Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

 
 
 
Müvafiq  icra  hakimiyyəti  orqanı  sığortasına  maliyyə  yardımı  göstəriləcək 
kənd  təsərrüfatı  əmlakının  və  sığorta  hadisəsinin  növlərinin,  müvafiq  tariflərin, 
habelə  sığorta  haqqının  sığortalı  tərəfindən  ödənilən  hissəsinin  bağlanmış 
müqavilələrdə  qanunvericiliyə  uyğun  nəzərə  alındığına  və  bu  haqqın  sığortaçıya 
faktiki  ödənildiyinə  əmin  olduqda  sığorta  haqqının  maliyyə  yardımı  hesabına 
ödəniləcək hissəsinin verilməsini təmin edir. 
 
Kənd  təsərrüfatında  əmlakın  sığortasına  ayrılan  maliyyə  yardımı  müvafiq 
icra  hakimiyyəti  orqanının  nəzdində  yaradılmış  xüsusi  hesabda  toplanır  və 
müəyyən  olunan  qaydalara  uyğun  gələn  sığorta  müqavilələri  əsasında  müvafiq 
sığortaçılara ödənilir. 
 
Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  ayrılan  maliyyə 
yardımının başqa məqsədlər üçün istifadəsinə yol verilmir. 
 
Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımının 
ayrılması  və  ödənilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. 
Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımı 
aşağıdakı hallarda verilir: 
 
1. sığorta müqaviləsi qanunvericiliyinə uyğun bağlandıqda; 
 
2.  sığorta  edilən  əmlakın  və  sığorta  hadisələrinin  növləri,  habelə  sığorta 
haqqının  büdcə vəsaiti hesabına ödənilən hissəsi  müvafiq qaydada təsdiq  edilmiş 
növlərdən və tariflərdən fərqlənmədikdə; 
 
3.  sığorta  müqaviləsində  sığorta  haqqının  büdcə  vəsaiti  hesabına 
ödənilməyən hissəsinin sığortalı tərəfindən ödənilməsi nəzərdə tutulduqda; 
 
4.  kənd  təsərrüfatı  bitkiləri  məhsullarının  sığortası  üzrə  sığorta  müqaviləsi 
səpinin ümumi sahəsindən asılı olaraq əkin sahələrində çıxış alındıqdan, bağlarda 
isə meyvə ağaclarında tumurcuqların oyanmasından sonra bağlandıqda. 
 
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığorta dəyəri sığorta müqaviləsinin 
bağlandığı ildən  əvvəlki beş il  ərzində  əkin sahələrindən alınmış  kənd təsərrüfatı 
bitkilərinin  orta  məhsuldarlığı  əsasında,  istehsal  olunmuş  məhsulun 
proqnozlaşdırılan bazar qiymətlərindən asılı olaraq müəyyən edilməlidir. Beş illik 
məhsuldarlıq haqqında məlumat olmadıqda, sığortalının axırıncı il əkdiyi sahədən 
aldığı faktiki məhsuldarlıqdan, o olmadıqda isə rayon üzrə keçən ilin faktiki orta 
məhsuldarlığından istifadə oluna bilər. 
 
Kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzdərili vəhşi heyvanlar, 
arı  ailələri  sığorta  hadisələrindən  tələf  olduqda  və  ya  yoluxucu  xəstəliyə  tutulan 
heyvanlar  məcburi  kəsildikdə  zərər  məbləğinin  miqdarı  sığortaya  cəlb  olunduğu 
məbləğ  miqdarında  ödənilməlidir.  Heyvanların  məcburi  kəsilmə  hallarında  zərər 
məbləği ərzaq üçün yararlı olan ətin və dərinin dəyəri, xəzdərili vəhşi heyvanların 
ancaq dərisinin dəyəri nəzərə alınmaqla hesablanmalıdır. 
 
Kənd  təsərrüfatı  təyinatlı  binaların,  tikililərin,  qurğuların,  avadanlıqların, 
maşınların,  nəqliyyat  vasitələrinin  və  digər  əmlakın  tam  məhv  olması  hallarında 
zərər  məbləğinin  miqdarı  köhnəlmə  nəzərə  alınmaqla  əmlakın  bazar  qiymətinin 
dəyəri  əsasında  hesablanır.  Əmlak  tam  məhv  olmadıqda  isə  zərər  məbləğinin 
miqdarı eyni qayda ilə onun zədələnmiş hissəsinə hesablanır. 
KitabYurdu.az 
79
 


 
 
 
Təbii  fəlakətlə  əlaqədar  obyektlərin  sökülməsinə,  yaxud  bir  yerdən  başqa 
yerə daşınmasına çəkilən xərclər zərər məbləğinə daxil edilir. 
 
Sığorta  ödənişi  əmlakın  müqavilədə  göstərilən  sığorta  məbləğindən  yuxarı 
ola bilməz. 
 
Əkin sahəsi, məhsul istehsalı və əmlakın dövriyyəsi barədə uçot aparmayan 
kənd təsərrüfatı istehsalçılarının əmlakı sığorta edilmir. 
Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılmasına  maliyyə  yardımının 
verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: 
 
1. sığorta müqaviləsində və sığorta haqqının ödəmə sənədlərində göstərilmiş 
məlumatların düzgünlüyünü yoxlayır; 
 
2.  maliyyə  yardımlarının  miqdarının  hesablanması  üçün  sığortaçılardan 
sığorta  müqavilələrinin  və  sığorta  müqaviləsi  üzrə  sığorta  haqqının  ödənilməsi 
barədə sənədlərin surətlərini, habelə onların əsasında tərtib edilmiş icmal arayışları 
alır; 
 
3. sığortalılara sığorta haqqının ödənilməsinə maliyyə  yardımı göstərilməsi 
üçün  sığortaçılarla  müqavilələr  bağlayır  və  bir  ay  müddətində  sığorta  haqqının 
müəyyən olunmuş hissəsini onlara ödəyir. 
 
Sığortaçılar  sığorta  müqavilələri  üzrə  sığorta  haqqının  büdcə  vəsaiti 
hesabına ödənilmiş hissəsinin miqdarı barədə sığortalıları yazılı formada xəbərdar 
edirlər. 
 
Sığorta  müqaviləsini  bağlamış  tərəflər  müqavilənin  vaxtından  əvvəl  ləğv 
edilməsi  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanına  qanunvericilikdə  nəzərdə 
tutulmuş  müddətdə  məlumat  verməlidirlər.  Sığortaçılar  ayrılmış  maliyyə 
yardımlarından  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 
istifadə edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər. 
Müvafiq icra hakimiyyəti orqanının nəzdində yaradılmış xüsusi hesabda toplanan 
maliyyə yardımının istifadə edilməyən qalıq hissəsi dövlət büdcəsinə qaytarılır. 
 
Kənd  təsərrüfatında  əmlakın  sığortasına  maliyyə  yardımının  miqdarının 
düzgün  hesablanmasına,  məqsədli  istifadə  edilməsinə  və  hesabatların  təqdim 
edilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir. 
Sığorta olunmuş əmlak sığorta hadisəsi nəticəsinə tam məhv olduqda sığorta 
ödənişi müqavilə üzrə nəzərdə tutulmuş sığorta məbləğini təşkil edir. 
 
Kənd  təsərrüfatı  bitkilərinin  məhsullarının  bir  hissəsi  tam  məhv  olduğu 
halda  sığorta  ödənişi  müqavilədə  nəzərdə  tutulmuş,  bir  hektar  əkin  sahəsi 
məhsulunun  dəyəri  tam  məhv  olmuş  əkin  sahəsinə  vurulmaqla,  məhsulun 
sığortalanma faizi miqdarında ödənilir. 
 
Əkin  sahəsinin  bir  hissəsi  tam,  digər  hissəsi  isə  qismən  zərər  çəkərsə, 
tamamilə  zərər  çəkmiş  hissədə  sığorta  təminatı  sona  çatmış  olur.  Qismən  zərər 
çəkmiş  hissədə  isə  sığorta  təminatı  müqavilənin  sonuna  və  ya  məhsul  yığınına 
qədər baş verə biləcək zərərlər üçün də davam edir. 
 
Sığortalı  kənd  təsərrüfatı  bitkisinin  əkin  sahəsini  faktiki  səpildiyindən  çox 
göstərdiyi hallarda zərərin miqdarı sığorta müqaviləsində göstərilən əkin sahəsinə 
görə müəyyən edilir və ödənilir.  
 
Təbii  fəlakət  nəticəsində  əkin  sahəsi  zədələnərək  məhsuldarlıq  aşağı 
düşdüyü  halda  sığorta  ödənişi  məhsul  toplandıqdan  sonra  orta  məhsuldarlıq 
KitabYurdu.az 
80
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə