Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

 
 
özünüidarəetmə  orqanlarının  hüquqi  aktları  ilə  müəyyən  edilmiş  digər  sosial 
ödənişlər üçün verilən büdcə vəsaitidir.  
Büdcə  ssudaları  -  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 
büdcəsinə,  yerli  büdcələrə  və  hüquqi  şəxslər,  yerli  büdcələrdən  bələdiyyə 
təşkilatlarına  qaytarılmaq  şərti  ilə  il  ərzində  müəyyəm  müddətə  verilən  maliyyə 
vəsaiti; 
Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 
və  yerli  büdcələrə  onların  gəlir  və  xərclərini  tənzimləmək  məqsədilə  əvəzsiz 
verilən maliyyə vəsaiti; 
Qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə 
yardımı; 
Subvensiya  –  məqsədli  maliyyələşdirmənin  həyata  keçirilməsi  üçün  dövlət 
büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə 
verilən,  lakin  həmin  məqsəd  üçün  və  ya  müəyyən  edilmiş  müddətdə  istifadə 
edilmədikdə geri qaytarılan maliyyə vəsaiti; 
Subsidiya  -  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 
büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti; 
Məqsədli  büdcə  fondları  -  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar 
Respublikasının  büdcəsi  və  yerli  büdcələrin  tərkibində  konkret  tədbirlərin  həyata 
keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti.    
 
7. Büdcə kəsri və onun maliyyələşdirilməsi 
 
Büdcənin icrası onun xərclərinin gəlirlər hesabına tam ödənilməsini nəzərdə 
tutur.  Büdcə  gəlirlərinin  onun  xərclərdən  artıq  olması  büdcə  profisiti  adlanır. 
Büdcə  qanunvericiliyinə  əsasən  bütün  səviyyəli  büdcələr  profisitsiz  tərtib 
edilməlidir.  Əgər  büdcənin  tərtibi  və  təsdiqi  prosesində  gəlirlərin  xərclərdən 
artıqlığı  aşkar  edilərsə,  büdcə  təsdiq  olunanadək  profisitin  aşağıdakı  ardıcıllıqla 
ixtisar edilməsi həyata keçirilməlidir: 
1)  dövlət  və  bələdiyyə  mülkiyyətinin  satışından  gəlirlərin  cəlb  edilməsi 
ixtisar ediməli; 
 
2) dövlət ehtiyatlarının  satışından gəlirlərin cəlb edilməsi ixtisar ediməli; 
 
3)  büdcə  vəsaitlərinin  borc  öhdəliklərinin  əlavə  ödənilməsinə 
yönəldilməsinə yenidən baxılmalı; 
 
4)  büdcənin  xərclərini,  o  cümlədən  gəlirlərin  bir  hissəsini  digər  səviyyəli 
büdcələrə verilməsi hesabına artırılmalı. 
 
Əgər  bu  tədbirləri  hansısa  səbəb  üzündən  həyata  keçirmək  məqsədəuyğun 
deyilsə,  vergi  qanunvericiliyində  dəyişiklik  və  əlavələr  etməklə  büdcənin  vergi 
gəlirlərini azaltmaq lazımdır. 
 
Daha  mürəkkəb  vəziyyət  və  iqtisadi  təcrübədə  daha  tez-tez  rast  gəlinən 
problem  –  büdcənin  defisitliyidir,  yəni  büdcənin  xərclərinin  onun  gəlirlərindən 
artıq olmasıdır. Bütün vergi və qeyri-vergi gəlirlərinin xeyli artmasına baxmayaraq 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  1991-2005-ci  illərdə  kəsrlə  icra 
edilmişdir. Büdcə kəsrinin aradan qaldırılması perspektivi vardırsa və o, ÜDM-un 
3%-dən  artıq  deyilsə,  onda  ona  müvəqqəti  hal  kimi  baxılır.  Əgər  büdcə  kəsiri 
KitabYurdu.az 
53
 


 
 
büdcə gəlirlərinin 10%-dək təşkil edirsə, bu yol verilən kəsir hesab edilir. Lakin o, 
gəlirlərin 20%-dən çoxdursa, onda bu kritik hal kimi qiymətləndirilir. 
 
Büdcə  kəsrinin  həcminə  nəzarət  etmək  məqsədilə  onun  həddi  müəyyən 
edilir. Belə ki, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” qanununda 
göstərildiyi  kimi  yerli  büdcələrin  cari  xərcləri  müvafiq  büdcənin  gəlirlərinin 
həcmindən,  Dövlət  büdcəsinin  kəsrinin  həcmi  isə  büdcə  investisiyasının  və 
Azərbaycan  Respublikasının  dövlət  borcuna  xidmət  xərclərinin  həcmindən  çox 
olmamalıdır. 
 
Yerli büdcənin kəsirinin həcmi digər səviyyəli büdcələrdən yardımı nəzərə 
almadan onun gəlirlərinin həcminin 3%-dən artıq olmamalıdır. 
 
Dövlət  büdcəsinin  kəsiri  ölkənin  makroiqtisadi  inkişaf  durumunu,  o 
cümlədən  dövlət  maliyyə  sistemini  və  dövlət  büdcəsinin  vəziyyətini  xarakterizə 
edən başlıca göstəricilərindən biridir. 
 
“Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının  qanununa  görə 
dövlət büdcəsinin kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında 
qanunla müəyyən edilir. 
 
Büdcə  kəsirinin  maliyyələşdirilməsi  mənbələrindən  daxil  olmalar  yalnız 
investisiya  xərclərinin  maliyyələşdirilməsinə  yönəldilə  bilər  və  bələdiyyə 
borclarına  xidmət  edilməsi  və  ödənilməsi  xərclərinin  maliyyələşdirilməsi  üçün 
istifadə edilə bilməz.  
 
 Dövlət  büdcəsinin  kəsirinin  maliyyələşdirilməsi  mənbələri  qanunvericilik 
orqanı  tərəfindən  cəlb  edilmiş  vəsaitlərin  əsas  növləri  üzrə  büdcə  haqqında 
qanunda təsdiq edilir. Büdcə kəsirinin maliyyələşdirilməsi dövlət krediti və digər 
mənbələr hesabına həyata keçirilir. 
 
İnflyasiyaya 
şərait 
yaratdığı 
üçün 
Dövlət 
büdcəsi 
kəsirinin 
maliyyələşdirilməsində  pulun  emissiyasından  istifadə  edilməsi  nəzərdə 
tutulmamışdı. 
 
Yerli  büdcələrin  kəsirinin  maliyyələşdirilməsinin  daxili  mənbəyi  aşağıdakı 
formalarda  ola  bilər:  a)  bələdiyyə  qurumları  tərəfindən  buraxılan  istiqrazlar;  b) 
kredit təşkilatlarından alınmış kreditlər. 
 
Hər 
bir 
büdcə 
səviyyəsində 
qanunvericiliklə 
büdcə 
kəsirinin 
maliyyələşdirilməsinin  öz  mənbələri  müəyyən  edilir.  Dünya  təcrübəsində  dövlət 
büdcəsinin  kəsiri  aşağıdakı  daxili  və  xarici  mənbələr  hesabına  maliyyələşdirilir. 
Daxili  mənbələr  –  daxili  və  ya  xarici  maliyyə  bazarlarında  yerləşdirilmiş  dövlət 
qiymətli  kağızları,  dövlət  əmlakının  özəlləşdirilməsindən  daxil  olan  vəsaitlər, 
ölkənin  mərkəzi  bankı  tərəfindən  verilən  birbaşa  kreditlər  və  s.  aiddir.  Xarici 
mənbələr  –  birbaşa  xarici  kreditlər,  xüsusilə  beynəlxalq  maliyyə  institutlarının 
birbaşa kreditləri daxildir. 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
54
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə