Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

 
 
 
 
 
İnqilabdan sonra Azərbaycanda ölkə daxilində sığorta xidmətini 
SSRİ  Baş  Dövlət  Sığorta  İdarəsinin  tabeçiliyində  olan  Azərbaycan    Baş  Dövlət 
Sığorta İdarəsi və onun tabeçiliyində olan şəhər və rayon Dövlət Sığorta İdarələri 
tərəfindən həyata keçirilmişdir.  
 
 
 
 
Xarici  dövlətlərlə 
əlaqədar  olan  sdığorta  xidmətləri  “İNQOSSTRAX”-ın  ölkəmizdə  olan 
nümayəndəliyi tərəfindən aparılmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmin  dövrdə  Azərbaycanda  sığortanın 
könüllü və icbari növlərinin aparılması qaydaları vahid formada SSRİ Baş Dövlət 
Sığorta İdarəsi tərəfindən hazırlanmış qaydalar əsasında aparılırdı.                                                       
 
Dövlət  sığorta  inhisarında  əhaliyə  göstərilən  sığorta  məhdud  dairədə,  daha 
doğrusu dövlət sosial təminat sisteminə əlavə kimi fəaliyyət göstərirdi. 
 
Ölkəmizdə sığorta işi 1990-cı illərdən sonra müstəqil inkişaf etməyə başladı. 
Dövlət  sığorta  şirkəti  ilə  yanaşı  özəl  sığorta  şirkətlərinin  sayı  artmağa  başladı.  1 
yanvar  2002-ci  il  tarixə  Azərbaycanda  38  sığorta  şirkəti,  o  cümlədən  9  birgə 
sığortaçı (Azərbaycan - İngiltərə - 4; Azərbaycan – Türkiyə - 2; Azərbaycan – İran 
– 1; Azərbaycan – ABŞ – 1; Azərbaycan – Rusiya – 1) fəaliyyət göstərir. 29 milli 
sığortaçıdan isə yalnız bir sığorta təşkilatı (Azərsığorta) dövlətə məxsusdur. 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  20.09.2001-ci  il  tarixli  152 
saylı qərarı ilə 01.01.2002-il tarixdən sığorta təşkilatlarının nizamnamə kapitalı 2 
mlrd.  manat,  təkrar  sığortaçılar  üçün  isə  5  mlrd.  manat  müəyyən  edilmişdir. 
Nəticədə sığortaçıların sayı 62-dən 38-ə enmişdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
Hazırda 
(2009-cu 
ildə) 
fəaliyyətdə  olan  sığortaçılar  üçün  minimum  nizamnamə  kapitalının  məbləği 
800000 manat (AZN), yeni yaradılan sığortaçılar üçün bu məbləğ -1000000 manat, 
müvafiq  olaraq  fəaliyyətdə  olan  təkrar  sığortaçılar  üçün  -  1600000  manat,  yeni 
yaradılan  təkrar  sığortaçılar  üçün  isə  bu  məbləğ  -  2000000  manat  müəyyən 
edilmişdir.    
Nəticədə  Azərbaycanda  28  sığorta  şirkəti  və  1  təkrar  sığorta 
şirkəti, eləcə də 7 sığorta brokeri fəaliyyət göstərir.    
 
Bazar  infrastrukturunun  yaranması,  əmtəə  istehsalçılarının  müstəqilliyi, 
istehsal  münasibətlərinin  inkişafında  və  maddi  nemətlərin  bölgüsündə  dövlətin 
inzibati  təsirinin  kəskin  surətdə  azalması,  milli  sığorta  bazarının  yaranması 
prosesini,  onun  tərkibini,  fiziki  və  hüquqi  şəxslərə  göstərilən  sığorta  xidməti 
növlərini kəskin surətdə dəyişdirdi. Belə ki, 1991-ci ildə Azərbaycan Respublikası 
Nazirlər  Kabineti  yanında  Dövlət  Sığorta  Nəzarətinin,  (hazırda  Azərbaycan 
Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Sığorta  Nəzarəti  şöbəsi)  1993-cü  ildə 
Azərbaycan  Respublika  Sığorta  Cəmiyyətləri  ittifaqının  yaradılması  və  1993-cü 
ilin yanvar ayında ölkə tarixində ilk dəfə olaraq “Sığorta haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  qəbul  edilməsi  ölkəmizdə  sığorta  bazarının  inkişafına, 
sığortalıların,  sığortaçıların  və  dövlət  mənafeyinin  müdafiəsinə,  metodiki 
rəhbərliyin  həyata  keçirilməsinə,  müvafiq  hüquqi-normativ  sənədlərin 
hazırlanmasına və s. şərait yaratmışdır. 
 
Respublikamızda ÜDM-in həcmində sığortanın xüsusi çəkisi ildən-ilə artır. 
(1992-ci  ildə  0,12%,  2002-ci  ildə  0,72%,  2003-cü  ildə  0,81%)  2007-ci  ildə 
Azərbaycanda  sığorta mükafatlarının məbləği   148 mln. manat təşkil edib. 
 
KitabYurdu.az 
68
 


 
 
2007-ci il üçün sığorta mükafatlarının strukturu 
 
1,1% 
        Həyat sığortası üzrə mükafatlar 
 
Qeyri-həyat 
sığortası    üzrə 
mükafatlar 
98,9% 
 
 
 
 
 
 
 
2. Sığortanın mahiyyəti 
 
Sığorta istehsal münasibətlərinin ən zəruri elementlərindən biridir. O əsasən 
ictimai istehsal prosesində meydana gələn maddi itkilərin əvəzinin ödənilməsi ilə 
əlaqədardır. Normal təkrar istehsal prosesinin ən zəruri şərtlərindən biri istehsalın 
fasiləsizliyidir.  Əgər  ictimai  istehsal  prosesi  təbiət  qüvvələrinin  və  digər  zərərli 
hadisələrin  nəticəsində  dayanırsa,  onda  cəmiyyət  üçün  belə  hallardan  zərər 
çəkməmək  məqsədilə  əvvəlcədən  tədbirlərin  görülməsi  vacibdir.  Çünki  ictimai 
istehsal  risqli  xarakter  daşıyır.  Bu  risk  ilk  növbədə  özünü  insanlar  və  təbiətin 
dağıdıcı  qüvvələri  arasındakı  ziddiyyətlərdə  göstərir.  Belə  hallarda  insan 
iradəsindən asılı olmayaraq baş verir və onların ağır nəticələrini aradan qaldırmaq 
məqsədilə  sığorta  müdafiəsindən  istifadə  olunur.  Bu,  ilk  növbədə,  özünü  ictimai 
istehsalın sığortalanması və ya müdafiəsi formasında biruzə verir. 
 
İqtisadi  anlayış  olan  sığorta  maliyyə  kateqoriyasının  tərkib  hissəsidir. 
Bununla  yanaşı,  maliyyə  ümumilikdə  gəlirin  və  yığımların  bölgüsü  və  yenidən 
bölgüsü ilə əlaqədardırsa, onda sığorta ancaq yenidən bölgü münasibətlərini əhatə 
edir.  İqtisadi  anlayış  olan  sığortanın  özünəməxsusluğunu  xarakterizə  edən 
aşağıdakı mahiyyət əlamətlərini göstərmək olar: 
 
1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır 
ki,  bu  da  kənar,  gözlənilməz  və  güclü  hadisələrin  mövcudluğu  ilə  şərtlənir.  Bu 
hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və digər zərərlər dəyir. 
 
2.  Sığorta  zamanı  sığorta  iştirakçıları  arasında  dəymiş  zərərin  aradan 
qaldırılması  həyata  keçirilir.  Sığorta  iştirakçıları  dedikdə,  sığorta  olunanlarla 
sığorta edənlər başa düşülür. Bu cür yenidən bölgü münasibətləri, bir qayda olaraq 
bütün təsərrüfatı və bütün ölkə ərazisini deyil, ictimai həyatın müəyyən hissələrini 
əhatə  edən  zərərin  təsadüfi  xarakter  daşıması  ilə  şərtlənir.  Bu  zaman  sığorta 
iştirakçıları  nə  qədər  geniş  olarsa,  onda  zərərin  aradan  qaldırılmasında  hər  bir 
sığortaçıya o qədər az pul düşər. Sığortalama zərərin aradan qaldırılmasında ən 
səmərəli  metoddur.  Bu  səmərəlilik,  sığortaçıların  və  sığorta  olunan  obyektlərin 
sayı artdıqca daha da artır. Sığorta həm də pul vəsaitlərinin sığorta fondu adlanan 
KitabYurdu.az 
69
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə