Sair xərclərə
əməliyyat, satışdankənar və fövqəladə xərclər daxildir.
Əməliyyat xərcləri aşağıdakılardan ibarətdir:
- müəssisənin (təşkilatın) haqqı ödənilməklə müvəqqəti istifadəyə verilməsi
ilə (müvəqqəti sahibliyə və istifadəyə) bağlı xərclər;
- ixtiraya patentlər, sənaye nümunələri və digər intellektual mülkiyyət
növlərindən irəli gələn hüququn haqqı ödənilməklə
verilməsi ilə əlaqədar xərclər;
- başqa müəssisələrin (təşkilatların) nizamnamə kapitalında iştirak ilə
əlaqədar xərclər;
- əsas fondların və digər aktivlərin (xarici valyutadan başqa), əmtəələrin,
məhsulların satışı, sıradan çıxması və digər silinməsi ilə əlaqədar xərclər;
- müəssisənin (təşkilatın) onlara verilmiş pul vəsaitlərindən (kreditlər,
borclar) istifadəyə
görə ödədikləri faizlər;
- kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar
xərclər;
- sair əməliyyat xərcləri.
Satışdankənar xərclərə bunlar aiddir:
- müqavilə şərtlərini pozmağa
görə cərimələr, penyalar, dəbbə pulu;
- müəssisəyə (təşkilata)
dəymiş zərərin ödənilməsi;
- hesabat ilində etiraf edilmiş keşmiş ilin zərərləri;
- iddia müddəti bitmiş debitor borclarının, tutulmaq üçün qeyri-real olan
digər borcların məbləği;
- məzənnə fərqi;
- aktivlərin (dövriyyədənkənar aktivlər istisna olmaqla) ucuzlaşması
məbləği;
- sair reallaşdırılmamış xərclər.
Fövqəladə xərclərə təsərrüfat fəaliyyətinin fövqəladə vəziyyətinin nəticəsi
kimi əmələ gələn (təbii fəlakət, yanğın, qəza, əmlakın milliləşdirilməsi) xərclər aid
edilir.
4. Kommersiya təşkilatlarının mənfəət və rentabelliyi
Mənfəət məhsul (əmtəə və xidmətin) satışından gəlirlərin həmin məhsulun
(əmtəə və xidmət) istehsalı və satışı xərclərindın artığını ifadə edir. Başqa sözlə
müəssisənin gəlirlilə xərcləri arasındakı fərq onun mənfəətini təşkil edir. Mənfəət
kommersiya təşkilatlarının təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin ən mühüm
göstəricilərindən biridir.
İqtisadi kateqoriya kimi, mənfəət sahibkarlıq fəaliyyətinin maliyyə
nəticələrini xarakterizə edir.
Mənfəət əldə edilməsi, kapitalın, əməyin və əsas vəsaitlərin cəlb edilməsi
əsasında məhsul istehsalı (işin yerinə yetirilməsi, xidmət göstərilməsi) üzrə
təşkilatın fəaliyyətinin nəticəsindən ibarətdir.
Məhsul satışından mənfəət ümumi mənfəətə (balans mənfəəti) və xalis
mənfəətə bölünür. Kommersiya təşkilatlarında mövcud qiymətlərlə (ƏDV və
KitabYurdu.az
105