Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

 
 
Bu  fondun  pul  vəsaiti  dövlət  mülkiyyətindədir,  digər  fondların  tərkibinə 
daxil deyildir və başqa məqsədlər üçün götürülə bilməz. 
Fondun  Naxçıvan  Muxtar  Respublikasında  müvafiq  idarəsi,  Azərbaycan 
Respublikasının rayon və şəhərlərində şöbələri fəaliyyət göstərir. 
Fondun  və  onun  yerli  orqanlarının  məcburi  dövlət  sosial  sığorta  vəsaiti 
Fondun vahid sistemində cəmləşdirilir. 
Fond  və  onun  yerli  orqanları  müstəqil  balansa,  dövlət  xəzinədarlığında 
hesablara malik olan hüquqi şəxslərdir. 
 Dövlət  Sosial  Müdafiə  Fondunun  vəsaitləri  aşağıdakı  mənbələr  hesabına 
formalaşır: 
∆ məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı; 
∆ dövlət büdcəsindən ayırmalar; 
∆  maliyyə  sanksiyalarının  və  cərimələrinin  tətbiqi  nəticəsində  daxil  olan 
məbləğlər; 
∆ sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsait; 
∆ bank kreditləri; 
∆ qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər. 
Fondun  əsas  gəlir  mənbəyi  məcburi  dövlət  sosial  sığorta  haqqlarından 
ibarətdir.  Bu  mənbə  hesabına  fonda  400,7  milyon  manat  və  ya  bütün  gəlirlərin 
70,5%-i  daxil  olması  nəzərdə  tutulur.  Sığorta  ödənişləri  öz  növbəsində:  1) 
büdcədən  maliyyələşən  təşkilatlar  və  dövlət  büdcəsindən  ayrılan  dotasiya  üzrə 
daxil  olmalardan  152,7  milyon  manat  (26,8%)  və  digər  sığorta  edənlər  üzrə 
(müəssisə,  səhmdar  cəmiyyətlər,  sahibkarlar  və  s.dən)  –  248,0  milyon  manat 
(43,6%) ibarətdir. 
Müvcud qanunvericiliyə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq 
bütün dövlət idarə, müəssisə təşkilatlarından, kooperativ, firma, birgə müəssisə və 
s.  –  dən,  dini  təşkilatlardan,  xaricdə  olan  diplomatik  və  s.  nümayəndəliklərdən, 
Azərbaycana  məxsus  xaricdə  olan  müəssisə  və  ya  filiallardan,  səhmdar 
cəmiyyətlərindən, sığorta təşkilatlarından, ictimai birliklərdən, siyasi partiyalardan 
və s. əməyin ödəniş fonduna hesablanan dərəcələrlə sosial sığorta haqqları tutulur. 
Başqa sözlə, məcburi dövlət sığorta haqqları əməyin ödənişinə və gəlirlərə faizlə 
hesablanıb tutulur. Əməyin ödənilməsinə və gəlirlərə bütün növ əmək haqqı, əmək 
haqqında  əlavələr,  mükafatlar,  məzuniyyət  haqqı,  sahibkarlıq  fəaliyyətindən  əldə 
edilən mənfəət və s. aiddir.  
Məcburi  dövlət sığortasında  sığorta haqqı  əmək  ödənişinə  (gəlirə) nisbətən 
faizlə  müəyyən  edilir  və  sığorta  edilənin  (olunanın)  vəsaitləri  hesabına  ödənilir. 
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun (18 fevral 1997-ci 
il, № 250-İQ) 14-cü maddəsinə əsasən seçkili orqanlar və bütün işəgötürənlər üçün 
hesablanmış  əməyin  ödəniş  fondunun  22%-i  miqdarında  məcburi  dövlət  sosial 
sığorta haqqı ödənilir. Hər ay üçün hesablanmış sığorta haqqı sonrakı ayın 15-dən 
gec olmayaraq tam məbləğdə nağd və nağdsız hesablaşma qaydasında sığortaçıya 
ödənilir.  Mülkiyyətində  olan  kənd  təsərrüfat  torpaqlarından  istifadə  edən  şəxslər 
torpağın  hər  hektarına  görə  sosial  sığorta  haqqları  ödəyirlər  və  dərəcələr  hər 
hektara  görə  torpağın  münbitlik  səviyyəsindən  asılı  olaraq,  ölkə  üzrə  müəyyən 
olunmuş minimum aylıq əmlak haqqının 1-6%-ni təşkil edir. 
KitabYurdu.az 
61
 


 
 
Ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü 
və  s.)  əməyindən  istifadə  edənlər  hesablanmış  əmək  haqqının  20%-i  miqdarında 
sosial  sığorta  haqqları  ödəməlidirlər.  Vəkillər  kollegiyasının  üzvləri,  xüsusi 
notariuslar,  sərbəst  auditorlar  və  mühasiblər  üçün  gəlirlərin  20%-i  miqdarında 
sosial  sığorta  ödənilir.  Müəlliflik  qonararı  ödəyən  hüquqi  və  fiziki  şəxslər  üçün 
hesablanmış  qonarar  məbləğinin  15%-i  miqdarında  məcburi  dövlət  sosial  sığorta 
haqqı ödənilir. 
Mülki  hüquqi  xarakterli  müqavilələrlə  işləyənlər  (sahibkarlıq  fəaliyyəti  ilə 
məşğul  olan  şəxslər  istisna  olmaqla)  ödəmə  mənbəyindən  tutulmaqla,  ölkə  üzrə 
müəyyən edilmiş minimum aylıq əmək haqqının 80%-i miqdarında məcburi dövlət 
sosial sığorta ödənişinə cəlb edilirlər.  
Xarici  ölkələrdə  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  və  ya  sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı 
ödəməyən  Azərbaycan  Respublikasının  vətəndaşları  ölkə  üzrə  müəyyən  edilmiş 
minimum  aylıq  əmək  haqqının  80%-i  səviyyəsində  sosial  sığorta  ödənişinə  cəlb 
edilirlər. 
Ticarət, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 
şəxslər  ölkə  üzrə  müəyyən  olunmuş  minimum  aylıq  əmək  haqqının  70%-i,  digər 
sahələrdə  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  üçün  isə  40%-i 
səviyyəsində  sosial  sığorta  ödənişləri  nəzərdə  tutulur.  Bakı  şəhəri  sahibkarları 
minimum  aylıq  əmək  haqqının  100%-i,  Sumqayıt  və  Gəncə  şəhərlərində  90%-i, 
Respublika tabeli digər şəhərlərdə 80%-i, rayon mərkəzlərində, digər sahələrdə və 
qəsəbələrdə  60%-i,  kənd  yerlərində  50%-i  miqdarında  məcburi  dövlət  sosial 
sığorta haqqları ödəyirlər. 
AR-nın  Milli  Məclisinin  qərarı,  Prezidentin  fərman  və  sərəncamları  ilə 
vəzifəyə  təyin  olunan  şəxslər,  dövlət  qulluqçuları,seçkili  ödənişli  vəzifələrdə 
işləyənlər,  prokurorlar,  prokurorun  müavinləri  və  köməkçiləri,  prokurorluğun 
müstəntiqləri, əmək müqaviləsi (kontrakt) ilə işləyənlər və kontraktla hərbi qulluğa 
qəbul  edilmiş  hərbi  qulluqçular  hesablanmış  əmək  haqqının  3%-i  miqdarında 
məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. 
Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və 
digər  gəlirlər  üzrə  ödənişlərlə  eyni  vaxtda,  lakin  sonrakı  ayın  15-dən  gec 
olmayaraq tam məbləğdə və ya nağdsız hesablaşma qaydasında ödənilir. 
Dövlət  Sosial  Müdafiə  Fondunun  orqanları  hesabat  dövründə  hesablanmış 
məcburi  dövlət  sosial  sığorta  haqqını  nəzərə  almaqla  sığorta  edənlərlə 
(təşkilat,idarə,müəssisə və s.) hesablaşma  aparırlar.  Bütün  hesablaşmalar nağd  və 
ya nağdsız hesablaşma qaydasında həyata keçirilir. Sığorta edənlər məcburi dövlət 
sosial sığorta haqqı hesabına sosial sığorta ödəmələri üzrə xərclər çıxıldıqdan sonra 
qalan məbləği Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürürlər. 
Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar kifayət etmədikdə Azərbaycan 
bankları  pensiya  və  müavinətlərin  vaxtında  maliyyələşdiriləsi  üçün  ilin  axırına 
qaytarılmaq şərti ilə kredit verir. 
Dövlət Sosial Müdafiə Fonduna müəssisə və təşkilatlardan, fiziki şəxslərdən 
daxil olan sığorta haqqından başqa büdcə vəsaitidə köçürülür. 
KitabYurdu.az 
62
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə