7. Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası.
Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin
üçüncü
şəxs
qarşısında
mülki
məsuliyyətinin
sığortası
Azərbaycan
Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası haqqında qanunu bu sahədə münasibətləri tənzimləyir, sığorta
müqaviləsinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsi qaydasını
müəyyən edir.
Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin
mülki məsuliyyətinin sığortası məcburidir.
Sığortanın məqsədi – Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin
icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat verilməsi, mühərrikli
nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində fiziki və hüquqi şəxslərin
əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin vaxtında ödənilməsi
məqsədilə aparılan sığortadır.
Sığortaçılar – mülkiyyət formasından asılı olmayaraq nəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılması üçün lisenziya
almış Azərbaycan Respublikasının sığorta təşkilatlarıdır.
Sığorta olunanlar – öz mülki məsuliyyətini sığortalamış nəqliyyat
vasitələrinin sahibləridir.
Nəqliyyat vasitəsinin sahibi mülkiyyətində nəqliyyat vasitəsi olan (yaxud
icarəyə götürülən) və onu istismar edən hüquqi və fiziki şəxslər hesab olunurlar.
Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir.
Nəqliyyat vasitəsi – Bu Qanuna görə sığorta məqsədi ilə nəqliyyat
vasitələrinə mühərrikin silindirinin həcmi 50 kub sm-dən artıq olan hər hansı minik
və ya yük avtomobilləri, mikroavtobuslar, avtobus, trolleybus və tramvay,
motosiklet və motorollerlər, traktorlar və yol-tikinti maşınları aid edilir.
Üçüncü şəxslər
1. Aşağıdakılardan başqa Qanuna görə sığorta və daşınma müqaviləsi üzrə
tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində bütün zərər çəkən
hüquqi və fiziki şəxslər habelə onların vərəsələri (hüquqi varisləri) üçüncü şəxslər
sayılırlar.
- zərər vuran nəqliyyat vasitəsinin sahibi və
ya sürücüsü;
- öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri)
səhhətinə
və ya əmlakına zərər vuran nəqliyyat vasitəsinin sahibinin, yaxud sürücüsünün
həmin ailə üzvləri;
- zərər vuran nəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən
işçisi.
2. Yol hərəkəti zamanı iki və daha artıq nəqliyyat vasitəsinin toqquşması
nəticəsində zərər çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır.
Nəqliyyat vasitəsi sahibinin vəzifələri
1. Nəqliyyat vasitəsi satın alındığı gündən (xaricdə satın alındıqda
Azərbaycan Respublikası sərhədini keçdiyi gündən) onun sahibinin mülki
KitabYurdu.az
91