Mövzu 8. İnvestisiyanın maliyyələşdirilməsi
P L A N
1. İnvestisiya fəaliyyətinin mahiyyəti
2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri
3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya
4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi
KitabYurdu.az
113
1. İnvestisiya fəaliyyətinin mahiyyəti
İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə
sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən,
habelə maddi və intelektual sərvətlərdən ibarətdir.
İnvestisiya obyektlərinə qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.),
iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və
dövriyyə vəsaitləri, məqsədli pul əmanətləri, elmi-texniki məhsul və mülkiyyətin
digər obyektləri, əmlak hüququ və intellektual mülkiyyət hüququ aid edilir.
İnvestisiya fəaliyyəti subyektləri (investorlar) hasilat, tikinti, innovasiya və
maliyyə
kapitalı
dövriyyəsi
siferasına daha
çox
diqqət
yetirirlər.
İnvestisiyalaşmanın əsas istiqamətləri kimi aşağıdakıların fərqləndirilməsi
məqsədəuyğundur. İstehsalın genişləndirilməsinə, istehsal infrastrukturunun
inkişafına, modernləşdirməyə, material ehtiyatlarının artırılmasına, sosial
infrastrukturunun inkişafına, elmə, kadr hazırlığına investisiyalar.
İnvestisiya proseslərin əsas kapitalın artırılması və yeniləşdirilməsi,
innovasiyalı inkişafı, sturuktur təkmilləşmələrinin həyata keçirilməsinə və
istehsalın səmərəliyini yüksəldən digər bu kimi vəzifələrin icrasına yönəldilir.
Ümumiyyətlə, investisiya qoyuluşlarını gələcəkdə gəlir əldə etmək üçün bu
gün pul vəsaitlərinin maddi aktivlər və ya qiymətli kağızlar əldə edilməsinə sərfi
kimi xarakterizə etmək olar və xarakteristikadan bəllidir ki, investisiyalar real və
maliyyə investisiyalarına bölünür.
Maliyyə investisiyaları – səhm, istiqraz, opsion və s. qiymətli kağızlar alqısı
ilə bağlıdır.
İnvestisiyaların təsnifatı
Kapital qoyuluşu - əsas fondların bərpasına və inkişafına yönəldilən
material, əmək və pul vəsaiti məsrəfidir.
Təkrar istehsal üzrə kapital qoyuluşu istehsal və qeyri istehsal təyinatlı
qoyuluşlara bölünür. İstehsal təyinatın qoyuluşlara istehsal qurğularının tikintisinə
və avadanlıqlarına, su təsərrüfatı və meliorasiya qurğularına, kənd təsərrüfatı
texnikasının və inventarların gətirilməsinə, çoxillik əkmələrin və bağların
salınmasına və s. xərclər aid edilir.
Mədəni-məişət təyinatlı obyektlərin tikintisinə, mənzil-kommunal
təsərrüfatına məsrəflər qeyri-istehsal təyinatlı kapital qoyuluşuna aid edilir.
Real
investisiyalar
İnvestisiyalar
Təhlükə-
sizlik və
təbiəti
mühafizə
İstehsalın
genişlən-
məsi
layihələri
Digər
layihə-
lər
Qiymətli
kağızlar
alqısı
İstehsalın
modernləş-
məsi
layihələri
Portfel investisiyalar
Yeni istehsallar
və yeni
bazarlarla bağlı
layihələr
İstehsalın
saxlanması
layihələri
KitabYurdu.az
114
Kapital qoyuluşunda əsas yeri 1-ci qrup təşkil edir. Ona görə ki, o istehsal
prosesində həlledici rol oynayır. Digər tərəfdən kənd təsərrüfatı istehsalı imkanının
yaxşılaşdırılması kəndin sosial problemlərinin həlli ilə bilavasitə əlaqədardır. Buna
görə qeyri-istehsal təyinatlı kapital qoyuluşu hər il genişləndirilməlidir.
Kapital qoyuluşu növlərinə görə tikinti-quraşdırma işlərinə məsrəflərə,
quraşdırma tələb edən və etməyən maşın və avadanlıqların, inventar və alətlərin
gətirilməsinə məsrəflərə; çoxillik əkmələrin salınmasına və becərilməsinə
məsrəflərə; layihə-axtarış işlərinə; obyektlərin inventar dəyərinə aid edilən sair
kapital qoyuluşuna məsrəflərə bölünür.
Tikinti-quraşdırma işləri iki üsulla podrat və təsərrüfat üsulu ilə yerinə
yetirilir. Podrat üsulla işləri lazımi texnika ilə təcriz edilmiş, yüksək ixtisaslı
kadrlara malik ixtisaslaşmış tikinti təşkilatları yerinə yetirir.
İnvestisiya fəaliyyəti haqqında (Azərbaycan Respublikası Qanunu) qanuna
uyğun olaraq əsaslı tikintidə işləri yerinə yetirmək üçün dövlət investorlara
(investisiya fəaliyyətini həyata keçirənlərə) sifariş verir. Sifariş veriləndə bir qayda
olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi səmərəliliyi nəzərə alınır.
Sifariş müsabiqə (tender) yolu ilə verilir. Həmçinin tikinti işlərində investorlara
dövlət sifarişi verilərkən, qanunvericiliklə müəyyən güzəştlər də nəzərdə tutula
bilər. İşlər başa çatandan sonra Respublika dövlət sifarişi obyektləri Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara qəbul
olunur.
Tender – hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə
yetirilməsi üçün iddiaçılar arasından birinin (bir neçəsinin) seçilərək, həmin işin
(xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən
müsabiqədir. (Tender haqqında Azərbaycan Respublikası Qanunu. Azərbaycan
qəzeti.11.04.1997. İstehsal növünün təşkili üçün texniki, texnoloji, kommersiya və
digər biliklərin məcmusu nou-hau adlanır.
Çoxillik əkmələrin salınması və becərilməsi üzrə məsrəflər iki mərhələdə
həyata keçirilir. Birincidə - əkmələrin salınması üzrə , ikincidə - çoxillik əkmələrin
məhsuldar dövrünə qədər becərilməsi üzrə məsrəflər.
Layihə - axtarış işləri üzrə kapital qoyuluşuna, layihə-smeta sənədlərinin
gətirilməsinə,
layihə
tapşırıqlarının,
texniki
layihənin,
smeta-maliyyə
hesablamalarının, işçi sxemlərin hazırlanmasına xərclər aid edilir.
Sair kapital işlərinə və məsrəflərə tikintidə yerdəyişmə, torpaq sahələrinin
yaxşılaşdırılması üzrə xərclər aid edilir.
Kapital qoyuluşu planlaşdırılmasına və maliyyələşdirilməsi mənbəyinə görə
dövlətin mərkəzləşdirilmiş; müəssisənin xüsusi vəsaiti və bank krediti hesabına
yerinə yetirilir. Birinci halda kapital qoyuluşu büdcə təxsisatı, mərkəzləşdirilmiş
fondlar və ehtiyatlar hesabına maliyyələşdirilir və sosial-iqtisadi inkişaf
proqramında nəzərdə tutulur; ikinci halda müəssisə və təşkilat sərbəst
müəyyənləşdirir və təsdiq edir.
KitabYurdu.az
115
Dostları ilə paylaş: |