etməklə həll etmək olar. Bu zaman ilk üç ildə artırılmış normalar tədbiq edilir ki,
bu da əsas fondların ilk dəyərinin 2/3 hissəsinə qədərinin məhsulun maya dəyərinə
keçirilməsinə imkan verir. Bundan sonra dəyərin qalan hissəsi qəbul olunmuş
amortizasiya müddəti hədlərində yerdə qalan hər bir xidmət ili üçün eyni (sabit)
amortizasiya normaları üzrə keçirilir.
Hazırda qeyri-bərabər amortizasiya geniş yayılmaqdadır. Bu zaman
avadanlığın dəyərinin əsas hissəsi istismarın ilk illərində istehsal xərclərinə daxil
edilir. Məsələn, birinci il 50%, ikinci il 30%, üçüncü il 20%. Bu isə inflyasiya
şəraitində çəkilmiş xərcləri daha tez ödəməyə və onu avadanlıq parkının
yeniləşdirilməsinə yönəltməyə imkan verir.
Amortizasiyanın aşağıdakı qaydaları geniş tədbiq edilir:
1. Amortizasiyaya məruz qalacaq əmlak aşağıdakı kateqoriyalar üzrə
birləşdirilir:
- binalar, tikililər və onların sturuktur komponentləri;
- minik avtonəqliyyatı, yüngül yük avtonəqliyyatı, idarə avadanlığı və mebel,
kompüter texnikası, informasiya sistemləri və məlumatların işlənməsi sistemləri;
- enerji, nəqliyyat və digər texnoloji avadanlıq eləcə də birinci və ikinci
kateqoriyaya daxil edilməyən maddi aktivlər;
- qeyri-maddi aktivlər.
Vergiyə cəlbolunmanı asanlaşdırmaq üçün amortizasiyaya məruz qalacaq
əmlakın tərkibinə faydalı xidmət müddəti bir ildən çox olan, dəyəri əməyin
ödənilməsinin aylıq minimum ölçüsünün 100 mislindən artıq olan əmlak daxil
edilir. Torpaq sahələri, yerin təki və meşələr, eləcə də maliyyə aktivləri
amortizasiyaya məruz qalacaq əmlaka daxil edilmir.
2. Amortizasiyanın illik normaları: birinci kateqoriya üçün – 5%, ikinci
kateqoriya üçün – 25%, üçüncü kateqoriya üçün 15% müəyyən edilir. Dördüncü
kateqoriya üçün amortizasiya ayırmaları müvafiq qeyri-maddi aktivlərin mövcud
olması müddəti ərzində bərabər hissələrlə həyata keçirilir. Qeyri-maddi aktivin
istifadə müddətini müəyyən etmək deyildirsə, amortizasiya müddəti 10 il qəbul
edilir.
3. İkinci və üçüncü amortizasiya kateqoriyalarına aid edilən əmlak üçün
amortizasiya ayırmalarını müəyyən etmək üçün əmlakın cəmi dəyərini
amortizasiya normasına vurmaq lazımdır. Birinci və dördüncü kateqoriyadan olan
əmlak üzrə isə amortizasiya ayırmaları hər bir avadanlıq vahidi üçün ayrı-ayrılıqda
hesablanılır.
4. Amortizasiya ayırmaları hesablanarkən istismar şərtlərini nəzərə alan
əmsaldan istifadə olunur. Bu əmsal ayrı-ayrı istehsal növlərinin xüsusiyyətlərini,
maşın və avadanlığın istismar rejimlərini, əsas fondların istismarının
sürətləndirilməsinə təsir edən təbii şərtləri və ətraf mühiti əks etdirir. Amortizasiya
ayırmaları aşağıdakı düsturla hesablanır:
Aa = ND∙KG∙F,
burada, KG – istismar şərtlərini nəzərə alan əmsaldır.
KitabYurdu.az
118
4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi
Təmir - obyektlərin ilk istehsal güclərinin, texnikanın iş qabiliyyətinin və
çoxillik əkmə plantasiyaların bərpasına yönəldilən təşkilati, texniki və digər
tədbirlər sistemindən ibarətdir.
Təmir işlərinə və məsrəflərinə aiddir: təmir işlərinin aparılması ilə əlaqədar
layihə-smeta və axtarış işləri; avadanlıqların sökülməsinə və quraşdırılmasına,
obyektin təmirə aparılmasına xərclər; avadanlığın qismən və tam sökülməsi,
qırılmış və ya köhnəlmiş konstruksiya və digər hissələrin dəyişilməsi; yaşayış
evlərinin təmiri və s.
Müəssisə və təşkilatların mülkiyyət formasından və tabeçiliyindən asılı
olmayaraq əsas istehsal fondlarının bütün növ təmirinə məsrəflər istehsalın və
məhsulların satışına (iş, xidmət) xərclərin tərkibinə aid edilir.
Müəssisə və təşkilatlarda təmirə məsrəfləri məhsulların maya dəyərinə
bərabər səviyyədə aid etmək üçün təmir (ehtiyat) fondu yaradıla bilər.Təmir
fonduna ayırmalar təsdiq edilmiş normativ üzrə yerinə yetirilir.
Qeyri-istehsal təyinatlı fondların təmirinə məsrəflər məhsulların maya
dəyərinə aid edilir. Yerinə yetirilməsi isə müəssisənin sərəncamında qalan mənfəət
və digər xüsusi vəsaitlər (istifadə edilməyən təmir fondunun qalığı) hesabına
həyata keçirilir.
Əsas istehsal fondlarının təmirinə xərclərin maliyyələşdirilməsini
müəssisələr iki formada həyata keçirə bilərlər. Birinci formada faktiki məsrəf maya
dəyərinə aid edilir; ikinci formada sərbəst müəyyən edilmiş normativ ayırmalar
üzrə təmir fondu yaradılır. Birinci halda təmirə xərclərin azaldılmasına maraq olur.
Lakin təmir üzrə xərclərin faktiki maya dəyərinə aid edilməsi il ərzində maya
dəyərinə əhəmiyyətli təsir edir.
Təmir fondu yaradılarkən, bu fonddan ayırma il ərzində bərabər həcmdə
maya dəyərinə aid edilir. Təmir işlərinə edilən xərclər il ərzində bərabər olmasa da
maya dəyəri dəyişir. Belə halda ola bilsin maya dəyəri real xərci əks etdirməsin.
Həm də təmir fonduna ayırma yerinə yetirilən işdən çox və ya az ola bilər. Amma
təmir işini aparmaq üçün müəssisənin etibarlı mənbəyi olur, lazım gəldikdə həmin
vəsaitin qalığından digər lazımi tədbirlərə istifadə edilə bilər.
Təmir fonduna ayırmanın normativini təsərrüfat hər məhsul, iş və xidmətin
maya dəyərinə uyğun faizlə müəyyən edir. Təmir fondunun vəsaiti təmir üçün
lazım olan material qiymətlilərin ehtiyatının (ehtiyat hissələri, hissələri dəyişilən
birləşmələr, materiallar və s.) yaradılmasına yönəldilir.
Təmirə vəsaitlər təsərrüfatın özündə təsdiq edilmiş maliyyə planına aid
edilən təmirin maliyyələşdirmə planına uyğun sərf edilir. Smeta dəyəri üzrə
məsrəfin həcmi təmirə dayanan obyektin təlimatına, hər obyektin nöqsan
cədvəlinə, fəaliyyətdə olan norma və qiymətə görə müəyyən edilir. İcarəyə
götürülən əsas fondların təmiri müqavilə şərtindən və fəaliyyətdə olan
qanunvericilikdən asılı olaraq icarədarın və ya icarəçinin vəsaiti hesabına yerinə
yetirilir. Əgər təmiri icarəçi yerinə yetirərsə xərclər təsərrüfatın təmir planına aid
edilir.
KitabYurdu.az
119
Dostları ilə paylaş: |