Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

 
 
Üçüncü  şəxslər-Sığorta  müqaviləsinin  tərəfi  olmayan  və  yanğın  hadisəsi 
nəticəsində əmlakına və sağlamlığına zərər vurulan hüquqi və fiziki şəxslər, habelə 
onların hüquqi varisləri üçüncü şəxs sayılırlar. 
 
Sığorta  ödənişinin  verilməsi  məqsədilə  zərər  vurulan  hüquqi  və  ya  fiziki 
şəxslər və onların işçiləri üçüncü şəxs sayılmırlar. 
 
 
Sığorta  hadisəsi  -Yanğın,  eləcə  də  ildırım  düşməsi,  yaxud  partlayış  və  ya 
bunlarla  əlaqədar  əmələ  gələn  tüstü,  buxar,  yaxud  istilik  nəticəsində  sığorta 
olunanın  əmlakına,  habelə  üçüncü  şəxslərin  əmlakına  və  sağlamlığına  zərərin 
vurulması sığorta hadisəsi sayılır. 
 
Aşağıdakılar nəticəsində yanğının vurduğu zərər sığorta hadisəsi sayılmır: 
 
1.  müharibə,  hər  cür  hərbi  əməliyyatlar,  mülki  iğtişaş,  terror,  qiyam  və 
bunların qarşısını almaq üçün görülən inzibati və hərbi tədbirlər; 
 
2. nüvə partlayışı; 
 
Aşağıdakıların nəticəsində vurulan zərər sığortaçı tərəfindən ödənilmir: 
 
1. təmir, emal və ya digər istehsalat məqsədləri üçün istifadə olunan istehsal 
alovunun, yaxud istiliyin təsiri nəticəsində, habelə əmlakın təbii xüsusiyyətlərindən 
asılı olaraq baş vermiş, qıcqırma, çürümə və digər kimyəvi reaksiyalar nəticəsində 
əmlakın xarab və ya məhv olması; 
 
2. elektron aparatlarının və avadanlığının yanması nəticəsində, eyni zamanda 
yanğın baş verməmişdirsə, həmin aparat və avadanlığın sıradan çıxması; 
 
3.  yanma  kamerasında  yaranan  partlayış  zamanı  daxili  yanma 
mühərriklərinin sıradan çıxması; 
 
4.  sığorta  hadisəsi  zamanı  və  ya  sığorta  hadisəsindən  sonra  əmlakın 
oğurlanması. 
Sığorta  müqaviləsinin  bağlanması  və  ləğvi-Yanğından  icbari  sığorta 
müqaviləsinə dair müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinə, həmin 
məcəllədə nəzərdə tutulmayan hissədə isə  Qanuna uyğun olaraq müəyyən edilir. 
 
Sığorta  müqaviləsi  sığorta  olunanın  yazılı  ərizəsi  və  əmlakın  dəyəri 
göstərilməklə  sığorta  olunmaq  üçün  təqdim  edilən  əmlakın  siyahısı  əsasında 
sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə 
baxılmaqla bağlanılır. 
 
Sığorta olunanın əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir. 
 
Daşınar  əmlak  yalnız  sığortanın  əhatə  etdiyi  ərazi  hüdudlarında  sığorta 
olunur. 
 
Sığorta müqaviləsi bir il müddətinə bağlanılır. 
 
Sığorta  müqaviləsi  onun  bağlandığı  gün  saat  24.00-da  qüvvəyə  minir  və 
müqavilədə nəzərdə tutulan müddətin sonuncu günü saat 24.00-da qüvvədən düşür. 
 
Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 
 
1. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə; 
 
2. sığortaçı sığorta müqaviləsi üzrə özünün bütün öhdəliklərini tam həcmdə 
yerinə yetirdikdə
 
3.  sığorta  olunan  hüquqi  şəxs  və  ya  sığortaçı  qanunvericiliklə  müəyyən 
edilmiş qaydada ləğv edildikdə, sığorta olunan fiziki şəxs vəfat etdikdə; 
 
4. sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə
KitabYurdu.az 
88
 


 
 
 
5. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda. 
Əmlak  sığortası  üzrə  sığorta  məbləği-  Qanuna  uyğun  olaraq  sığorta 
olunanın əmlak sığortası üzrə sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman 
əmlakın  mövcud  olan  bazar  qiyməti  (yaxud  ekspert  qiymətləndirilməsi)  əsasında 
tərəflər  arasında  bağlanan  sığorta  müqaviləsi  ilə  müəyyən  edilir.Sığorta  məbləği 
hər  bir  sığorta  obyekti  üzrə  ayrılıqda  və  ya  sığorta  müqaviləsində  göstərilən 
obyektin qruplarə üzrə müəyyən edilə bilər. 
 
Əgər  sığorta  məbləği  əmlakın  bazar  qiyməti  əsasında  müəyyən  edilmiş 
dəyərdən  (sığorta  dəyərindən)  artıq  olarsa,  sığorta  dəyərindən  artıq  olan  həmin 
hissə müqavilə bağlandığı andan etibarsız hesab olunur. 
 
Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği-Sığorta olunanın yanğın 
nəticəsində  üçüncü  şəxslər  qarşısında  mülki  məsuliyyətinin  sığortası  üzrə 
maksimum sığorta məbləği aşağıdakı kimi müəyyən edilir: 
 
1.  əmlaka  vurulan  zərərə  görə  -  əmlak  sığortası  məbləğinin  20  faizi 
miqdarında; 
 
2.  sağlamlığa  vurulan  zərərə  görə  -  ümumilikdə  200  min  manatdan  artıq 
olmamaq şərti ilə bir nəfər üçün 2 min manat. 
 
Bütün  hallarda  sağlamlığa  vurulan  zərərə  görə  üçüncü  şəxslər  qarşısında 
mülki  məsuliyyətinin  sığortası  üzrə  maksimum  sığorta  məbləği  əmlak  sığortası 
üzrə sığorta məbləğindən artıq ola bilməz. 
 
Sığorta  olunan  öz  mülki  məsuliyyətini  bu  Qanunla  müəyyənləşdirilmiş 
sığorta məbləğindən artıq məbləğə könüllü olaraq sığortalamaq hüququna malikdir. 
Bu halda sığorta məbləği və sığorta haqqının miqdarı sığortaçı ilə sığorta olunan 
arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. 
Sığorta haqqı- üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası da daxil 
olmaqla, sığorta edilən əmlakın dəyərindən aşağıdakı faiz tarifləri ilə hesablanır: 
 
1. əmlakın dəyəri 1 milyard manatadək olduqda – 0,3 faiz; 
 
2. əmlakın dəyəri 2 milon manatdan 1 milon manatadək olduqda – 0,25 faiz; 
 
3. əmlakın dəyəri 1 milon manatdan çox olduqda – 0,2 faiz. 
 
Sığorta haqqı birdəfəlik ödənilir və ya sığorta olunanın arzusu ilə iki dəfəyə: 
sığorta  haqqının  50  faizi  sığorta  müqaviləsinin  bağlandığı  gün,  digər  50  faizi  isə 
müqavilənin bağlandığı gündən 4 aydan gec olmayaraq ödənilir. 
Zərərin  müəyyənləşdirilməsi-Zərərin  miqdarı  bu  Qanunun  8-ci  və  9-cu 
maddələrinin müvafiq müddəalarına riayət etməklə sığorta olunanla birgə sığortaçı 
tərəfindən müəyyən edilir və tərəflərin imzaladığı sığorta aktı ilə təsdiqlənir. 
 
Əmlaka  vurulan  zərərin  miqdarı  hesablanarkın  həmin  əmlakın  satın 
alınmasına  və  ya  bərpa  edilməsinə  çəkilməli  olan  xərclər  zərərin 
qiymətləndirilməsi  zamanı  mövcud  olan  bazar  qiymətləri  əsasında  müəyyən 
olunur. 
Sığorta  ödənişi  sığorta  məbləğindən  çox  olmamaqla  zərərin  faktiki  miqdarında 
verilir.Əgər  sığorta  hadisəsi  zamanı  sığorta  haqqının  ödənilməmiş  hissəsinin  
müəyyən edilmiş ödənilmə müddəti keçmişdirsə, sığorta ödənişi faktiki ödənilmiş 
sığorta haqqının məbləğinə mütənasib surətdə verilir. 
 
Eyni əmlak bir neçə sığortaçıda sığortalanmışdırsa, hər bir sığortaçı sığorta 
müqaviləsinə uyğun olaraq öz payına düşən ödəniş hissəsini verir. 
KitabYurdu.az 
89
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə