Fənn: Maliyyə, pul tədavülü və kredit


Büdcənin  müstəqilliyi  –



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

 
 
Büdcənin  müstəqilliyi  –  gəlirlərin  xüsusi  mənbələrinin  və  onların  istifadə 
edilməsi  istiqamətlərinin  müəyyən  edilməsi  hüququ  ilə  təmin  edilir.  Gəlirlərin 
xüsusi mənbələrinə hər bir büdcə səviyyəsi üçün qanunla gəlir mənbəyinin təhkim 
edilməsi, tənzimləyici gəlirdən ayırma, Azərbaycan Respublikasının subyektləri və 
yerli  özünüidarəetmə  səlahiyyətli  orqanları  tərəfindən  müstəqil  olaraq  müəyyən 
edilən əlavə mənbələr aiddir.  
Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü – mərkəzi icra 
və yerli idarəetmə orqanlarına müvafiq gəlir növləri və xərclərin həyata keçirilməsi 
üçün səlahiyyətlərin (tam və qismən) verilməsidir. 
Büdcənin  balanslaşdırılması  –  hər  bir  büdcə  balanslaşdırılmalıdır,  yəni 
büdcədə nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə kəsrinin 
maliyyələşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır. 
Büdcə xərclərinin ödənilməsinin ümumiliyi – büdcənin bütün xərclərinin 
ümumi gəlirdən maliyyələşdirilməsi deməkdir. 
Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri – büdcə 
vəsaitləri  konkret  məqsədlərin  maliyyələşdirilməsi  üçün  konkret  ünvanların 
sərəncamçılarına verilir. 
Dövlət  büdcəsinin  tərtibi,  müzakirəsi  və  icrası  zamanı  bu  prinsiplərə  ciddi 
əməl edilməsi zəruridir. 
Dövlət büdcəsinin,  Naxçıvan  MR-nın  büdcəsinin və  yerli büdcələrin  tərkib 
hissəsi  kimi  məqsədli  büdcə  fondları  yaradılır.  Bu  fondlar  müstəqil  mədaxil 
mənbələrinə malikdir. 
Məqsədli  büdcə  fondları  üzrə  daxilolmalar  və  xərclər  büdcələrin  gəlir  və 
xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq 
vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə 
olunmalı  və  onların  başqa  məqsədlər  üçün  xərclənməsinə  yol  verilmir.  Bu 
fondların hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlirlərinə daxil 
edilir.  Məqsədli  büdcə  fondları  müstəqil  mədaxil  mənbələrinə  malik  olmayaraq 
müvafiq  büdcələrdən  ayırmalar  hesabına  formalaşdıqda,  bu  fondlar  həmin 
büdcələrin xərc hissəsində əks etdirilir. İlin sonunda fondların hesablarında qalan 
istifadə  vəsait  maliyyələşdirmə  mənbəyinə  qaytarılır.  Buna  misal  olaraq 
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunu göstərmək olar. 
Yerli  (bələdiyyə)  büdcələrin  gəlirləri  xüsusi  və  tənzimləyici  gəlirlərə 
bölünür. Xüsusi gəlirlər müvafiq büdcələrin vergi gəlirlərindən və vergi olmayan 
gəlirlərindən  ibarətdir.  Tənzimləyici  gəlirlər  isə  dövlət  vergilərindən  ayırmalar, 
məqsədli  büdcə  fondlarından  vəsaitlər,  yuxarı  büdcələrdən  dotasiya,  subsidya  və 
subvensiya,  qarşılıqlı  hesablaşma  qaydasında  yuxarı  büdcələrdən  daxilolmalar, 
rüsum, yığım, ödənişlər və haqlardan ibarətdir. 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
43
 


 
 
3. Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi 
 
Büdcə  quruculuğunda  ən  mürəkkəb  problem  mərkəz  ilə  yerlərin  qarşılıqlı 
büdcə  münasibətləridir.  Azərbaycan  Respublikasının  büdcə  sisteminə  daxil  olan 
bütün  səviyyəli  büdcələr  büdcələrarası  münasibətlər  çərçivəsində  qarşılıqlı 
əlaqədədir. 
Hər  bir  büdcənin  xərclərinin  təmin  olunması  üçün  müvafiq  gəlirləri 
olmalıdır.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  büdcələrin  gəlir 
hissəsi  xüsusi  və  tənzimləyici  vergi  gəlirlərindən,  dotasiya  və  subvensiyadan, 
kredit resurslarından ibarətdir. 
Büdcələrin xüsusi gəlirlərinə aşağıdakı qeyri-vergi gəlirləri aiddir: 
-  dövlət və  ya  bələdiyyə  mülkiyyətində olan  əmlakın  satışından  və  ya  əvəz 
edilməsindən gəlirlər; 
-  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti,  yerli 
özünüidərəetmə  orqanları,  həmçinin  müvafiq  orqanların  tabeçiliyində  olan  büdcə 
təşkilatlarının  göstərdikləri  pullu  xidmətlərdən  gəlirlər,  mülki  hüquqi,  inzibati  və 
cinayət  məsuliyyəti,  o  cümlədən  cərimələr,  müsadirələr,  kompensasiyalar  tətbiq 
edilməsi  nəticəsində  alınan  vəsaitlər,  həmçinin  bütün  səviyyələrdə  olan  dövlət 
hakimiyyəti  orqanlarına  vurulmuş  ziyanın  ödənilməsindən  alınan  vəsaitlər  və 
icbari qaydada götürülən məbləğlər; 

Azərbaycan  Respublikasının  büdcə  sisteminin  digər  səviyyəli 
büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər; 
- digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr. 
Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər 
tam həcmdə müvafiq büdcəyə köçürülür. 
Fiziki  və  hüquqi  şəxslər,  beynəlxalq  təşkilatlar  və  xarici  dövlətlərin 
hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər büdcənin gəlirlərinə daxil olur. 
Büdcə gəlirlərinə həmçinin qarşılıqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr 
aid edilə bilər. 
Tənzimləyici gəlirlər – büdcə sisteminin yuxarı həlqəsindən aşağı büdcələrə 
təhkim  edilmiş  gəlirlərdən  əlavə  onun  xərclərinin  örtmək  üçün  verilən  vəsaitdir. 
Tənzimləyici gəlirlər müvafiq büdcələrə yuxarı büdcələr təsdiq edilərkən müəyyən 
edilmiş faiz ayırmaları əsasında köçürülür.  
Büdcələrin  tənzimləyici  gəlirlərinə  transfert  ödənişləri  də  daxildir. 
Transfertlər  dövlət  büdcəsindən  bölgələrin  maliyyə  problemini  həyata  keçirmək 
üçün xüsusi fondlardan ayrılan vəsaitlərdir. 
Beləliklə,  hazırda  Azərbaycan  Respublikasının  Dövlət  büdcəsi  və  yerli 
büdcələrin vergi gəlirlərinin əsas hissəsi tənzimləyici gəlirlər hesabına formalaşır. 
Aşağı  büdcələrin  tarazlaşdırılması  üçün  dotasiya,  subvensiya  və 
subsidyalardan geniş istifadə edilir. 
Dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 
və  yerli  büdcələrə  onların  gəlir  və  xərclərini  tənzimləmək  məqsədilə  əvəzsiz 
verilən maliyyə vəsaitidir. 
Subvensiya  –  məqsədli  maliyyələşdirmənin  həyata  keçirilməsi  üçün  dövlət 
büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə 
KitabYurdu.az 
44
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə