Naxçıvan
Muxtar Respublikasının büdcəsinin, büdcə təşkilatlarının büdcədənkənar
əməliyyatlarının, büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin funksional
və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində icmalıdır.
2005-ci ilin aprelin 5-də ölkə Parlamenti Azərbaycan Respublikasının
“Büdcə sistemi haqqında” Qanuna dəyişiliklər və əlavələr haqqında qanun qəbul
etdi. Qanuna görə, dövlət büdcəsinin tərkibində Prezidentin Ehtiyat Fondu
yaradıldı. Beləliklə, hazırda dövlət büdcəsində iki ehtiyat fondu mövcuddur:
Ehtiyat Fondu (5%) və Prezidentin Ehtiyat Fondu (2%).
KitabYurdu.az
45
4. Büdcə təsnifatı
Büdcə quruculuğunun mühüm tərkib hissələrindən biri də büdcə təsnifatıdır.
Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə
təşkilatları, büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o
cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının müqayisəsini
təmin etmək məqsədilə Azərbaycan Respublikasında Vahid büdcə təsnifatı tətbiq
edilir.
Büdcə təsnifatı – büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin
funksional, iqtisadi təşkilati (inzibati) və s. prinsiplər əsasında tərtib olunmuş vahid
təsnifatdan ibarətdir.
Azərbaycan Respublikasının büdcə təsnifatı Azərbaycan Respublikasının
büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlir və xərclərinin qruplaşdırılması
ilə müəyyən edilir və onun göstəricilərinin müqayisə edilməsində istifadə olunur.
Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan
ən mühüm vəzifədir.
Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi şəraitində təsnifat bütün büdcə
növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büdcə
göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.
Hazırda fəaliyyətdə olan Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı
strukturuna aşağıdakılar daxildir:
1.
Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı;
2.
Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı;
3.
Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı;
4.
Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilati)
təsnifatı.
Azərbaycan Respublikası büdcə gəlirlərinin təsnifatı – büdcə sisteminə daxil
olan büdcə gəlirlərinin qruplaşmasıdır və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin
formalaşması
mənbəyini
müəyyən
edən
Azərbaycan
Respublikasının
qanunvericilik aktlarına əsaslanır. Gəlirlər bölməsi onların mənbələri və alınması
üsuluna görə konkret gəlir növlərini birləşdirən gəlir maddələrindən ibarətdir.
Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1),
sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan
asılı olaraq büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən : bölmə, yarımbölmə,
maddə və yarımmaddədən ibarətdir.
Azərbaycan Respublikasının büdcə xərclərinin təsnifatı büdcə sisteminə
daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir və
dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə yönəldilən büdcə vəsaitlərini, o
cümlədən Azərbaycan Respublikası dövlət hakimiyyəti və yerli icra hakimiyyəti
orqanlarının qəbul etdikləri normativ hüquqi aktların həyata keçirilməsinin
maliyyələşdirilməsini, hakimiyyətin digər səviyyələrinə verilən ayrı-ayrı dövlət
səlahiyyətlərinin həyata keçirilməsinin maliyyələşdirilməsini özündə əks etdirir.
Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf səviyyəsində nəzərdə
tutulmaqla birinci rəqəm bölməni, ikinci rəqəm köməkçi bölməni, üçüncü rəqəm
isə paraqrafı göstərir.
KitabYurdu.az
46
Dostları ilə paylaş: |