Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
 
verilən,  lakin  həmin  məqsəd  üçün  və  ya  müəyyən  edilmiş  müddətdə  istifadə 
edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir. 
Subsidya  –  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 
büdcəsinə,  yerli  büdcələrə  və  hüquqi  şəxslərə,  yerli  büdcələrdən  bələdiyyə 
təşkilatlarına  qaytarılmaq  şərti  ilə  il  ərzində  müəyyən  müddətə  verilən  maliyyə 
vəsaitidir. 
Bütün  səviyyəli  büdcələrin  xərcləri  cari  və  əsaslı  xərclərə  bölünür.  Cari 
xərclər dövlət hakimiyyət orqanlarının cari fəaliyyətini, aşağı səviyyəli büdcələrə 
yardım  edilməsini  təmin  edir.  Cari  xərclərə  əmək  haqqı,  əmək  haqqına  üstəlik, 
pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə 
xərclər,  faiz  üzrə  ödənişlər,  qrantlər,  subsidyalar  və  cari  köçürmələr  daxildir. 
Əsaslı  xərclərə  investisiya  və  innovasiya  fəaliyyətinə  təxsisatlar  və  geniş  təkrara 
istehsalla bağlı digər xərclər daxildir. 
Bütün  səviyyəli  büdcələr  tarazlaşdırılmalıdır.  Büdcə  kəsirli  olduqda  ilk 
növbədə cari xərclər maliyyələşdirilməlidir. 
Büdcəni tarazlaşdırmaq üçün müvafiq hakimiyyət orqanları büdcə kəsirinin 
son həddini müəyyən edir. Əgər büdcənin icrası prosesində kəsir müəyyən edilmiş 
son həddən çox olarsa və ya büdcə gəlirlərinin daxilolmalarının xeyli azalması baş 
verərsə, qanunvericiliklə müəyyən edilmiş qaydada xərclərin ixtisar edilməsi üsulu 
tətbiq edilir. 
Büdcələrin kəsirinin örtülməsi dövlət istiqrazlarının buraxılması və ya kredit 
resurslarından,  büdcə  ssudalarından  istifadə  edilməsi,  dövlət  və  bələdiyyə 
əmlakının satışından daxilolmalar hesabına həyata keçirilir. 
Azərbaycan Respublikasının icmal büdcəsi – dövlət büdcəsinin, Naxçıvan 
Muxtar  Respublikasının  büdcəsinin,  büdcə  təşkilatlarının  büdcədənkənar 
əməliyyatlarının, büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin funksional 
və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində icmalıdır. 
2005-ci  ilin  aprelin  5-də  ölkə  Parlamenti  Azərbaycan  Respublikasının 
“Büdcə  sistemi  haqqında”  Qanuna  dəyişiliklər  və  əlavələr  haqqında  qanun  qəbul 
etdi.  Qanuna  görə,  dövlət  büdcəsinin  tərkibində  Prezidentin  Ehtiyat  Fondu 
yaradıldı.  Beləliklə,  hazırda  dövlət  büdcəsində  iki  ehtiyat  fondu  mövcuddur: 
Ehtiyat Fondu (5%) və Prezidentin Ehtiyat Fondu (2%). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
45
 


 
 
4. Büdcə təsnifatı 
 
Büdcə quruculuğunun mühüm tərkib hissələrindən biri də büdcə təsnifatıdır. 
Azərbaycan  Respublikasının  büdcə  sisteminə  daxil  olan  büdcələr  və  büdcə 
təşkilatları,  büdcədənkənar  dövlət  fondları  üzrə  maliyyə  əməliyyatlarının  (o 
cümlədən  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlarının  müqayisəsini 
təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikasında  Vahid  büdcə təsnifatı  tətbiq 
edilir. 
Büdcə  təsnifatı  –  büdcə  gəlirlərinin  təsnifatından,  büdcə  xərclərinin 
funksional, iqtisadi təşkilati (inzibati) və s. prinsiplər əsasında tərtib olunmuş vahid 
təsnifatdan ibarətdir. 
Azərbaycan  Respublikasının  büdcə  təsnifatı  Azərbaycan  Respublikasının 
büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlir və xərclərinin qruplaşdırılması 
ilə müəyyən edilir və onun göstəricilərinin müqayisə edilməsində istifadə olunur. 
 Qruplaşdırmanın  şəffaflığı  və  dəqiqliyi  büdcə  təsnifatı  qarşısında  qoyulan 
ən mühüm vəzifədir. 
Müxtəlif  səviyyəli  büdcələrin  müstəqilliyi  şəraitində  təsnifat  bütün  büdcə 
növlərinin  tərtibi  və  icrasına  vahid  metodoloji  baxımdan  yanaşılmasına,  büdcə 
göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir. 
Hazırda fəaliyyətdə olan Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı 
strukturuna aşağıdakılar daxildir: 
1.
 
Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı; 
2.
 
Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı; 
3.
 
Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı; 
4.
 
Azərbaycan  Respublikasının  büdcə  xərclərinin  inzibati  (təşkilati) 
təsnifatı. 
Azərbaycan Respublikası büdcə gəlirlərinin təsnifatı – büdcə sisteminə daxil 
olan büdcə gəlirlərinin qruplaşmasıdır və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin 
formalaşması 
mənbəyini 
müəyyən 
edən 
Azərbaycan 
Respublikasının 
qanunvericilik  aktlarına  əsaslanır.  Gəlirlər  bölməsi  onların  mənbələri və  alınması 
üsuluna görə konkret gəlir növlərini birləşdirən gəlir maddələrindən ibarətdir. 
Büdcə  gəlirləri  4  kateqoriyadan  ibarətdir:  vergilərdən  daxilolmalar  (1.1), 
sosial  ayırmalar  (1.2),  qrantlar  (1.3)  və  digər  gəlirlər  (1.4).  Bu  kateqoriyalardan 
asılı  olaraq  büdcə  gəlirlərinin  təsnifatı  dörd  səviyyədən  :  bölmə,  yarımbölmə, 
maddə və yarımmaddədən ibarətdir. 
Azərbaycan  Respublikasının  büdcə  xərclərinin  təsnifatı  büdcə  sisteminə 
daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir və 
dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə yönəldilən büdcə vəsaitlərini, o 
cümlədən  Azərbaycan  Respublikası  dövlət  hakimiyyəti  və  yerli  icra  hakimiyyəti 
orqanlarının  qəbul  etdikləri  normativ  hüquqi  aktların  həyata  keçirilməsinin 
maliyyələşdirilməsini,  hakimiyyətin  digər  səviyyələrinə  verilən  ayrı-ayrı  dövlət 
səlahiyyətlərinin  həyata  keçirilməsinin  maliyyələşdirilməsini  özündə  əks  etdirir. 
Funksional  təsnifat  bölmə,  köməkçi  bölmə  və  paraqraf  səviyyəsində  nəzərdə 
tutulmaqla  birinci  rəqəm  bölməni,  ikinci  rəqəm  köməkçi  bölməni,  üçüncü  rəqəm 
isə paraqrafı göstərir. 
KitabYurdu.az 
46
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə