2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri
İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri – xüsusi borc və
büdcə vəsaitlərinə ayrılır. Maliyyələşdirilməsi mənbələrindən asılı olaraq
investisiya qoyuluşu mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qoyuluşlara ayrılır.
Mərkəzləşdirilmiş investisiya qoyuluşu əsasən büdcə vəsaiti hesabına yerinə
yetirilir. Xüsusilə də sahələrarası istehsalın inkişafına yeni tikintiyə və s. yönəldilir.
Mərkəzləşdirilməmiş investisiya qoyuluşu isə xüsusi vəsait və bank krediti
hesabına yerinə yetirilir.
İnvestisiya qoyuluşunun maliyyələşdirilməsinin xüsusi mənbələrinə aiddir:
mənfəətdən bu məqsədə ayırma; səhm buraxılışından səfərbər edilən vəsait; icarə
haqqı əsaslı tikintidən daxili resursların səfərbər edilməsi; əsas istehsal fondları
üçün nəzərdə tutulan amortizasiya ayırması; artıq və lazımsız əsas fondların
satışından gəlir; məhsuldar və iş heyvanlarının çıxdaş edilməsindən gəlir və s.
İnvestisiya qoyuluşunun maliyyələşdirməsi mənbələrindən ən əsaslısı
amortizasiya ayırmasıdır.
3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya
Bazar iqtisadiyyatına keçid şəraitində əsas fondların təzələnməsi ilə əlaqədar
olan xərclərin ödənilməsinin, müəssisənin özünü maliyyələşdirilməsinin əsas
mənbəyi müəssisənin xüsusi vəsaitidir. Bu vəsait əsas fondların bütün xidməti
müddətində amortizasiya ayırmaları şəklində yığılır. Amortizasiya ayırmaları
müəssisənin öz maliyyə resursları içərisində başlıca yer tutur.
Amortizasiya əsas fondların fiziki və mənəvi aşınmasının pul ilə ifadəsidir.
Amortizasiya əsas fondlar sıradan çıxdıqda onları tam dəyişmək məqsədilə həyata
keçirilir. Məhsul satışından əldə edilən gəlirin bir hissəsi (amortizasiya ayırmaları
həcmində) amortizasiya fonduna daxil olur.
Amortizasiya fondu – əsas istehsal fondlarının amortizasiya ayırmaları
hesabına yığılmış və köhnəlmiş əsas fondların bərpasına və yeni əsas fondların
alınmasına yönəldilən pul vəsaitidir.
Amortizasiya ayırmalarının məbləği məhsulun istehsal xərclərinə (maya
dəyərinə) daxil edilir və bununla da məhsulun qiymətinin üzərinə keçir. Müəssisə
amortizasiya ayırmaları məbləğini yığmağa borcludur. Bu baxımdan müəssisə
həmin məbləği məhsulun satış pulundan ayıraraq amortizasiya fonduna
keçirməlidir. Müəssisənin illik amortizasiya ayırmalarının kəmiyyəti əsas fondların
dəyərindən, onun tərkibindən və amortizasiya normasından asılıdır.
Amortizasiya hər ay hesablanır, yəni daimi və fasiləsiz xarakter daşıyır.
Fondun vəsaiti dövri olaraq xərclənir yəni vəsaitin xərclənməsi normativ xidmət
müddətinin başa çatması ilə əlaqədar onların təkrar istehsalı prosesində həyata
keçirilir. Bu anadək həmin vəsaitlər azad olur və əsas fondların təkrar istehsalı
üçün maliyyə resursları mənbəyi kimi istifadə edilə bilər.
KitabYurdu.az
116