Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

 
 
qabiliyyətinin  itrilməsi  üzrə  sığorta,  uşaqların  sığortası,  bədbəxt  hadisələrdən 
sığorta isə şəxsi sığorta növləridir. 
 
 
 
5. Kənd təsərrüfatında əmlakın sığortası. 
 
Kənd təsərrüfatında əmlak sığortası Azərbaycan Respublikasında mülkiyyət 
formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının 
sığortasını  əhatə  edir.  Sığortanın  bu  sahəsində  məqsəd  kənd  təsərrüfatı 
istehsalçılarının  əmlakının  təbii  fəlakətdən  sığortasında  dövlətin  iştirakı  təmin 
olunmaqla,  aqrar  sahədə  sığortanın  inkişafını  stimullaşdırmaq  və  sığortalılara 
sığorta  hadisələrindən  dəyən  zərərin  ödənilməsinə  verilən  zəmanətin  iqtisadi 
əsaslarını gücləndirməkdir. 
Kənd  təsərrüfatında  əmlak  sığortası  haqqında  qanunvericilik  -  kənd 
təsərrüfatında  sığortanın  stimullaşdırılması  haqqında  Qanundan,  Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsindən,  “Sığorta  haqqında”  Azərbaycan 
Respublikasının  Qanunundan  və  onlara  uyğun  qəbul  edilmiş  normativ  hüquqi 
aktlardan ibarətdir. 
Kənd  təsərrüfatında  əmlakın  sığortası  könüllü  formada  həyata  keçirilir. 
Sığortanın  şərtləri  və  aparılması  qaydaları  qanunvericiliyə  uyğun olaraq sığortaçı 
ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. 
Kənd  təsərrüfatı  bitkilərinin  məhsulları,  kənd  təsərrüfatı  heyvanları,    ev 
quşları,  dovşanlar,  xəzdərili vəhşi heyvanlar, arı ailələri, habelə kənd təsərrüfatı 
təyinatlı  binalar,  tikililər,  qurğular,  avadanlıqlar,  maşınlar,  nəqliyyat  vasitələri  və 
digər  əmlak  (azqiymətli  və  tezköhnələn  əşyalar  və  təbii  biçənəklərin  məhsulları 
istina olmaqla) sığortanın obyektləridir. 
 
Kənd  təsərrüfatında  əmlakın  sığortasının  subyektləri  müvafiq  icra 
hakimiyyəti 
orqanları, 
sığorta 
sahəsində 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə  uyğun  olaraq  fəaliyyət  göstərən  sığortaçılar,  sığortalılar  və 
sığorta müqavilələrindən irəli gələn vəzifələri həyata keçirən digər hüquqi və fiziki 
şəxslərdir. 
 
Kənd təsərrüfatında bütün sığorta obyektləri bir qayda olaraq yanğın, dolu, 
sel,  daşqın,  tufan,  şaxta  və  ildırım  vurması,  zəlzələ,  torpaq  sürüşməsi,  dəmyə 
torpaqlarında quraqlıq kimi təbii fəlakətlərdən, habelə kənd təsərrüfatı bitkilərinin 
məhsulları,  kənd  təsərrüfatı  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili  vəhşi 
heyvanlar,  arı  ailələri  müvafiq  olaraq  xüsusi  təhlükəli  ziyanvericilərin 
yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, kənd təsərrüfatı təyinatlı 
binalar,  tikililər,  qurğular,  avadanlıqlar,  maşınlar,  nəqliyyat  vasitələri  isə  qəza 
hadisələrindən sığortalanır. 
 
Sığorta müqavilələrində sığorta hadisələrinin digər növləri də nəzərdə tutula 
bilər. 
Kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri 
nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən edilir. 
KitabYurdu.az 
77
 


 
 
 
Hər  bir  sığorta  hadisəsi  üzrə  sığorta  haqqının  hesablanması  üçün  istifadə 
olunan  tarif  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 
maksimum sığorta tarifindən çox ola bilməz. 
 
Müqavilə  üzrə  hesablanmış  sığorta  haqqı  müqavilə  bağlandığı  tarixdən  bir 
ay müddətində ödənilməlidir. 
 
Əmlakını  üç  ildən  az  olmayaraq  ardıcıl  sığorta  etdirmiş,  lakin  həmin 
müddətdə  sığorta  ödənişi  almamış  sığortalıya  sonrakı  illər  üçün  hesablanmış 
sığorta haqqından dördüncü il üçün 10 faiz, beşinci il üçün 20 faiz, beş ildən artıq 
müddətdə isə 30 faiz həcmində güzəşt edilir. 
 
Sığorta  müqaviləsi  üzrə  sığorta  məbləği  kənd  təsərrüfatı  bitkiləri  üzrə 
məhsulun dəyərinin azı 70 faizi, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, 
xəzdərili  vəhşi  heyvanlar,  arı  ailələri  üzrə  hüquqi  şəxslərdə  -  onların  balans 
dəyərinin,  fiziki  şəxslərdə  isə  bazar  qiymətinin  azı  80  faizi,  kənd  təsərrüfatı 
təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri isə 
digər əmlak üzrə isə əmlakın bazar qiymətinin tam məbləği miqdarında müəyyən 
edilir. 
Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  sahəsində  dövlətin 
vəzifələri aşağıdakılardır: 
 
1.  sığortasına  dövlət  tərəfindən  yardım  edilən  əmlak  növlərini,  sığorta 
hadisələrini  və  sığorta  haqqının  büdcə  vəsaiti  hesabına  ödənilən  hissəsini 
müəyyənləşdirmək; 
 
2. sığorta tariflərinin maksimum həddini müəyyən etmək; 
 
3.  sığortaya  dövlət  tərəfindən  yardım  edilməsinin  şərtlərini,  qaydalarını 
hazırlamaq və təsdiq etmək
 
4. sığorta müqavilələri üzrə hesablanmış sığorta haqqının bir hissəsini büdcə 
vəsaiti hesabına ödəmək; 
 
5.  dövlət  yardımı  hesabına  sığorta  işlərini  aparan  sığortaçılar  üzrə 
sığortalıların uçotunu aparmaq. 
 
Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  sahəsində  dövlətin 
vəzifələrini  öz  səlahiyyətləri  daxilində  müvafiq  icra  hakimiyyəti orqanları  həyata 
keçirirlər. 
 
Sığortalının və sığortaçının vəzifələri: 
 
Sığortalının və sığortaçının vəzifələri Azərbaycan Respublikasının müvafiq 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
 
Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  obyekti  olan 
əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, sığortalının hüquq 
və vəzifələri də həmin şəxsə keçir. 
Sığortalanmasına  maliyyə  yardımı  göstərilən  kənd  təsərrüfatı  əmlakının  və 
sığorta  hadisələrinin  növləri,  habelə  sığorta  haqqının  büdcə  vəsaiti  hesabına 
ödənilən hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
 
Kənd 
təsərrüfatında 
əmlakın 
təbii 
fəlakətdən 
sığortalanmasının 
stimullaşdırılması  müvafiq  il  üçün  “Azərbaycan  Respublikasının  dövlət  büdcəsi 
haqqında”  qanununda  nəzərdə  tutulmuş  maliyyə  yardımları  həddində  həyata 
keçirilir. 
KitabYurdu.az 
78
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə