Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

 
 
 
3.  Təklif  verənin  cavablandırması  tələb  olunan  bir  çox  suallar  (əvvəllər 
zərərin  baş  verib-vermədiyi,  əmlakın  digər  sığorta  şirkətlərində  sığortalanıb-
sığortalanmadığı və s.). 
 
4. Sığorta vasitəçisi varsa onun tərəfindən cavab verilməsi. 
 
Sığortalının  bu  suallara  tam  və  dolğun  cavab  verməsi  tələb  olunur. 
Təklifnamənin  doldurulması  bəzən  sığorta  vasitəçiləri  və  ya  sığortalı  tərəfindən 
əlavə bürokratik əngəl kimi qəbul edilir. Lakin zərər baş verdiyi zaman sığortalının 
bəzi  təminatları  almaması,  sığortanın  yarımçıq  olmasına  görə  zərər  ödənişinin 
yarımçıq olması və ya heç olmaması kimi hallarla əlaqədar zərər çəkməməsi üçün 
təklifnamə  dəqiq  və  düzgün  doldurulmalıdır.  Sığorta  vasitəçilərimiz 
unutmamalıdırlar ki, burada məqsəd sığortalılarımızın mənafeyini qorumaqdır. 
 
Təklifnamənin  tam  şəkildə  doldurularaq  sığortaçıya  verilməsi  sığortanın 
qəbul  edilməsi  kimi  başa  düşməməlidir.  Sığorta  təminatı  sığortaçı  tərəfindən 
təklifin  qəbul  edilməsi  və  sığortalı  tərəfindən  sığorta  haqqının  ödənilməsi  ilə 
başlanır. 
 
Sığorta şəhadətnaməsi (polis). 
 
Sığortaçı,  sığorta  müqaviləsinin  şərtlərini  hər  iki  tərəfin  hüquq  və 
öhdəliklərini  göstərən,  rəsmi  sənəd  xüsusiyyətində  olan  sığorta  şəhadətnaməsi 
(polisi) hazırlamağa və sığortalıya verməyə görə məsuliyyət daşıyır. 
 
Sığorta  şəhadətnaməsində  (polisində)  yazılması  vacib  olan  məlumatlar 
bunlardır: 
 
1.  Sığortaçının,  sığortalının  və  əgər  varsa  sığortadan  faydalanan  şəxslərin 
adı, soyadı və ya rəsmi adı (müəssisə və təşkilatlarda) ünvanı. 
 
2. Sığortanın mövzusu. 
 
3. Sığorta müqaviləsinin başlama və sona çatma tarixləri. 
 
4. Sığorta məbləği. 
 
5. Sığorta haqqının məbləği, ödənmə vaxtı. 
 
6. Sığortaçının öhdəsinə götürdüyü sığorta risklərinin mahiyyətini müəyyən 
etmək üçün lazım olan bütün hallar. 
 
7. Sığorta şəhadətnaməsinin (polisin) tərtib edilmə tarixi. 
Sığorta  təminatı  verilən  dəyərlərin  sığorta  şəhadətnaməsində  (polisində) 
göstərilən məbləğidir. 
 
Sığorta məbləğinin müəyyən edilməsi sığortalıların ən çox səhv etdikləri və 
qəbul etmək istəmədikləri məsələlərdən biridir. Sığorta məbləği: 
 
1.  Binalar  üçün  bazar  qiymətlərinə  əsasən  müəyyən  ediləcək  dəyərdən 
torpaq  sahəsinin  payı,  yerləşdiyi  ərazi  dəyəri  və  köhnəlmə  payı  çıxılmaqla 
hesablanır. 
 
2. Əmlaklarda yenisinin satın alınma dəyərindən köhnəlmə və aşınma payı 
çıxılmaqla hesablanır. 
 
3. Kommersiya mallarında malın bazar alış qiyməti əsas götürülür. 
 
4.  Fabrik-zavod  qurğuları  və  dəzgahları  üçün  yenisinin  satın  alınması  üçün 
çəkiləcək xərclərdən köhnəlmə payı çıxılaraq hesablanır. 
 
Sığortaçının  maksimum  cavabdehliyi  sığorta  şəhadətnaməsində  göstərilən 
sığorta  məbləği  ilə  məhdudlaşdırılır.  Qismi  bir  zərər  baş  verdiyi  zaman  sığorta 
məbləği ödənilən sığorta ödənişi məbləğində azaldılır. Sığortalının sonra başqa bir 
KitabYurdu.az 
86
 


 
 
zərər baş verdiyi zaman tam olmayan sığorta tətbiq etməsinə görə sığortalının zərər 
çəkməməsi  üçün  sığorta  şəhadətnaməsinin  başa  çatma  tarixinə  qədər  olan 
müddətdə  əlavə  sığorta  haqqı  ödəməklə  sığorta  məbləğini  əvvəlki  məbləğə 
çatdırması  məsləhətdir.  Baş  vermiş  zərər  tam  zərərdirsə,  sığorta  təminatı  bitir. 
Sığorta  şəhadətnaməsi  sığortalının  məlumatına  əsasən  bağlanan  bir  müqavilə 
olduğuna  görə  sığorta  dəyərinin  sığortalı  tərəfindən  düzgün  olaraq  bildirilməsi 
vacibdir. Bu məlumat həqiqi dəyərdən az və ya çox olarsa əmlakın dəyərindən az 
məbləğdə  olan  sığorta  və  ya  əmlakın  dəyərindən  çox  məbləğdə  olan  sığorta  adı 
verilən iki əhəmiyyətli vəziyyət alınmış olur.  
Azərbaycan  Respublikası  ərazisində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
hüquqi  və  fiziki  şəxslərin  əmlakının  və  üçüncü  şəxslər  qarşısında  mülki 
məsuliyyətinin  yanğından  sığortası  sahəsində  münasibətlər  Yanğından  icbari 
sığorta  haqqında  Qanunla  tənzimlənir.  Bu  Qanunla  sığortanın  iştirakçıları 
tərəfindən yerinə yetirilməli olan minimum məcburi tələbləri müəyyən edilir. 
 
Sığortanın  məqsədi  yanğın  nəticəsində  sığorta  olunanların  və  əhalinin 
əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak 
mənafelərinin  qorunması  və  sosial  müdafiəsinə  əlavə  təminat  verilməsindən 
ibarətdir. 
 
Sığortanın obyektləri aşağıdakılardır: 
 
1.  sığorta  müqaviləsilə  nəzərdə  tutulmuş  ərazidə  sığorta  olunanın 
mülkiyyətində və ya istifadəsində olan binalar, o cümlədən insanların kütləvi halda 
toplanması üçün binalar, anbarlar, qurğular, ötürücü qurğular, maşın və avadanlıq, 
mebel, hazır məhsul, xammal və materiallar; 
 
2.  yanğın  nəticəsində  üçüncü  şəxslərin  əmlakına  və  sağlamlığına  zərərin 
vurulmasına görə sığorta olunanın mülki məsuliyyəti. 
 
Sığorta hadisəsi zamanı üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulan 
və sığortaçı tərəfindən əvəzi ödənilən zərərə aşağıdakılar aiddir: 
 
1. ölüm və ya bədən xəsarəti
 
2. əmlakın zədələnməsi və ya məhv olması; 
 
3. zərərin ödənilməsi barədə işlər üzrə məhkəmə xərcləri. 
 
 Aşağıdakı əşyalar sığorta obyekti sayılmır: 
 
1. sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, rəsm əsərləri, 
kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar; 
 
2. modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər; 
 
3. nəğd pul, səhm, istiqraz və digər qiymətli kağızlar, bütün növ qızıl, gümüş 
və digər nəcib metallar (avadanlığın tərkib hissəsi olan nəcib metallardan başqa), 
onlardan hazırlanmış zinət əşyaları, qiymətli daşlar. 
 
Qəza  vəziyyətində  olan  binaların  və  qurğuları,  həmçinin  onlarda  yerləşən 
əmlakın sığortalanmasına yol verilmir. 
 
 
Sığorta  olunanlar-  sahibkarlıq  fəaliyyəti  göstərən,  mülkiyyətində  və  ya 
istifadəsində yuxarıda qeyd olunan obyektləri olan hüquqi və fiziki şəxslərdir. 
Sığortaçılar-  qanunvericiliyə  uyğun  olaraq  yanğından  icbari  sığorta  fəaliyyətini 
göstərmək hüququ olan və bu sığorta növü üzrə sığorta daxılının üzvü olan sığorta 
təşkilatlarıdır. 
KitabYurdu.az 
87
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə