Dövriyyə vəsaitlərinin təşkili və onların tam dövriyyəsi kənd təsərrüfatı
istehsalı sahəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.
Bitkiçilikdə dövriyyə vəsaitlərinin qoyuluşu eyni vaxtda həyata keçirilmir
(izah etməli).
Heyvandarlıqda bitkiçiliyə nisbətən qoyuluş bərabər olması ilə seçilir.
(Südlük istiqamətli heyvandarlıqda, quşçuluqda).
2. Dövriyyə vəsaitlərinin tərkibi və quruluşu
Dövriyyə vəsaitləri təkrar istehsal prosesində istehsal sferasını və tədavül
sferasını avanslaşdıran vəsaitlərə bölünürlər.
İstehsal sferasında vəsaitlər aşağıdakı qruplara bölünür:
1) İstehsalat ehtiyatları – toxum və əkmə materialları, yem və döşəmə
materialları, neft məhsulları, ehtiyat hissələri, mineral kübrələr, biopreparatlar və
zəhərli maddələr, tara, yardımçı müəssisələr üçün xammal, yanacaq, az qiymətli və
tez xarab olan əşyalar, tikinti materialları (təmir üçün);
2) Cavan və kökəlməkdə olan heyvanlar – bütün növ cavan heyvanlar,
kökəlməkdə olan yaşlı heyvanlar, əsas sürüdən çıxdaş edilərək kökəldilməyə
qoyulmuş mal-qara;
3) Bitməmiş istehsalat – bitkiçilikdə, heyvandarlıqda, sənayedə, köməkçi və
sair istehsalatda bitməmiş istehsala məsrəflər.
Tədavül sferasındakı vəsaitlərə aşağıdakı qruplar aiddir:
1) Əmtəəlik məhsullar – satış və əmək ödənişi üçün ayrılan bitkiçilik,
heyvandarlıq və sair sahənin məhsulları;
2) Hesablaşmadakı vəsaitlər – tədarük təşkilatlarının, sair alıcıların və ayrı-
ayrı şəxslərin borcları, əsas fəaliyyət üzrə sair növ debitor borcları;
3) Pul vəsaitləri – kassadakı, hesablaşma hesabındakı vəsaitlər, əsas
fəaliyyət üzrə akkreditivlər və limitləşdirilmiş çeklər, sair növ pul vəsaitləri.
Uçotu və maliyyə işlərini sadələşdirmək məqsədilə dövriyyə vəsaitlərinə bir
neçə növ əsas fondlar aid edilir. Hansı ki, onların dövriyyə xüsusiyyəti istehsal
dövriyyə fondlarına yaxındır. Belə əsas fondlara aiddir: yaşlı quşlar, vəhşi
heyvanlar, dovşanlar, arı
ailələri, təcrübə üçün istifadə edilən heyvanlar.
Kənd təsərrüfatı müəssisələrində əsas yeri istehsal dövriyyə fondları təşkil
edir. Əgər müəssisədə iri həcmli əmtəə fondlarının qoyuluşu və xeyli pul
ehtiyatları tələb olunmursa, onda həmin müəssisədə tədavül fondlarının xüsusi
çəkisi çox olmur.
Dövriyyə vəsaitlərinin quruluşu istehsal təyinatından və ixtisaslaşmadan
asılı olaraq dəyişir. Təsərrüfat pambıqçılıq təyinatlı olduqda dövriyyə vəsaitlərinin
tərkibində çiyid, mineral kübrələr, zəhərli maddələr, neft məhsulları, əmtəəlik
məhsullar çoxluq təşkil edir. Heyvandarlıq təyinatlı təsərrüfatlarda isə cavan və
kökəldilməkdə olan heyvanlar, yem, heyvanların saxlanmasına məsrəflər dövriyyə
vəsaitlərinin tərkibində çoxluq təşkil edir.
KitabYurdu.az
123
Müəssisənin digər aqrar sənaye kompleksi müəssisələri ilə qarşılıqlı iqtisadi
əlaqəsi və maliyyə intizamının vəziyyəti də dövriyyə vəsaitlərinin quruluşuna təsir
edir.
Dövriyyə vəsaitlərinin quruluşu il ərzində kəskin dəyişir. (İzah etmək.
Qışda, yaz-yay dövründə və payızda)... Beləliklə, dövriyyə vəsaitləri bir formadan
digər
formaya keçir, tam dövriyyəni fasiləsiz tamamlayır.
3. Dövriyyə vəsaitlərinin yaranma mənbələri
Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb
olunmuşlara bölünür.
Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan
əlavə onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha
doğrusu möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin
mənbəyi balansın passiv tərəfində birinci bölmədə əks olunur.
Xüsusi dövriyyə vəsaitlərinin mənbəyinə – dövriyyə vəsaitlərinin
artırılmasına yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə
vəsaitlərini artıran digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan
material qiymətlilərin dəyəri, iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondların
vəsaitləri, dövriyyə vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli
maliyyələşmələr və s. aiddir.
Möhkəm passivlərə təsərrüfatın dövriyyəsində fəaliyyətdə olan aşağıdakı
vəsaitlər aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə
minimum borclar, qarşıdakı xərclərə və ödəmələrə ehtiyatlar, təsərrüfat üsulu ilə
yerinə yetirilən əsaslı təmir üçün material ehtiyatlarının yaradılmasına ayırmalar,
dövriyyə vəsaitlərinin tamamlanması üçün müvəqqəti istifadə edilən vəsait,
müvəqqəti sərbəst olan iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri.
Borc dövriyyə vəsaitinə – əsasən kreditlər, cəlb olunan – resurslara isə
malgöndərənlərə borc və s. kreditorlar, maliyyə orqanlarına borc və s. aiddir.
4. Dövriyyə vəsaitlərinin normalaşdırılması
Müəssisələrin gələcək fəaliyyəti onların dövriyyə vəsaiti ilə təminatından
asılıdır. Dövriyyə vəsaitlərinin çatışmazlığı təkrar istehsalın gedişinə mane olur.
Normadan artıqlığı isə dövriyyə sürətinin azalmasını, rentabelliyin aşağı düşməsini
şərtləndirir.
Bazar təsərrüfatı gerçəkliklərində dövriyyə vəsaitləri hər bir element üzrə
«normalaşdırılmalıdır» və dövriyyə vəsaitlərinin effektiv idarə edilməsi belə bir
yanaşmanı tələb edir.
Kənd təsərrüfat müəssisələrində dövriyyə vəsaitləri normalaşdırılır, daha
doğrusu ayrı-ayrı növ material qiymətliləri və məsrəflər üzrə xüsusi norma və
normativlər müəyyən edilir.
KitabYurdu.az
124