Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

 
 
 
1.  Cari  xərclər.  Buraya  aiddir:  a)  əməyin  ödənişi,  malların  alınması  və 
xidmətlərin haqqının ödənilməsi; b) faizlər üzrə ödənişlər; c) subsidiyalar və cari 
ödənişlər (o cümlədən, əhaliyə pensiya, müavinət, təqaüd və yardımlar). 
 
2. Əsaslı xərclər. Buraya aiddir: a) əsas fondlara əsaslı vəsait qoyuluşu; b) 
bələdiyyə ehtiyatlarının yaradılması; c) torpaq və qeyri-maddi aktivlərin alınması; 
d) əsaslı ödənişlər (transfertlər). 
 
3.  Kreditlərin  verilməsi.  Buraya  bələdiyyənin  fiziki  və  hüquqi  şəxslərə 
(habelə bələdiyyə müəssisələrinə) verdiyi ssudalar aiddir. 
 
 
9. Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi 
 
 
“Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının  qanununda 
göstərildiyi  kimi  büdcədənkənar  dövlət  fondları  qanunvericiliyə  uyğun  olaraq 
dövlət tərəfindən  hüquqi  şəxs qismində təsis  edilmiş  və  dövlət  büdcəsindənkənar 
müstəqil  büdcəyə  malik  olan  məqsədli  dövlət  maliyyə  fondudur.  Başqa  sözlə 
büdcədənkənar  dövlət  fondları  Dövlət  büdcəsindən  və  Azərbaycan  Respublikası 
subyektlərinin  büdcələrindən  kənar  yaradılan,  vətəndaşların  konstitusiya 
hüquqlarının  təmin  edilməsi,  iqtisadi  və  sosial  xarakterli  bəzi  tələbatlarının 
ödənilməsi üçün müəyyən edilmiş pul vəsaitləri fondlarıdır. Həmin fondlar bir növ 
ayrı-ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılır. 
Ona görə də büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşıyır. 
Bu fondlar dövlət büdcəsi ilə müqayisədə avtonom (muxtar), müstəqil əhəmiyyət 
kəsb edir və deyildiyi kimi müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət edir. 
Lakin, büdcədənkənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların 
dövlət büdcəsində birləşməsini istisna etmir.  
 
Büdcədənkənar fondlar – milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər 
üçün yenidən bölgüsü və istifadə edilməsinin bir fondudur. Bütövlükdə istər dövlət 
büdcəsinin  və  istərsə  də  büdcədənkənar  fondların  mənbəyini  ÜDM,  birinci 
növbədə  milli  gəlir  təşkil  edir.  Lakin,  konkret  mənbə  baxımından  götürüldükdə 
büdcədənkənar  fondlar  xüsusi  vergi  və  yığımlar,  habelə  dövlət  büdcəsi,  bəzi 
ölkələrdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi 
mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər. 
 
Büdcədənkənar  fondlar  mərkəzi  və  ya  yerli  hakimiyyət  orqanlarının 
sərəncamında olur. 
 
Büdcədənkənar dövlət fondlarının yaradılmasının zəruriliyi aşağıdakılardan 
ibarətdir: dövlət büdcədənkənar fondlarının yaradılması hər şeydən əvvəl maliyyə 
resurslarından  daha  səmərəli  istifadə  etmək  və  habelə  sosial  tədbirləri 
müfəvvəqiyyətlə həll etmək üçün zəruridir. 
 
Büdcədənkənar  fondlar  müxtəlif  əlamətərinə  görə  aşağıdakı  kimi 
təsnifləşdirilir: 
 
∆ müddətinə görə: daimi və müvəqqəti; 
 
∆ məqsədlərinə görə; sosial müdafiə, iqtisadi və digər; 
 
∆ mənsubiyyətinə görə; mərkəzi dövlət və yerli fondlara bölünürlər. 
KitabYurdu.az 
59
 


 
 
 
Büdcədənkənar  məqsədli  dövlət  fondları  sosial  yönümə  və  ciddi  məqsədli 
təyinata malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları 
iki qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır. 
Azərbaycan  Respublikasında  büdcədənkənar  məqsədli  dövlət  sosial 
fondlarına aşağıdakılar daxildir: 
 
Dövlət  Sosial  Müdafiə  Fondu;  Əhalinin  Məşğulluğuna  Kömək  Fondu  və 
Əlillərin Sosial Müdafiə Fondu. 
 
Əlillərin  Sosial  Müdafiə  Fondunun  büdcəsi  Dövlət  büdcəsinin  vəsaitləri 
mülkiyyət  formasından  asılı  olmayaraq  respublika  ərazisində  fəaliyyət  göstərən 
müəssisə,  idarə  və  təşkilatların  mənfəətindən  1%  məcburi  ayrılmalar,  idarə, 
müəssisə  və  təşkilatların,  habelə  vətəndaşların  ianələri,  fondun  sahibkarlıq 
fəaliyyətindən  əldə  olunan  vəsaitlər,  xeyriyyə  tədbirlərindən  (auksionlar, 
konsertlər, olimpiadalar, marafon və s.) toplanan vəsaitlər hesabına formalaşırdı. 
 
Bundan  başqa  Respublikamızda  ayrı-ayrı  iqtisadi  xarakterli  bir  neçə  fond: 
Dövlət  Yol  Fondu;  Sahibkarlığa  Yardım  Milli  Fondu;  Təbiət  Mühafizə  Fondu; 
Meşələrin  qorunub  Saxlanması və  Təkrar İstehsalı  Fondu  yaradılmış  və  fəaliyyət 
göstərmişdir. 
Vəsaitlərin cəlb edilməsi həcminə görə ən iri fond Azərbaycan Respublikası 
Dövlət Sosial Müdafiə Fondudur. 
 
Hazırda bütün dövlətlərdə, o cümlədən sənayecə inkişaf etmiş dövlətlərdə də 
büdcədənkənar  fondlar  yaradılmaqla  iqtisadi  və  sosial  sahədə  baş  verə  biləcək 
çətinliklər  aradan  qaldırılır.  Büdcədənkənar  fondlar  ilk  növbədə  ABŞ-da 
yaradılmış, sonradan isə bütün dövlətlərdə yayılmağa başlamışdır. Büdcədənkənar 
fondlar  dövlətin  müxtəlif  mənbələrdən  maliyyə  ehtiyatlarının  toplanmasına  və 
həmin ehtiyatlar hesabına özünün sosial iqtisadi məsələlərinin həll etməsinə şərait 
yaradır. 
Büdcədənkənar  fondlarla  yanaşı  sənayecə  inkişaf  etmiş  ölkələrdə  elmi 
tədqiqat fondu, investisiya fondu, kredit fondu, yol fondu, müvafiq yerli fondlar və 
s.  yaradılır.  Həmin  fondlar  büdcədənkənar  olsalar  da  özünəməxsus  səciyyə 
daşıyırlar  və  “xüsusi  fondlar”  adı  altında  nəzərdən  keçirilir.  Bir  sıra  ölkələrdə 
xüsusi iqtisadi fondlar, hərbi-siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır. 
Xarici  ölkələrin  maliyyə  sistemində  xüsusi  fondlar  əhəmiyyətli  yer  tutur. 
Burada  toplanmış  vəsaitlərin  həcmi  olduqca  böyükdür.  Belə  ki,  Fransada  xüsusi 
fondlar  həcminə  görə  ölkənin  dövlət  büdcəsinə  yaxındır,  Yaponiyada  xüsusi 
fondlardan  dövlət  xərclərinin  yarıdan  çoxu,  Böyük  Britaniyada  1∕3-i 
maliyyələşdirilir. 
 
 
10. Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu 
 
Azərbaycan  Respublikasının  Dövlət  Sosial  Müdafiə  Fondu  Azərbaycan 
Respublikasında  məcburi  dövlət  sosial  sığortası,  pensiyalar  və  pensiyalara  əlavə 
onunan müavinətlər sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti 
orqanıdır. 
KitabYurdu.az 
60
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə