Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

 
 
Azərbaycan  Respublikasıda  Dövlət  Sosial  Müdafiə  Fondunun  büdcəsi  və 
onun icrası qanunla təsbit edilir. 
Məcburi  dövlət  sosial  sığorta  vəsaiti  hesabına  aşağıdakı  xərclərin 
maliyyələşdirilməsini təmin etmək: 
- qanuna uyğun olaraq əmək (sosial sığorta) pensiyaları; 
- könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr; 
- əmək qabiyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə 
müəyyən olunmuş dövr üçün); 
- hamiləliyə və doğuma görə müavinət
- uşağın anadan olmasına görə birdəfəlik müavinət; 
- qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla 
əlaqədar müavinət; 
-  sığorta  olunanların sanatoriya-kurort  müalicəsi  üzrə  xərclərinin  tam  və  ya 
qismən ödənişi; 
- məşğulluq tədbirlərinin həyata keçirilməsi
- əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi; 
- dəfn üçün müavinət; 
- qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər. 
Məcburi  dövlət  sosial  sığorta  haqqı  sığortalamaya  görə  sığortaçı  təşkilata 
verilən pul vəsaitidir.  
Məcburi  dövlət  sosial  sığortasında  sığorta  haqqı  əmək  ödənişinə  (gəlirə) 
nisbətdə  faizlə  müəyyən  edilir  və  sığortaedənin  (olunanın)  vəsaitləri  hesabına 
ödənilir. 
Məcburi  dövlət  sosial  sığorta  haqqı:  seçkili  orqanlar  və  mülkiyyətindən  və 
təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  Azərbaycan  Respublikasının  və  ya 
xarici dövlətin qanunvericiliyinə uyğun olaraq  yaradılmış  hüquqi  şəxs statusunda 
olan  müəssisə,  idarə  və  təşkilatlar,  onların  filial  və  nümayəndəlikləri,  habelə 
başqasını sosial sığorta edən şəxslər üçün- hesablanmış əməyin ödənişi fondunun 
və  məcburi  dövlət  sosial  sığortasına  cəlb  olunan  digər  gəlirlərin  22  faizi 
miqdarında;  
mülkiyyətində  olan  kənd  təsərrüfatına  yararlı  torpaqları  istifadə  edən 
şəxslərin  (hüquqi  şəxs  yaradanlardan,  ailə  kəndli  təsərrüfatı  üzvlərindən  başqa) 
əmək  qabiliyyətli  ailə  üzvlərinin  hər  biri  üçün  (alınan  əmlak  və  torpaq  payı 
hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər 
hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının:  
torpaqların 1-ci keyfiyyət qrupu üzrə -12 faizi,  
torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi,  
torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi,  
torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında;  
ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü 
və s.) əməyindən istifadə edən şəxslər üçün - hesablanmış əmək haqqının 20 faizi 
miqdarında;  
Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası 
Prezidentinin  fərman  və  sərəncamları  ilə  vəzifəyə  təyin  olunan  şəxslər;  dövlət 
qulluqçuları;  seçkili  ödənişli  vəzifələrdə  işləyənlər;  hərbi  qulluqçular  və  xüsusi 
KitabYurdu.az 
63
 


 
 
rütbəli  şəxslər  (müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçuları  istisna  olmaqla); 
prokurorlar,  prokurorun  müavinləri  və  köməkçiləri,  prokurorluğun  müstəntiqləri; 
əmək  müqaviləsi  (kontraktı)  ilə  işləyənlər  üçün  -  hesablanmış  əmək  haqqının  
faizi  miqdarında;  vəkillər  kollegiyasının  üzvləri,  xüsusi  notariuslar,  sərbəst 
auditorlar, sərbəst mühasiblər üçün- gəlirlərinin 20 faizi miqdarında;  
müəlliflik  qonorarı  ödəyən  hüquqi  və  fiziki  şəxslər  üçün  ödəmə 
mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;  
mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti 
ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla - gəlirlərin 
25 faizi miqdarında;  
xarici  ölkələrdə  haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  və  ya  fərdi  sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı 
ödəməyən  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün-  ölkə  üzrə  müəyyən 
edilmiş minimum aylıq əməkhaqqının 80 faizi miqdarında ödənilir;  
Тicarət  və  tikinti  sahələrində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 
şəxslər  ölkə  üzrə  müəyyən  olunmuş  minimum  aylıq  əməkhaqqının  50  faizi 
məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 
20 faizi məbləğinin:  
Bakı şəhərində 100 faizi,  
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,  
respublika tabeli digər şəhərlərdə 80 faizi,  
rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, 
kənd  yerlərində  50  faizi  miqdarında  məcburi  dövlət  sosial  sığorta  haqqı 
ödəyirlər.  
Ailə  kəndli  təsərrüfatının  hər  bir  üzvü  üçün  ölkə  üzrə  müəyyən  edilmiş 
minimum  aylıq  əməkhaqqının  6  faizi  miqdarında  məcburi  dövlət  sosial  sığorta 
haqqı ödənilir.  
Məcburi  dövlət  sosial  sığorta  haqları  ödənilmədikdə  və  ya  ödənilməsi 
gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:  
sığortaedən  məcburi  dövlət  sosial  sığorta  haqlarını  bu  Qanunla  müəyyən 
edilmiş  müddətdə  ödəmədikdə,  məcburi  dövlət  sosial  sığortası  sahəsində 
idarəetməni  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı  bu  Qanuna  müvafiq 
olaraq  hesablanmış  və  ya  yenidən  hesablanmış  məcburi  dövlət  sosial  sığorta 
haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində 
ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;  
hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları 
üzrə  borclar  və  ya  tətbiq  edilmiş  maliyyə  sanksiyaları  sığortaedən  tərəfindən 
bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası 
sahəsində  idarəetməni  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı 
sığortaedənin  cari,  valyuta  və  digər  hesablarından  məcburi  dövlət  sosial  sığorta 
haqları  üzrə  borcların  və  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  məcburi  dövlət 
sosial  sığorta  sahəsində  idarəetməni  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 
orqanının  hesabına  alınması  üçün  banka  və  ya  digər  kredit  təşkilatına  icra  sənədi 
olan sərəncam verir;  
KitabYurdu.az 
64
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə