Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

 
 
sığortaedənin  cari  və  digər  hesablarında  vəsait  olduqda,  məcburi  dövlət 
sosial  sığortası  sahəsində  idarəetməni  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 
orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın 
daxil olduğu gün icra edilir; sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi 
halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Milli 
Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 
faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə 
məlumat  göndərir.  Valyuta  vəsaiti  sığortaedən  tərəfindən  manata  konvertasiya 
edildikdən  sonra  sərəncam  icra  edilir;  sığortaedənin  cari,  valyuta  və  digər 
hesablarında  vəsait  olmadıqda  və  ya  məcburi  dövlət  sosial  sığorta  haqları  üzrə 
borcların  və  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  ödənilməsinə  kifayət 
etmədikdə,  məcburi  dövlət  sosial  sığortası  sahəsində  idarəetməni  həyata  keçirən 
müvafiq  icra  hakimiyyəti  orqanının  sərəncamı  bankda  və  ya  digər  kredit 
təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir; 
məcbur  dövlət  sosial  sığorta  haqları  üzrə  borcların  və  tətbiq  edilmiş  maliyyə 
sanksiyaları sərəncamın banka və ya kredit təşkilatına daxil olduğu gündən 90 gün 
ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir 
daha  icraya  qəbul  edilmir,  həmin  borclar  və  maliyyə  sanksiyaları  sığortaedəndən 
məhkəmə qaydasında alınır; 
məcburi  dövlət  sosial  sığortası  sahəsində  idarəetməni  həyata  keçirən 
müvafiq  icra  hakimiyyəti  orqanının  məcburi  dövlət  sosial  sığorta  haqları  üzrə 
borcların  və  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  alınması  haqqında  sərəncamı 
bir  neçə  bank  və  kredit  təşkilatına  verildikdə  və  bu  zaman  məcburi  dövlət  sosial 
sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər 
hansı  cari,  valyuta  və  digər  hesabından  məcburi  dövlət  sosial  sığortası  sahəsində 
idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alındıqda, 
məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanı digər banklara və ya kredit təşkilatlarına həmin borc və maliyyə 
sanksiyalarının  alınması  üçün  vermiş  olduğu  sərəncamların  və  artıq  alınmış 
vəsaitlərin  dərhal  geri  qaytarılmasını  təmin  edir;  sığorta  edən  hüquqi  şəxs 
olmadıqda,  borc  məbləği  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  əsasında 
tutulur.  Artıq  ödənilmiş  və  ya  düzgün  tutulmamış  məcburi  dövlət  sosial  sığorta 
haqqı sığortaedənin müraciətinə əsasən geri qaytarılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
65
 


 
 
Mövzu 6. Sığorta işi 
 
Plan 
 
1. Sığortanın tarixi və inkişaf mərhələləri 
2. Sığortanın mahiyyəti 
3. Sığorta işində əsas anlayışlar 
4. Sığortanın formaları və növləri 
 
5. Kənd təsərrüfatında əmlak sığortası 
 
6. Yanğın sığortası 
 
7. Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki 
məsuliyyətinin icbari sığortası 
 
 
 
 
Ədəbiyyat siyahısı 
 
1.
 
A. Kərimov. Sığorta. Bakı. 2000. 
2.
 
L. İ. Reytman. Sığorta işi. Moskva. 1992. 
3.
 
Prof. B. A. Xankişiyev, P. N. Abdullayev. Sığorta işi.Bakı. 2004. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
66
 


 
 
1. Sığortanın tarixi və inkişaf mərhələləri. 
 
 
Dünya tarixində sığortaya bənzər ilk fəaliyyətlərə təxminən 4000 il bundan 
əvvəl  Babillərdə  rast  gəlinir.  Dövrünün  ticarət  mərkəzi  hesab  edilən  Babildə 
karvan  sahiblərinə  borc  verən  sərmayədarlar,  karvanları  qarət  edildikdə  və  ya 
pulları güclə əllərindən alındıqda tacirlərin borclarını silər və bunun müqabilində 
tacirlər  borcu  geri  qaytardıqları  zaman,  öz  üzərlərinə  götürdükləri  risqə  görə 
borcun əsas məbləğinin müəyyən faizi miqdarında əlavə pul alırdılar. Sonralar bu 
cür fəaliyyətlər kral Hammurapi tərəfindən qanuniləşdirildi.  
 
Tədiyyə  əsaslı  sığortaya  ilk  dəfə  təxminən  1250-ci  illərdə  Venesiya,  Pisa, 
Florensiya  və  Genuya  şəhərlərində  rast  gəlinir.  Bu  günkü  mənada  sığortaya  isə 
yalnız XIV əsrlərdə təsadüf edilir. 
 
XIV əsrdə dəniz ticarətinin ən çox inkişaf etdiyi İtaliyada sığorta təminatına 
bir  ehtiyac  hiss  edildi  və  dəniz  sığortası  anlayışı  da  ilk  dəfə  burada  yarandı.  İlk 
sığorta şəhadətnaməsi (polisi) kimi qəbul edilən müqavilə 23 oktyabr 1347-ci ildə 
İtaliyanın Genuya limanından Mayorkaya gedən “Santa Klara” gəmisində daşınan 
yükə  təminat  verilməsi  məqsədilə  hazırlanmışdır.  İlk  sığorta  şirkəti  isə  1424-cü 
ildə yenə də Genuya şəhərində yaradılmışdır. Sığorta işi üzrə ilk qanun isə 1435-ci 
ildə elan edilmiş Barselona fərmanıdır. 
 
Quru  sığortalarının  yaranmasına  isə  1666-cı  ildə  Londonda  baş  verən  və 
dörd gün davam edərək 13000 ev və 100 kilsənin yanıb-külə dönməsinə səbəb olan 
böyük  yanğın  təkan  vermişdir.  Sonradan  bu  hadisə  ilə  bağlı  1667-ci  ildə  Yanğın 
Bürosu yaradılmış, 1684-cü ildə isə bu büroya rəqib olaraq bir ortaqlıq şəklində ilk 
yanğın sığorta şirkəti fəaliyyətə başlamışdır. 
 
Azərbaycanda  sığorta  yalnız  XIX  əsrin  ortalarında  tətbiq  edilməyə 
başlamışdır. 
 
Xarici  investisiyanın  neft  sənayesinə  cəlb  edilməsi  ilə  əlaqədar  olaraq 
sığorta  işinin  yüksəlməsi  və  inkişafı  başlayır.  Sığortanın  əsas  formalarından  biri 
könüllü  sığorta  idi.  Sığorta  işi  səhmdar  cəmiyyəti  və  birgə  sığorta  cəmiyyətləri 
tərəfindən həyata keçirilirdi. 
 
Həmin  dövrdə  Azərbaycanda  xarici  ölkələrin  sığorta  şirkətlərinin  filialları 
(şöbələri)  fəaliyyət  göstərməyə  başlayırdı.  Belə  ki,  İngiltərənin  sığorta  şirkəti 
gəmilərin  sığortası  ilə,  Almaniyanın  və  Rusiyanın  sığorta  şirkətləri  isə  gəmi  və 
yüklərin sığortası ilə məşğul olurdular. Artıq 1912-ci ildə Azərbaycanda 30 sığorta 
cəmiyyət və agentliyi fəaliyyət göstərirdi.  
 
Ümumiyyətlə,  Azərbaycanda  sığorta  öz  inkişafında  3  əsas  mərhələ 
keçmişdir: 
 
a) Oktyabr inqilabından əvvəlki; 
 
b) İnqilabdan sonrakı; 
 
c) 1990-cı illərdən başlayan müasir dövr. 
Oktyabr inqilabınadək Azərbaycanda qeyd edildiyi kimi xarici dövlətlərin sığorta 
şirkətlərinin filyalları və şöbələri fəaliyyət göstərmişdir. İnqilabdan sonra isə 1921-
ci  ildə  Rusiya  Xalq  Maliyyə  Komissarlığı  nəzdində  Dövlət  Sığorta  İdarəsi  təşkil 
olunmuşdur.  Bu  sığorta  idarəsi  Azərbaycanda  da  sığorta  xidmətini  həyata 
keçirmişdir.  
1922-ci  ildə  dövlət  sığortası  təsərrüfat  hesabına  keçmişdir.
KitabYurdu.az 
67
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə