kollektivinə məlumat verir. Fond vəsaitinin qalığı götürülmür, növbəti ildə təsdiq
edilmiş smetaya uyğun istifadə edilir. Müəssisənin yığım və istehlak fondlarının
vəsaitləri təsərrüfatın hesablaşma hesabında saxlanır.
Fondların plan və faktiki həcmini təsərrüfat müəyyən edir. Hansı həcmdə
fond vəsaiti varsa, o qədər də sərf etmək olar. İcazə verilir ki, gələcək ayırmalar
hesabına xərclər edilsin. İstehsalın, elm və texnikanın inkişafı və sosial inkişaf
fondu vəsaitində çatışmazlıq olduqda bank kreditindən istifadə etmək olar.
Təsərrüfatların hamısı yığım və istehlak fondlarını ilin yekun işləri üzrə yaradırlar.
Kənd təsərrüfatı müəssisələri bununla yanaşı xüsusi yığım və istehlak
fondlarını yaratmayaraq, onların sərəncamında qalan vəsaitlərdən istifadə üçün
ümumi smeta tərtib edirlər. Hansı ki, həmin vəsaitlərdən istehsalın inkişafına,
texniki tərəqqiyə, elmi nailiyyətlərin tətbiqinə, yaxşı olmayan hava şəraitinin mənfi
təsiri zamanı istehsalın inkişaf etdirilməsi üçün maliyyə ehtiyatlarının
yaradılmasına istifadə edilir.
Müəssisənin sərəncamında qalan maddi həvəsləndirmənin vəsaiti
mükafatlandırmağa, təltif etməyə, əməyə görə həvəsləndirmənin digər formalarına,
maddi köməyə sərf edilir. Həmçinin ondan işçilərin əlavə məzuniyyətinin
ödənilməsində istifadə olunur. Təsərrüfatın hüququ var ki, əmək kollektivinin
razılığı ilə onun sərəncamında qalan vəsaiti faktiki əmək haqqı fondunun
artırılmasına yönəltsin.
Bundan başqa vəsaitdən istehsal ehtiyatlarının aşkar edilməsinə yönəldilən
baxışın, müsabiqənin qaliblərinə - kollektivə və ayrı-ayrı işçilərə mükafatların
verilməsinə; əhəmiyyətli işlərin öz vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə
görə, təsərrüfatın istehsal fəaliyyətinin yekununun yaxşılaşdırılmasına görə, yüksək
keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına görə, işçilərin
mükafatlandırılmasına; işçilərə birdəfəlik yardım edilməsinə; əmək haqqı fondunda
sərf olunmuş artıq xərcin ödənilməsinə; təsərrüfat fəaliyyətinin əsas nəticəsinə görə
tibb işçilərinin, mədəni maarif və idman qurğuları (onun balansında olan) işçilərin
mükafatlandırılmasına; əmək veteranlarına, əvvəllər bu təsərrüfatda işləmiş əmək
əlillərinə (hansı ki, onlar pensiya alırlar, təsərrüfatın siyahı tərkibində yoxdurlar)
birdəfəlik yardım edilməsinə və ya maddi köməyə; təsərrüfatın ərazisində yaşayan
və işləyən müəllimlərə və həkimlərə, uzun müddət təsərrüfatda işləyib hazırda
pensiya alanlara, vicdanla çalışanlara inək almaq üçün aldıqları kreditin 50%-nin
ödənilməsinə; təsərrüfatda ən azı 5 il işləyən (gənclər üçün 2 il) işçilərə fərdi
mənzil tikintisi üçün götürdükləri kreditin müəyyən hissəsinin ödənilməsinə; işdə
digər nailiyyətlərə görə mükafatların ödənilməsinə sərf edilir.
Maddi həvəsləndirmə məqsədilə təsərrüfatın sərəncamında qalan vəsaitin
istifadəsinin dəqiq təyinatını təsərrüfatın rəhbəri həmkarlar komitəsi ilə birlikdə
müəyyən edir. Onlar təsərrüfatın işçilərinin maddi maraqlandırılması haqqında
şərtləri işləyir və təsdiq edirlər. Təlimatda əhəmiyyətli işlərin öz vaxtında və
keyfiyyətlə yerinə yetirilməsinə görə mükafatlandırma üçün, həmçinin
qiymətləndirməsi ardıcıllığı, mükafatın həcmi, göstəricilər şərti və s. göstərilir.
İşçilərin orta əmək haqqı çıxarıldıqda (məzuniyyət vaxtı, pensiya və
müavinət hesablanarkən və s.) təsərrüfatın sərəncamında qalan vəsaitdən bütün pul
ödəmələri (birdəfəlik kömək üçün ödəniləndən başqa) nəzərə alınır.
KitabYurdu.az
111
Mükafatların və həvəsləndirmələrin ödənilməsi il ərzində işlərin faktiki
nəticəsinə görə müəssisənin sərəncamında qalan vəsait hesabına uyğun smetada
həyata keçirilir. Qeyd edilən vəsaitdə çatışmazlıq olduqda müəssisə onu maliyyə
ehtiyatı vəsaiti hesabına tamamlaya bilər. Bu baxımdan müəssisənin sərəncamında
qalan vəsaitin yaradılmasının qalıq prinsipi, ondan istifadənin səmərəliliyini təmin
edir.
- Sosial inkişafın vəsaitindən mənzil tikintisinə, sosial-mədəni sferanın
maddi texniki bazasının möhkəmləndirilməsinə, həmin obyektlərin saxlanmasına,
mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər sosial tələbatın ödənilməsinə
istifadə edilir. Vəsaitin əsas hissəsi yaşayış evlərinin tikintisinə, uşaq
müəssisələrinin və digər sosial obyektlərə yönəldilir.
- İstehsalın, elm və texnikanın inkişafı vəsaitindən fəaliyyət göstərən
istehsalın yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə və
genişləndirilməsinin maliyyələşdirilməsinə; yeni obyektlərin tikintisinə, elmi-
tədqiqat, təcrübə konstruksiya və layihə işlərinin keçirilməsinə; bu işlər üçün
avadanlıqların, priborların və digər əmtəə-material qiymətlilərin gətirilməsinə yerli
avtomobil yollarının tikintisində, yenidən qurulmasında, təmirində və
saxlanılmasında iştirakına; kənd təsərrüfatının maşınlarının, mexanizmlərin, mal-
qaranın, quşların, toxumların və s. alınmasına; əsas sürünün təşkilinə; uzun
müddətli bank kreditlərinin və onların faizlərinin ödənilməsinə; xüsusi dövriyyə
vəsaitlərinin artımının və çatışmazlığının ödənilməsinə; gənc mütəxəssislərin
hazırlanması üzrə xərclərin əsas hissəsinin ödənilməsinə; təbiəti mühafizə
tədbirlərinin həyata keçirilməsinə; əmlak digər müəssisələrə verilərkən, satılarkən
və ya silinərkən yaranan zərərin ödənilməsinə; icarəyə verilən əsas vəsaitlərin
xərcinin ödənilməsinə; digər istehsalat ehtiyaclarının maliyyələşdirilməsinə
istifadə edilir.
KitabYurdu.az
112
Dostları ilə paylaş: |