Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

 
 
8. Yerli büdcələr 
 
Yerli  büdcələr  bələdiyyə  qurumlarının,  (inzibati  rayonların,  şəhərlərin, 
qəsəbələrin,  kəndlərin)  büdcəsidir.  Bələdiyyə  qurumlarının  büdcəsi  onların  pul 
vəsaitlərinin  əmələ  gəlməsi  və  istifadə  edilməsi  formasıdır.  Bu  konkret 
bələdiyyənin  real  məqsədlərini  və  onun  qarşısında  duran  vəzifələri  əks  etdirən 
ciddi  maliyyə  sənədidir.  Azərbaycan  Respublikasında  2018  yerli  büdcə  (o 
cümlədən  66  rayon,  69  şəhər,  13  şəhər  rayonları  235  qəsəbə  və  1635  kənd 
büdcələri) vardır. 
 
“Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  (2  iyul 
2002-ci  il)  əsasən  yerli  büdcə  bələdiyyə  statusuna  uyğun  olaraq  özünüidarəetmə 
prinsiplərini 
reallaşdırmaq, 
bələdiyyələrin 
Azərbaycan 
Respublikasının 
Konstitusiyası  və  qanunları  ilə  müəyyənləşdirilmiş  səlahiyyətlərini  həyata 
keçirmək  üçün  formalaşan  və  istifadə  olunan  maliyyə  vəsaitidir.  Başqa  sözlə 
bələdiyyə  büdcəsi  ayrıca  bələdiyyə  qurumunun  mərkəzləşdirilmiş  maliyyə 
resursları  fondudur.  Həmin  vəsaitlə  bələdiyyələr  yerli  özünüidarəetmənin  təmin 
edilməsi ilə əlaqədar olan vəzifə və funksiyaları həyata keçirir. 
 
Yerli  büdcələr  (bələdiyyə  büdcələri)  Azərbaycan  Respublikasının  büdcə 
sisteminin  tərkib  hissəsidir,  lakin  dövlət  büdcəsinin  tərkibinə  daxil  deyil, 
müstəqildir. 
 
Yerli  büdcələrin  iqtisadi  və  sosial  inkişafda  rolu  aşağıdakılarla  xarakterizə 
edilir: 
 
Birincisi,  maliyyə  resurslarının  yerli  büdcələrdə  cəmlənməsi  yerli 
hakimiyyət  orqanlarına  öz  vəzifələrini  yerinə  yetirmək  üçün  maliyyə  bazasına 
malik olmaq imkanı verir. 
 
İkincisi, yerli büdcələrin formalaşması bələdiyyələrə sosial-iqtisadi inkişafda 
və  vəsaitlərin  xərclənməsində  tam  maliyyə-təsərrüfat  müstəqilliyi  həyata 
keçirməyə  imkan  verir.  Yerli  büdcələr  bələdiyyə  hakimiyyəti  orqanlarına  təhsil, 
səhiyyə  xidməti  və  mədəniyyət  müəssisələrinin,  mənzil  fondunun  və  yol 
təsərrüfatının plana uyğun inkişafını təmin etməyə şərait yaradır. 
 
Üçüncüsü, yerli büdcələrin köməyilə rayonların iqtisadi və sosial inkişafının 
tarazlaşdırılması  həyata  keçirilir.  Bu  məqsədlə  bələdiyyələr  kənd,  şəhər  və 
rayonların  abadlaşdırılması,  yol  təsərrüfatının  inkişafı,  tarixi-mədəni  abidələrin 
bərpası  üzrə  regional  proqramları  həyata  keçirir.  Burada  zəruri  hallarda 
büdcələrarası münasibətlərdən istifadə edilir. 
 
Dördüncüsü,  bələdiyyə  orqanları  sərəncamlarında  olan  maliyyə  resursları 
hesabına  qeyri-istehsal  sahələrində  (məktəb,  xəstəxana  və  s.)  bələdiyyə  xidməti 
göstərilməsinə maliyyə məsrəfləri üzrə normativləri artıra və ya azalda bilər. 
 
Beşincisi,  bələdiyyələr  yerli  büdcələr  vasitəsilə  əsaslı  və  cari  məsrəflərin 
maliyyələşdirilməsinin  optimal  nisbətlərinə  və  əmək  resurslarından  səmərəli 
istifadə  edilməsinin stimullaşdırılmasına, yəni  yerli istehsal sahələrinin  inkişafına 
təsir göstərir. 
 
Yerli  büdcələrin  formalaşması,  təsdiqi  və  icrası  yerli  özünüidarəetmə 
orqanları tərəfindən həyata keçirilir. 
KitabYurdu.az 
55
 


 
 
 
Yerli büdcənin tərtibi  və icrası büdcə  sisteminin  qanunvericiliklə  müəyyən 
edilmiş ümumi prinsipləri və büdcə təsnifatına uyğun olaraq həyata keçirilir. 
 
Yerli  büdcələrin  layihəsi  bələdiyyə  ərazisində  fəaliyyət  göstərən  bələdiyyə 
müəssisələrinin  və  digər  hüquqi  şəxslərin,  habelə  fiziki  şəxslərin  təsərrüfat 
fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar 
əsasında  formalaşır.  Dövlət  büdcəsindən  dotasiya  nəzərdə  tutulmuş  bələdiyyələr 
yerli büdcə layihəsini müvafiq sənədlər və məlumatlarla birlikdə may ayının 1-dək 
müvafiq icra hakimiyyəti orqanına (AR-nın Maliyyə Nazirliyinə) təqdim etməlidir. 
 
Yerli  büdcələrin  yerinə  yetirilməsinə  bələdiyyələr  nəzarət  edir.  Yerli 
büdcənin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək üçün 
bələdiyyələr  Dövlət  Xəzinədarlığının  ərazi  (rayon)  orqanları  ilə  müqavilələr 
bağlaya,  yaxud  da  yerli  büdcənin  vəsaitləri  hesabına  bələdiyyə  xəzinədarlığı 
yarada bilər. 
 
Beləliklə, yerli büdcələrin formalaşmasını, təsdiqini və istifadə olunmasını, 
yerli büdcələrin icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirir. 
 
Yerli büdcələrin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli 
büdcə  vəsaitinə  sərəncam  vermək  barədə  müstəsna  hüququnun  olması  ilə  təmin 
edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla qanunvericilik  və 
icra  hakimiyyəti  orqanlarının  bələdiyyələrin  büdcə  fəaliyyətinə  müdaxiləsinə  yol 
verilmir.  Bələdiyyələr  maliyyə  ilinin  sonuna  yerli  büdcədə  əmələ  gəlmiş  sərbəst 
vəsait qalıqlarına müstəqil sərəncam verirlər. 
 
Yerli  sosial-iqtisadi  inkişaf  proqramlarını  yerli  büdcələrin  vəsaiti  hesabına 
maliyyələşdirmək mümkün olmadıqda, dövlət büdcəsindən dotasiya və subvensiya 
ayrılır.Qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  bələdiyyələrə  əlavə 
səlahiyyətlər  həvalə  etdikdə,  onlar  bu  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün 
zəruri  maliyyə  vəsaiti  ilə  təmin  olunur.  İcra  hakimiyyəti  orqanlarının  qəbul 
etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin 
artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən 
orqanlar  tərəfindən  kompensasiya  olunur.Yerli  büdcələrin  formalaşması  və 
istifadəsi müstəqillik, dövlət maliyyə yardımı, maliyyə resurslarının formalaşması 
və istifadəsinin aşkarlığı prinsipinə əsaslanır. 
 
2006-cı ildə yerli büdcələrin gəlirləri 216,7 milyon manat (ÜDM-un 1,4%), 
xərcləri isə 572,1 milyon manat (ÜDM-un 3,9%) nəzərdə tutulmuş, yerli gəlir və 
xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 355,4 milyon manat vəsait 
ayrılması 
proqnozlaşdırılmışdır. 
Lakin 
bunlarla 
yanaşı 
Azərbaycan 
Respublikasının  ümumi  büdcə  sistemində  yerli  büdcələrin  xüsusi  çəkisi  xarici 
dövlətlərlə müqayisədə xeyli aşağıdır. 
 
Belə  ki,  yerli  özünüidarəetmə  orqanlarının  büdcə  xərcləri  məcmu  büdcə 
xərclərinin  ABŞ-da  22%-ə,  Fransada  17%-ə,  Böyük  Britaniyada  22%-ə, 
Danimarkada  44%-ə,  Norveçdə  31%-ə  bərabər  olduğu  halda,  Azərbaycan 
Respublikasında 19,3%-ni təşkil edir. 
 
Yerli  büdcələrin  icrası  prosesində  bələdiyyələr  büdcənin  dəqiqləşdirilməsi 
barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, 
mədaxil  və  məxaric  maddələrində  büdcə  təsnifatı  üzrə  təsdiq  edilmiş  təxsisat 
həddində dəyişiklik apara bilərlər. 
KitabYurdu.az 
56
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə