Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

 
 
vahid bir fondda cəmlənməsini təmin edir. Belə hallarda hər bir sığortaçı minimum 
xərclərlə maksimum zərərləri aradan qaldıra bilir. 
 
3.  Sığorta  zərərlərin  ərazi  vahidləri  arasında  həm  də  vaxtında 
bölüşdürülməsini təmin edir. Bu zaman bir il ərzində sığorta fondunun vəsaitlərinin 
səmərəli  ərazi  bölgüsü  üçün  çox  böyük  ərazi  və  kifayət  qədər  sığorta  obyektinin 
olması lazımdır. Zərərlərin vaxtında aradan qaldırılması fövqəladə halların təsadüfi 
xarakteri ilə əlaqədardır. Çünki belə fövqəladə hallar hər il baş vermir və onların 
baş verməsinin dəqiq vaxtı məlum deyildir. 
 
4.  Zərərin  qapalı  şəkildə  aradan  qaldırılması  sığorta  fondunda  səfərbərliyə 
alınmış  vəsaitlərin  bilavasitə  geri  qaytarılmasını  şərtləndirir.  Hər  bir  sığorta 
olunanın sığorta fonduna ayırdığı sığorta ödənişlərinin ancaq bir məqsədi var ki, o 
da  müəyyən  ərazidə  və  müəyyən  vaxt  müddətində  zərərin  həqiqi  məbləğinin 
ödənilməsidir.  Ona  görə  də  sığorta  ödənişlərinin  məbləği  dəymiş  zərərin 
ödənilməsi formasında geri qaytarılır.  
 
 
 
3. Sığorta işində əsas anlayışlar 
 
Sığorta - sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində 
münasibətlərdir. 
Həyat  sığortası  -  sığortalının  ölümü,  sağlamlığının,  iş  qabiliyyətinin 
qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan 
sığortadır.  Həyat  sığortası  üzrə  müqavilə  müddəti  bitdikdə və  ya  sığorta hadisəsi 
baş verdikdə, sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və 
şərtlərlə sığortalıya qaytarılır. 
 
Qeyri-həyat  sığortası  -  sığorta  hadisəsi  baş  verdiyi  zaman  sığortalıya 
vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı 
risklərin sığortasıdır. 
 
Sığortaçı - yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə 
yaradılmış,  qanunvericiliklə  müəyyənləşdirilmiş  qaydada  xüsusi  razılıq  almış 
hüquqi şəxs olan sığorta təşkilatıdır. 
 
Sığortalı  -  sığortaçı  ilə  müqavilə  bağlayan  (sığorta  etdirən)  və  ya  xeyrinə 
sığorta  müqaviləsi  bağlanan  (sığorta  olunan),  yaxud  qanuna  görə  sığortalanmış 
sayılan  fiziki  şəxs  (fəaliyyət  qabiliyyəti  məhdud  olan  və  ya  fəaliyyət  qabiliyyəti 
məhkəmə  tərəfindən  məhdudlaşdırılan,  eləcə  də  fəaliyyət  qabiliyyəti  olmayan 
şəxslərdən başqa) və ya hüquqi şəxslərdir. 
 
Sığorta  etdirənlə  sığortalı  adətən  eyni  şəxs  olur.  Lakin  bəzən  sığorta 
etdirənlə sığortalı müxtəlif şəxslər də ola bilər. Hər hansı bir şəxsin başqa birisinin 
malını  və  ya  həyatını  sığorta  etdirə  bilməsi  üçün  ,  həmin  şəxs  ilə  həyatı  sığorta 
olunan şəxs və ya sığortalanan mal arasında bir mənfəət əlaqəsi olmalıdır. 
 
Sığorta oluna bilən mənfəət - sığorta müqaviləsində əsas amillərdən biri də 
sığorta oluna bilən mənfəətdir. Əslində sığorta təminatı mal və ya insan həyatının 
özünə deyil, bunlar üzərindəki mənfəətə verilir. 
KitabYurdu.az 
70
 


 
 
 
İstənilən bir mənfəət sığorta oluna bilmək üçün mütləq maddi, yəni iqtisadi 
dəyərə  malik  olmalıdır.  Mənfəət  iqtisadi  dəyərə  malik  olmaqla  bərabər,  həm  də 
pulla  qiymətləndirilən  formada  olmalıdır  ki, sığortaçı  ilə  sığorta  etdirən  müəyyən 
bir məbləğə sığorta olunması üçün razılığa gələ bilsinlər. İqtisadi dəyərə malik elə 
mənfəətlər  vardır  ki,  onları  pulla  qiymətləndirilməsi  qeyri-mümkündür.  Məsələn, 
çox  qiyməyli  bir  sənət  əsərinin  iqtisadi  dəyəri  vardır,  lakin  ona  qiymət  qoyula 
bilməz. Əgər bu əsər sığortalanacaq olarsa, bu zaman bir qiymət təyin edilməli və 
müəyyən bir məbləğ üzərində razılığa gəlinməlidir. 
 
Risk  –  baş  verməsi  mümkün  olan  təhlükədir.  Sığortanın  məqsədi  ayrı-ayrı 
fərdlərin həyatda rast gələ biləcəkləri risklərə təminat verilməsidir. Təsadüfən baş 
verən  zərərlər,  sığorta  ilə  qabaqcadan  görülmüş  tədbirlər  nəticəsində  aradan 
qaldırılmış  olur.  Risk,  gələcəkdə  baş  verən,  ehtimal  olunan,  qeyri-müəyyən  və 
qanuni olmalıdır. Sığorta haqqında qanunda sığorta risqi bu şəkildə izah edilir: 
 
“Sığorta risqi – ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı 
sığorta aparılır. Sığorta risqi sayılan hadisənin təsadüf əlamətləri olmalıdır.” 
 
Sığorta  məbləği  –  sığortalı  tərəfindən  bildirilən  və  sığorta 
şəhadətnaməsində (polisdə) yazılan məbləğdir. Sığorta məbləği, zərər baş verdiyi 
zaman sığortaçının yerinə yetirə biləcəyi ödənişin maksimum miqdarını göstərir. 
 
Sığorta  müqaviləsinə  və  ya  qanuna  uyğun  olaraq  sığorta  obyektinin 
sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləğidir. 
 
Sığorta dəyəri – sığortalanacaq əmlakın cari bazar şərtlərinə uyğun olaraq 
müəyyən  edilən  alqı-satqı  qiymətidir.  Sığorta  hadisəsi  baş  verdiyi  zaman 
sığortalının  düşdüyü  zərəri  bütövlükdə  ala  bilməsi  üçün  ideal  variant,  sığorta 
məbləğinin sığorta dəyərinə bərabər olmasıdır. 
 
Sığorta  hadisəsi  –  qanuna  və  ya  sığorta  müqaviləsinə  görə  sığorta 
ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan haldır.  
 
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya 
əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində 
ödənilən vəsaitə sığorta ödənişi deyilir. 
 
Sığorta ödənişinin verilməsi üçün baş verən risklə meydana gələn zərər bir-
biri ilə bilavasitə əlaqədar olmalıdır. Bu əlaqə “səbəb-nəticə əlaqəsi” adlanır.  
 
Sığortaçı  sığorta  ödənişini  müqaviləyə  və  ya  qanuna  müvafiq  surətdə 
sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. 
 
Sığorta  aktını  sığortaçı  və  ya  onun  vəkil  etdiyi  şəxs  (ekspert)  tərtib  edir. 
Sığortaçı  sığorta  hadisəsinin  səbəblərini  və  təfsilatını  aydınlaşdırmaq  hüququna 
malikdir.  
 
Sığorta  haqqı  (prim)  –  sığorta  müqaviləsinə  və  ya  Qanuna  uyğun  olaraq 
sığortalının sığortaçıya verməli olduğu pul məbləğidir. 
 
Dolayısı  ilə,  zərər  baş  verdiyi  zaman  sığortaçı  tərəfindən  veriləcək  sığorta 
ödənişi  müqabilində,  sığorta  etdirən  tərəfindən  qabaqcadan  və  ya  hissələrlə 
ödəniləcək  haqdır.  Bu  haqq,  texniki  olaraq  hesablanmış  tədiyyəyə,  xərclər, 
komission,  gəlir  kimi  amillər  əlavə  edilməklə  müəyyən  edilir.  Texniki  tədiyyə 
hesablandığı  zaman,  statistik  qaydalardan  istifadə  edilərək,  toplanan  tədiyyə  ilə 
ödənəcək  zərərin  bərabərliyi  təmin  edilir.  Texniki  tədiyyəyə,  digər  xərclərin  və 
KitabYurdu.az 
71
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə