Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

 
 
məsuliyyəti  sığortalanmış  hesab  olunur  və  sığorta  olunan  15  gün  müddətində 
sığortaçı ilə müqavilə bağlamaqla sığorta haqqını ödəməlidir. 
 
Bu halda sığorta şəhadətnaməsinin yeni sahibin adına rəsmiləşdirilməsi üçün 
(əvvəlki  sığorta  şəhadətnaməsində  qeyd  olunmuş  sığorta  müddəti  üzrə)  əlavə 
sığorta haqqının ödənilməsi tələb olunmur. 
 
Sığortası  olan  nəqliyyat  vasitəsinin  sahibi  dəyişildiyi  halda  yeni  sahibi  15 
gün müddətində sığorta müqaviləsini öz adına rəsmiləşdirməlidir. 
 
2. Azərbaycan Respublikasında qeydə alınmayan və yol hərəkətində iştirak 
edən xarici ölkələrin nəqliyyat vasitələrinin sahibləri respublikanın ərazisinə daxil 
olarkən  etibarlı  sayılan  sığorta  şəhadətnaməsini  təqdim  etmədikdə  gömrük 
məntəqəsində  sığorta  olunmalıdırlar.  Sığorta  şəhadətnaməsi  müvafiq  sığortaçı  ilə 
bağlanmış müqaviləyə uyğun olaraq və onun adından gömrük orqanları tərəfindən 
rəsmiləşdirilir. 
 
1.  Yol-nəqliyyat  hadisəsi  nəticəsində  nəqliyyat  vasitəsi  sahibinin,  yaxud 
onun  sürücüsünün  üçüncü  şəxsin  əmlakına  və  səhhətinə  vurduğu  zərərin 
ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 
 
2. Paslanmadan çürümə, təbii fəlakətlər, hərbi əməliyyat, yaxud hərbi təlim, 
oğurlanma,  müəssisə,  idarə  və  təşkilatların  daxili  ərazisində  hərəkət,  yükləmə  və 
boşaltma,  habelə  yol-nəqliyyat  hadisəsi  ilə  bağlı  olmayan  hər  hansı  digər  hallar 
nəticəsində  nəqliyyat  vasitəsi  ilə  vurulan  zərər  bu  Qanuna  görə  sığorta  hadisəsi 
sayılmır. 
 
Zərərin ödənilməsi   
1.  Üçüncü  şəxs  ona  vurulan  zərərin  ödənilməsi  nəqliyyat  vasitəsinin 
sahibindən,  yaxud  bu  qanunla  müəyyən  edilmiş  sığorta  məbləği  həddində 
sığortaçısından  tələb  edə  bilər.  Onlardan  biri  zərəri  tam  ödədikdə  üçüncü  şəxsin 
iddiası təmin edilmiş hesab olunur. 
 
2.  Sığortaçı  bu  Qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  sığorta 
müqaviləsi  ilə  müəyyənləşdirilmiş  sığorta  məbləği  həddində  şəxsi  sığortanın 
növləri  üzrə  verilən  ödənişindən  asılı  olmayaraq  hər  hadisə  üçün  faktiki  zərəri 
ödəyir. 
 
Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir bu qanuna görə sığortaçı tərəfindən 
ödənilmir. 
 
Sığortaçı  eyni  nəqliyyat  vasitəsilə  təkrar  yol-nəqliyyat  hadisələrinə  görə 
sığorta məbləğinin ödənilməmiş hissəsi həddində məsuliyyət daşıyır. 
 
Sığorta  məbləği  tam  ödənildikdə  sığorta  müqaviləsi  xitam  olunmuş  sayılır 
və  nəqliyyat  vasitəsinin  sahibi  sığorta  haqqını  ödəməklə  yenidən  sığorta 
müqaviləsi bağlamalıdır. 
 
3.  Naməlum  nəqliyyat  vasitəsi  ilə  zərər  vurulduqda  mərkəzi  sığorta 
ehtiyatından yalnız səhhətə vurulan zərərə görə sığorta ödənişi verilir. 
 
Faktiki zərərin məbləği sığorta ödənişindən artıq olduqda fərq yol-nəqliyyat 
hadisəsi  iştirakçılarının  təqsiri  dərəcəsindən  asılı  olaraq  mülki  qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsi sahibinin hesabına ödənilir. 
 
Bu  halda  üçüncü  şəxsin  nəqliyyat  vasitəsinin  sahibinə  iddiası,  sığorta 
ödənişinin  verilməsinə  baxmayaraq,  fərq  məbləği  həddində  təmin  edilməmiş 
sayılır. 
KitabYurdu.az 
92
 


 
 
 
4.  Nəqliyyat  vasitəsi  sahibinin  cinayət  törətmək  qəsdi  ilə,  habelə  sığorta 
müqaviləsinin  şərtlərini  pozmaqla  üçüncü  şəxsin  əmlakına  və  səhhətinə  vurduğu 
zərər  sığortaçı  tərəfindən  ödənildikdə  o,  sığorta  ödənişinin  məbləğini  həmin 
nəqliyyat vasitəsinin sahibindən iddia (reqress) qaydasında alır. 
 
5.  Yol-nəqliyyat  hadisəsi  zamanı  üçüncü  şəxsə  vurulan  zərər  nəqliyyat 
vasitəsinin  sahibi  tərəfindən  ödənildikdə  sığortaçı  bu  Qanunla  nəzərdə  tutulmuş 
qaydada həmin nəqliyyat vasitəsinin sahibinə sığorta ödənişi verir. 
 
Nəqliyyat  vasitəsinin  sahibi  tərəfindən  zərərin  ödənilməsi  Azərbaycan 
Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.  
 
Sığorta ödənişi verməkdən imtina edilən əsaslar 
 
Aşağıdakı hallarda sığorta olunana sığorta ödənişi verilmir. 
 
- sığorta olunan  müəyyənləşdirilmiş qaydada sığorta haqqını ödəmədikdə; 
 
-  sığorta  olunan  üçüncü  şəxsin  əmlakına  və  səhhətinə  qəsdən  və  cinayət 
törətmək qəsdi ilə zərər vurduqda
 
- sığorta olunan sığorta müqaviləsinin şərtlərini pozduqda. 
 
Sığortaçı  aşağıdakı  hallarda  üçüncü  şəxsin  əmlakına  və  səhhətinə  vurulan 
zərəri ona ödəməkdən imtina edir. 
 
- üçüncü şəxs özünün qəsdən edilmiş hərəkəti nəticəsində zərər çəkdikdə
 
- üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda; (bu 
hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir); 
 
- üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol təmiri işləri gördükdə, 
mal-qaranı və ev quşlarını sürdükdə, yaxud onları yolda baxımsız qoyduqda
 
- üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə. 
 
Sığorta  hadisəsi  nəticəsində  zədələnmiş  əmlak  sığortaçının  nümayəndəsi 
tərəfindən  baxış  keçirilmədən  bərpa  edildikdə  sığortaçı  sığorta  olunana  və  ya 
üçüncü şəxsə sığorta ödənişi verməkdən imtina edə bilər. 
 
Müqavilə şərtlərinin pozulması: 
 
- nəqliyyat vasitəsinin onu sürücülük hüququ olmayan şəxsə verilməsi; 
 
- sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi; 
 
- sürücünün yol-nəqliyyat hadisəsi yerindən qaçıb getməsi; 
 
- nəqliyyat vasitəsindən öz təyinatı üzrə istifadə edilmədikdə.  
Səhhətə vurulan zərər: 
 
1. Üçüncü şəxsin səhhətinə vurulan zərər aşağıdakı hallardır: 
 
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi; 
 
- əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik); 
 
- üçüncü şəxsin ölümü. 
 
2. Üçüncü şəxsin səhhətinə vurulan zərərə həm də onun hadisə yerindən tibb 
müəssisəsinə aparılması üçün çəkilən xərclər daxildir. 
 
Üçüncü  şəxsin  ölümünün  yol-nəqliyyat  hadisəsi  nəticəsində  baş  verdiyi 
məhkəmə-tibb  eksperti,  yaxud  ölümün  səbəbini  müəyyən  edən  tibb  müəssisəsi 
tərəfindən təsdiq edilməlidir. 
 
Əmlaka vurulan zərər: 
 
1. Üçüncü şəxsin əmlakına vurulan zərər aşağıdakı hallardır: 
 
- nəqliyyat vasitəsinin zədələnməsi və ya məhv edilməsi
 
- yolun və yol qurğularının zədələnməsi və ya məhv edilməsi; 
KitabYurdu.az 
93
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə