Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

 
 
aksizsiz)  məhsul  (iş  və  xidmət)  satışından  daxil  olan  gəlirlərilə  onun  istehsalı  və 
satışına çəkilən xərclərin məbləği arasındakı fərq kimi hesablanır. 
 
Ticarət  müəssisəsində  əmtəələrin  satışından  mənfəət  satış  pulu  –  netto 
məbləği  ilə  (ƏDV,  digər  vergiləri  çıxmaqla  satış  pulu)  reallaşdırılmış  əmtəələrin 
qalıq  dəyəri  və  satılmış  əmtəələrin  tədavül  xərcləri  məbləği  (ümumtəsərrüfat 
xərcləri nəzərə alınmaqla) arasındakı fərq kimi müəyyən edilir. 
 
Balans mənfəəti – satışdan əldə olunan mənfəət ilə satışdan kənar mənfəətin 
ümumi  həcmini  göstərir.  Beləliklə,  balans  mənfəəti  təşkilatın  bütün  təsərrüfat 
fəaliyyətinin nəticələrini əks etdirir: 
Mb = Mms+Məs+Gsk  
 burada: Mb – balans mənfəəti, 
Mms – məhsul satışından mənfəət, 
Məs –  əsas vəsaitlərin və digər əmlakın satışından mənfəət, 
Gsk – satışdankənar gəlirlər (saldo). 
Əmlakın satışından (əsas vəsait və digər əmlak) mənfəət əmlakın satışından 
daxilolmalarla (ƏDV çıxmaqla) inflyasiya əmsalına korrektə edilmiş qalıq dəyəri 
(balans üzrə) arasındakı fərq kimi müəyyən edilir. 
Balans  mənfəəti  istehsalın  səmərəliliyinin  qiymətləndirilməsi,  müəyyən 
dövrdə onun artım dinamikasını aşkar etmək, ümumi rentabelliyi təmin etmək üçün 
istifadə olunur.  
Xalis  mənfəət  –  bütün  vergi  və  rüsumları  ödədikdən  sonra  müəssisənin 
(təşkilatın)  sərəncamından  qalan,  istehsalın  inkişafına,  pul  fondlarının 
yaradılmasına və sosial ehtiyaclara istifadə edilən mənfəətdir. 
1992-ci  ildən  Azərbaycan  Respublikasında  kommersiya  müəssisə  və 
təşkilatlarının balans mənfəətinin bölgüsü aşağıdakı sxem üzrə həyata keçirilir. 
 
 
 
 
çıxılsın 
 
 
 
   çıxılsın 
 
 
 
 
 
 
 
 
 
Mənfəət nəinki maliyyə-təsərrüfat fəaliyyətinin başlıca nəticəsi kimi, həm də 
müəssisənin  özünün  və  bütövlükdə  dövlətin  müxtəlif  tələbatlarının  ödənilməsi 
mənbəyi kimi çıxış edir. 
 
Müəssisələrdə mənfəətin bölgüsü qoyulan başlıca tələb istehlaka və yığıma 
yönəldilən  pul  vəsaitləri  arasında  müəyyən  edilmiş  optimal  nisbət  əsasında  geniş 
təkrar istehsalın ehtiyaclarını maliyyə resursları ilə təmin etməkdən ibarətdir. 
Yuxarı  təşkilatların 
mərkəzləşdirilmiş 
fondları və ehtiyatları 
Balans mənfəəti 
Xalis mənfəət 
Müəssisənin fondları 
və ehtiyatları 
Büdcəyə vergilər 
KitabYurdu.az 
106
 


 
 
 
Mənfəətin  bölüşdürülməsi  daha  geniş  sosial-iqtisadi  mahiyyət  daşıdığına 
görə  o  təkcə  müəssisənin  daxili  problemi  deyildir.  Mənfəətin  iqtisadi  cəhətdən 
əsaslandırılmış  bölgüsü  sistemi  ilk  növbədə  dövlət  qarşısında  olan  maliyyə 
öhdəliklərinin  yerinə  yetirilməsini  və  müəssisənin  istehsal-material  və  sosial 
ehtiyaclarını təmin etməlidir. 
 
Vergiyə  cəlb  edilən  mənfəətin  həcmini  müəyyən  etmək  üçün  balans 
mənfəətindən aşağıdakıları çıxmaq lazımdır: yaradılması qanunvericiliklə nəzərdə 
tutulmuş nizamnamə və digər oxşar fondlara ayırmalar; büdcəyə renta ödənişləri; 
kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  satışından  mənfəət;  qiymətli  kağızlar 
üzrə başqa müəssisələrin fəaliyyətində pay iştirakından gəlirlər. 
 
Mənfəət  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticəsini  (səmərəni) 
mütləq məbləğlə xarakterizə edir ki, bu da təsərrüfatçılığın maliyyə səmərəliliyin 
xarakterizə  etmir.  Maliyyə-təsərrüfat  fəaliyyətinin  səmərəlilik  səviyyəsini 
qiymətləndirmək üçün rentabellik göstəricisindən istifadə edilir.  
 
Müəssisənin  rentabelliyi,  məhsulun  rentabelliyi  ilə  və  habelə  aktivlərin 
rentabelliyini bir-birindən fərqləndirmək lazımdır. 
Müəssisənin  rentabelliyi  balans  mənfəətinin  məhsul  satışı  həcminə  (satış 
pulu)  və  yaxud  istehsala  çəkilən  məsrəflərin  ümumi  həcminə,  ya  da  əsas  və 
dövriyyə vəsaitlərinin orta illik dəyərinə olan nisbəti kimi hesablanır: 
Mb ∙ 100 
                       Mb ∙ 100      Mb ∙ 100  
Rü = ─────  , yaxud    Rü = ─────  , yaxud da    R=  ─────── 
              S 
                                 M 
     Dəf + Ddf 
 
burada: Rü – ümumi rentabellik, %-lə; 
 
Mb – balans mənfəəti, 
 
S – məhsul satışından daxilolmalr, 
 
M – istehsal məsrəfləri, 
 
Dəf – əsas fondların orta illikdəyəri,  
 
Ddf – dövriyyə fondlarının orta illik məbləği ________. 
 
Məhsulun  rentabelliyi  məhsulun  satışından  əldə  edilmiş  mənfəətin 
məbləğinin məhsulun tam dəyərinə olan nisbəti kimi hesablanır: 
Mb ∙ 100 
                                        Mms ∙ 100 
        
Rm = ─────  , yaxud                  Rm =   ──────   
              Sm                                   
Mmd 
 
burada: Rm –məhsulun rentabelliyi, %-lə; 
 
Mms – konkret məhsulun satışından mənfəət; 
 
Sm – konkret məhsulun buraxılışı; 
 
Mmd – satılmış məhsulun maya dəyəri. 
 
 
Aktivlərin rentabelliyi maliyyə nəticəsinin (mənfəət çıxılsın zərər) balansın 
aktivinin yekununa olan nisbəti kimi hesablanır. 
Kommersiya  müəssisələrində  mənfəət  və  rentabelliyin  artırılmasının  əsas 
yolları aşağıdakılardan ibarətdir: 
∆ məhsul (iş və xidmət) satışından gəlirlərin artırılması; 
KitabYurdu.az 
107
 


 
 
 ∆  xərclərin  və  deməli  məhsulun  (iş  və  xidmət)  maya  dəyərinin  aşağı 
salınması; 
Gəlirlərin  məbləğinin  (satış  pulu)  artmasına  reallaşdırılmış  məhsulun 
həcminin (natural ifadədə) artması və qiymətlərin səviyyəsi təsir göstərir. Məhsul 
satışının  həcmi  yalnız  müəssisədən  və  onun  istehsal  amillərindən  (əmək 
predmetləri, əmək vasitələri və əmək resusrlarından) asılıdır. Məhsulun həcminin 
artmasının  əsas  amilləri  işçilərin  ixtisaslarının  artırılması  hesabına  əmək 
məhsuldarlığının yüksəldilməsi, fondla silahlanmanın artırılması, əməyin təşkilinin 
yaxşılaşdırılması, məhsulun keyfiyyətinin yüksəldilməsindən ibarətdir. 
Məhsul  satışının  həcminə  (satış  pulu)  xeyli  dərəcədə  qiymət  səviyyəsi  də 
təsir göstərir. 
 
 
 
5. Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərin və sosial-məişət 
ehtiyaclarına xərclərin maliyyələşdirilməsi 
 
Xüsusi  tədbirlərə  çəkilən  xərclərə,  hər  hansı  təsərrüfat,  rayon,  həmçinin 
bölgə  üzrə  olan  xərcləri  əhatə  edir.  Onların  həyata  keçirilməsi  istehsalın  inkişaf 
etdirilməsinə  və xoşa  gəlməz  hadisələrin  aradan götürülməsinə  müsbət  təsir  edir. 
Onlar  əsasən  büdcə  təxsisatı  hesabına  maliyyələşdirilərək  istehsal  xərcinə  aid 
edilmir. 
 
Sosial-məişət 
ehtiyaclarına 
xərclərə 
aiddir: 
məktəbəqədər 
uşaq 
müəssisələrinin  saxlanmasına,  kadr  hazırlığına;  mənzil-kommunal  təsərrüfatına; 
həmkarlar  təşkilatına  verilmiş  binaların,  qurğuların,  bağların,  parkların,  istirahət 
düşərgələrinin  saxlanılmasına;  məktəblilərin  məktəbə  və  geri  aparılmasına, 
yemekxanada yeməklərin dəyərlərinin ucuzlaşdırılmasına çəkilən xərclər. 
 
Xüsusi tədbirlərə məsrəflərin xeyli hissəsini əməliyyat xərcləri təşkil edir. 
 
Kənd  təsərrüfatı  müəssisələrində  xüsusi  tədbirlərə  məsrəflərin  tərkibində 
aşağıdakı  əməliyyat  xərcləri  maliyyələşdirilir:  epizotologiyaya  qarşı  tədbirlər; 
meşə  təsərrüfatının  bərpası  və  onun  mühafizəsi;  yer  quruluşu;  torpağın 
yaxşılaşdırılması. 
 
Əməliyyat  xərcləri  xətti  üzrə  kənd  təsərrüfatına  xidmət  edən 
ixtisaslaşdırılmış  müəssisə və  təşkilatlar kənd  təsərrüfatından başqa  büdcə  vəsaiti 
hesabına  da  maliyyələşdirilir.  İxtisaslaşdırılmış  müəssisə  və  təşkilatlara  aiddir: 
dövlət baytarlıq stansiyası; dövlət atçılığı; toxum müfəttişliyi; pambıqçılıq üzrə elit 
təsərrüfatı; pambıq toxumçuluq laboratoriyası; kənd təsərrüfatı bitkilərinin toxum 
sınağı üzrə dövlət komissiyası; bitkilərin mühafizəsi və qarantininə dövlət xidməti 
orqanı; dövlət zona maşın sınaq stansiyası; sair müəssisə və təşkilatlar. 
 
Epizotologiyaya  qarşı  tədbirləri  həm  büdcə  təxsisatı,  həm  də  təsərrüfatın 
xüsusi vəsaiti hesabına maliyyələşdirilir.  
 
Kənd  təsərrüfatı  müəssisələrində  büdcə  vəsaiti  hesabına  aşağıdakı  xərclər 
maliyyələşdirilir:  heyvan  və  quşların  yoluxucu  xəstəliklərinə  qarşı  mübarizəyə 
xərclər;  heyvanların  və  quşların  diaqnostik  tədqiqatdan  keçirilməsinə;  keçici 
xəstəliklərə  qarşı  profilaktiki  tədbirlərin  həyata  keçirilməsinə;  heyvanlarda  və 
KitabYurdu.az 
108
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə