Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

 
 
 
2. Produktor – həm sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, 
sığortalıya  müqavilənin  şərtlərini  aydınlaşdırmaqla  sığortaçıya  təqdim  edilən 
təklifnaməsini hazırlamaqda kömək edən və sığorta hadisəsinin baş verməsinə təsir 
göstərə  biləcək  amillərdən  ona  məlum  olanlarını  sığortaçıya  bildirməsi  şərti  ilə 
vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxslərə produktor deyilir.  
 
3. Broker:  
 
a)  Sığorta  brokeri  (broker)  sığorta  müqaviləsində  sığortalını  təmsil  edən, 
sığortaçının  seçilməsi  zamanı  bitərəf  və  müstəqil  mövqe  tutaraq  sığorta 
müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu 
müqavilənin həyata keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı) 
və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 
 
Təkrar  sığorta  borkeri  təkrar  sığorta  üzrə  sığortaçı  ilə  təkrar  sığortaçı 
arasında vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir. 
 
b) Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün 
qanunvericilikdə nəzərdə tutulmuş  qayda  xüsusi  razılıq  almalı,  Maliyyə  Nazirliyi 
tərəfindən  müəyyən  edilmiş  miqdarda  və  qaydada  öz  məsuliyyətini 
sığortalamalıdırlar. 
 
c) Azərbaycan Respublikasında brokerlər sığorta risklərini: 
 
- idxal-ixrac edilən malların nəqliyyat sığortaları; 
 
-  təyyarə,  vertolyot  və  gəmilərin  xarici  kreditlə  satın  alındıqları  təqdirdə 
həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq 
müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları; 
 
- gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları; 
 
- həyat sığortaları; 
 
-  vətəndaşların  Azərbaycan  Respublikasından  xaricə  etdikləri  səfər  üçün 
bağladıqları fərdi qəza, xəstəlik və mühərrikli nəqliyyat vasitəsi sığortaları istisna 
olmaqla, yalnız Azərbaycan Respublikasında olan sığortaçıların vasitəsi ilə xarici 
ölkələrdə sığorta və təkrar sığorta etdirə bilərlər. 
 
ç)  Mülkiyyətə  qarşı,  təsərrüfat  və  vəzifə  cinayətləri  törədilməsinə  görə 
məhkum olunmuş şəxslər broker fəaliyyəti ilə məşğul ola bilməzlər. 
 
d)  Brokerlərin  fəaliyyətinin  qaydası  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən 
edilir. 
 
Sığorta  və  təkrar  sığorta  bazarının  xüsusi  peşəkar  vasitəçilərinə  sığorta 
brokeri deyilir. Onlar sığorta müqaviləsi üzrə tədiyyə borcunun ödənilməsi zamanı 
sığorta  şirkəti  adından,  sığorta  ödənişi  verildiyi  zaman  isə  sığortalının  adından 
danışırlar. 
 
Həm sığortaçı, həm də sığorta etdirən sığorta brokerindən yüksək peşəkarlıq 
qabiliyyəti  tələb  etmək  hüququna  malikdirlər.  Brokerlərin  göstərdikləri  xidmət 
müqabilində komission haqları sığorta şirkəti tərəfindən ödənilir. 
 
Sığorta  ekspertləri  –  sığorta  eksperti  sığorta  hadisəsi  nəticəsində  vurulan 
zərərin miqdarını, səbəblərini, xüsusiyyətlərini müəyyənləşdirmək üçün ekspertiza, 
yoxlama və ya araşdırmanı həyata keçirən mütəxəssisdir. 
 
Sığorta ekspertləri sığorta şirkətinə tabe olmayan müstəqil mütəxəssislərdir.  
 
Sığorta  eksperti  təsirə  düşməyən,  bitərəf,  sığortaçılıq  və  zərər  mövzusunda 
lazımi  texniki  biliyə  malik,  lazım  olduqda  isə  digər  mütəxəssislərdən  kömək 
KitabYurdu.az 
74
 


 
 
istəməyi  bacaran  vicdanlı  şəxslər  olmalıdırlar.  Əks  təqdirdə,  hazırladıqları  zərər 
raportu ilə sığortaçını və ya sığortalını ziyana sala bilərlər. 
 
Sığorta  ekspertləri,  göstərdikləri  xidmət  müqabilində  ekspert  haqqı  alırlar, 
lazımi  hallarda  onlara  verilən  işi  qəbul  etməyə  bilərlər.  Sığorta  ekspertlərinin 
qanunla müəyyən edilmiş jurnalları tutmaları məcburidir. 
 
Sığorta ekspertlərinin fəaliyyət göstərməsi qaydasını və onlara verilən ixtisas 
tələblərini Maliyyə Nazirliyi müəyyən edir. 
 
Sığorta aktuarları – aktuar-sığorta qaydalarına, habelə investisiya, maliyyə, 
demoqrafiq  və  digər  sahələrə  aid  nəzəriyyə  və  statistik  məlumatlara  əsasən 
normativ mənfəət və ehtiyatların yaranmasının zəruriliyini nəzərə almaqla sığorta 
haqları və tarifləri hesablayan və şərtlərini hazırlayan şəxsdir. Aktuarların fəaliyyət 
göstərməsi  qaydasını  və  onlara  verilən  ixtisas  tələblərini  Maliyyə  Nazirliyi 
müəyyən edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
4. Sığortanın formaları və növləri 
 
Sığorta həm könüllü, həm də icbari formada həyata keçirilə bilər.  
 
Əhalinin sosial müdafiəsinə əlavə təminatların yaradılması, baş vermiş təbii 
fəlakət, bədbəxt hadisə, qəza nəticəsində vətəndaşların səhhətinə, fiziki və hüquqi 
KitabYurdu.az 
75
 


 
 
şəxslərin  əmlakına,  habelə  ətraf  mühitə  vurulan  zərərlərin  ödənilməsinin  təmin 
edilməsi üçün konkret bir sahədə çalışan işçilərin fərdi qəza üzrə, yaxud konkret 
bir sahənin əmlakı sığortaya mütləq qaydada cəlb edilə bilər. 
 
Belə  sığortalar  qanunvericiliyə  uyğun  olaraq  müvafiq  icbari  sığorta 
qanunları əsasında həyata keçirilir. İcbari sığortanın şərtləri və aparılması qaydası, 
daha  doğrusu  sığortalıların  və  sığortaçının  müəyyən  edilməsi,  hansı  hadisələrin 
sığorta  hadisəsi  hesab  olunması,  sığorta  məbləği  və  sığorta  haqları  (tarifləri), 
sığorta  ödənişi  verməkdən  imtina  əsasları,  sığortanın  həyata  keçirilməsi  üçün 
zəruri  hesab  olunan  digər  şərtlər  həmin  icbari  sığortanı  tənzimləyən  qanunla 
müəyyən  edilir.  İcbari  sığorta,  əgər  qanunvericilikdə  başqa  hal  nəzərdə 
tutulmamışdırsa,  müvafiq  qanunla  müəyyən  olunmuş  şərtlər  və  qaydalar 
çərçivəsində  həyata  keçirilməlidir.  İcbari  sığorta  qanunu  ilə  həmçinin  sığortanı 
həyata keçirəcək sığortaçı müəyyən edilməlidir. 
 
İcbari  sığortanın  növündən,  sığorta  obyektinin  (obyektlərinin)  həcmindən, 
sığortanın  əhatə  dairəsindən,  sığorta  haqlarının  ödənilməsi  mənbəyindən  asılı 
olaraq  sığortaçı  dövlət  sığorta  orqanı,  yaxud  mülkiyyət  və  təşkilati-hüquqi 
formasından asılı olmayaraq müvafiq sığorta növünün aparılmasına icazəsi (xüsusi 
razılığı) olan bütün sığorta şirkətləri müəyyən edilə bilər.   
 
Sığorta  haqlarının  dövlət  büdcəsinin  vəsaiti  hesabına  ödənilməsi  nəzərdə 
tutulan icbari sığortanın aparılması, büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə 
istifadənin təmin edilməsi məqsədilə qanunla dövlət sığorta orqanına həvalə edilə 
bilər. Qeyd etmək yerinə düşərdi ki, respublikada icbari formada həyata keçirilən 
səkkiz  sığorta  növündən  beşi  Azərbaycan  Respublikası  Dövlət  Sığorta 
Kommersiya Şirkətinə həvalə edilmişdir. 
 
Könüllü  sığortanın  aparılması  qaydası  və  şərtləri  sığortaçının  təsdiq  etdiyi 
müəyyən  növlər  üzrə  sığorta  qaydaları,  habelə  sığortaçı  ilə  sığortalı  arasında 
bağlanılan müqavilə ilə müəyyən edilir. Sığorta qaydalarında sığortanın məqsədi, 
sığorta  obyektləri,  sığorta  hadisələri,  sığorta  ödənişi  verməkdən  imtina  əsasları, 
tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilməlidir. 
 
Sığorta  qaydalarında  həmçinin  sığortaçının  aktuar  hesablamalar  əsasında 
müəyyən  etdiyi  tariflər  göstərilməlidir.  Əgər  sığorta  qaydalarında  nəzərdə 
tutulmuşdursa, sığorta müqaviləsində əlavə şərtlər də nəzərdə tutula bilər. 
 
Sığorta müqaviləsi bağlanarkən sığortaçı müvafiq sığorta növü üzrə sığorta 
qaydalarını sığortalıya təqdim etməlidir. Belə ki, sığortalı müqaviləyə əsasən hansı 
hərəkətləri  etməli  olduğunu,  hansı  hallarda  sığortaçının  ona  sığorta  ödənişi 
verməkdən imtina edəcəyini bilməlidir. 
Sığortanın  növləri  dedikdə,  tarif  dərəcələri  üzrə  müəyyən  həcmdə  sığorta 
məsuliyyətinə  uyğun  olaraq,  mahiyyətcə  həmcins  olan  konkret  obyektlərin 
sığortası  nəzərdə  tutulur.  Sığortaçılarla  sığorta  olunanlar  arasında  sığorta 
münasibətləri müəyyən növlərə uyğun olaraq həyata keçirilir. 
 
Məsələn, əmlak sığortasının konkret növləri tikilinin sığortası, heyvanların, 
ev  əmlakının  sığortası,  nəqliyyat  vasitələrinin  və  s.  kimi  müəyyən  edilir.  Yaxud 
sosial sığortanın konkret növlərinə yaşlılığa görə pensiya sığortası, əlillik üzrə, ailə 
başçısının  itrilməsi  üzrə  sığorta,  əhalinin  bu  və  ya  digər  təbəqəsində  konkret  iş 
qabiliyyətinin  sığortalanması  aiddir.  Həyat  sığortası,  ölüm  hallarının  və  əmək 
KitabYurdu.az 
76
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə