Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

 
 
Azərbaycan  Respublikasının  büdcə  xərclərinin  iqtisadi  təsnifatı  iqtisadi 
məzmununa görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdırılmasıdır. 
Azərbaycan  Respublikasının  büdcə  xərclərinin  inzibati  (təşkilatlar  üzrə) 
təsnifatı  dövlət  büdcəsindən  birbaşa  büdcə  vəsaitlərinin  baş  sərəncamçıları  üzrə 
bölüşdürülməsini əks etdirən xərclərin qruplaşdırılmasıdır. 
Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının büdcələrinin 
təsnifatı  ayrıca  qruplaşdırılır,  müvafiq  büdcələrin  xərclərindən  alıcılar  müəyyən 
edilir və büdcə vəsaitlərinin bölüşdürülməsi birbaşa həyata keçirilir. 
 
 
 
5. Dövlət büdcəsinin gəlirləri, onun tərkibi və quruluşu 
 
Büdcənin  gəlirləri  dedikdə,  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 
uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və 
yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. 
Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir. 
Büdcənin  gəlirləri  dövlətin  pul  vəsaiti  fondunun  formalaşması  prosesində 
dövlətlə  müəssisə,  təşkilat  və  əhali  arasında  əmələ  gələn  iqtisadi  münasibətləri 
ifadə edir. 
İqtisadi  təsnifata  uyğun  olaraq  dövlət  büdcəsinin  gəlirləri  4  qrupa  ayrılır: 
vergilərdən  daxilolmaları,  qeyri-vergi  gəlirləri,  əsaslı  ödənişlər  və  əvəzsiz  alınan 
vəsaitlər (transfertlər). 
Azərbaycan  Respublikasında  dövlət  büdcəsinin  əsas  gəlirlərini  vergi  və 
rüsumlar təşkil edir. 
 Vergilərin mahiyyəti və funksiyaları haqqında qısa məlumat vermək... 
Gömrük  rüsumları  –  Azərbaycan  Respublikasının  gömrük  orqanları 
tərəfindən Respublikanın gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan 
ödənişlərdir. 
Gömrük rüsumları üç əsas funksiya yerinə yetirir: 
1.  Fiskal  funksiya.  Dövlət  büdcəsinin  gəlirlərini  təmin  etmək  (bu  həm  idxal, 
həm də ixrac rüsumlarına aiddir); 
2.  Proteksionist  (müdafiə)  funksiyası.  Yerli  istehsalçıları  arzuolunmaz  xarici 
rəqabətdən qorumaq (idxal rüsumu üçün xarakterikdir) ; 
3.  Balanslaşdırma  funksiyası.  Daxili  qiyməti  bu  və  ya  digər  səbəb  üzündən 
dünya  qiymətlərindən  aşağı  olan  malların  arzuolunmaz  ixracının  qarşısının 
alınması üçün tətbiq edilir (ixrac rüsumuna aiddir). 
Gömrük rüsumlarını müxtəlif əlamətlərinə görə təsnifləşdirmək olar:  
 
 
 
 
 
 
 
 
 
 
-  cəlbetmə xarakterinə görə: a) idxal rüsumları; b) ixrac rüsumları; c) tranzit 
gömrük  rüsumları  (mövcud  ölkənin  ərazisində  tranzit  qaydasında  malların 
keçirilməsinə qoyulur); 
-  tətbiq  edilmə  xüsusiyyətlərinə  görə:  xüsusi  növ  rüsumlar  tətbiq  edilir  ki, 
buraya: a) antidempinq; b) xüsusi rüsumlar; c) kompensasiya rüsumları; 
- fəaliyyət müddətinə görə: a) müvəqqəti rüsumlar; b) mövsümi rüsumlar. 
KitabYurdu.az 
47
 


 
 
 
Xarici  malların  daxili  bazara  daxil  olması  nəticəsində  gömrük  orqanları 
tərəfindən  idxal  gömrük  rüsumları  alınır.  İdxal  gömrük  rüsumlarının  dərəcələri 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təyin edilir. Azərbaycan 
Respublikasının  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin  malları  üçün  idxal 
gömrük  rüsumları  dərəcələrinin  son  həddi  Azərbaycan  Respublikasının  Milli 
Məclisi tərəfindən müəyyən olunur. 
 
İxracın  inkişafına  şərait  yaratmaq  məqsədilə  ixrac  gömrük  rüsumları 
məhdud  mal  qruplarına  tətbiq  edilir.  Bir  qayda  olaraq,  ixrac  rüsumları  incəsənət 
əsərlərinin və ya qədim əşyaların ölkədən aparılması zamanı geniş tətbiq olunur. 
 
İxrac  gömrük  rüsumlarının  dərəcələri  və  onların  tətbiq  olunduğu  malların 
siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 
Azərbaycan  Respublikasının  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin  malları 
üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının 
Milli Məclisi tərəfindən təyin olunur. 
 
Tranzit  gömrük  rüsumları  gömrük  tarifi  əsasında  ölkədən  malların 
keçirilməsi zamanı tətbiq olunur. 
 
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq edilir: 
 
-  mallar  Azərbaycan  Respublikası  ərazisinə  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vuran  və  ya  ziyan  vura  biləcək  həcmdə  gətirildiyi  hallarda 
müdafiə tədbiri kimi; 
 
-  digər  dövlətlərin  və  onların  ittifaqlarının  Azərbaycan  dövlətinin 
mənafeyinə toxunan ayrıseçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi. 
 
Antidempinq  rüsumları  idxal  olunan  malların  qiyməti  Azərbaycan 
Respublikası  gömrük  ərazisinə  gətirildiyi  anda  ixrac  olunduğu  ölkədəki  real 
dəyərindən  xeyli  aşağı  olduqda  və  belə  bir  idxal  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vurduqda  və  ya  bu  hal  istisna  edilmədikdə,  Azərbaycan 
respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik 
törədildikdə tətbiq edilir. 
 
Kompensasiya  rüsumları  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
gətirilən  malların  istehsalı  və  ya  ixracı  zamanı  birbaşa  və  dolayı  subsidyalardan 
istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına 
ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu 
malların  istehsalının  təşkilinin  genişləndirilməsinə  maneçilik  törətdikdə  tətbiq 
edilir. 
 
Malların  ixracını  və  idxalını  operativ  tənzimləmək  üçün  bəzi  mallara 
mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda gömrük tarifində nəzərdə tutulmuş 
gömrük rüsumları dərəcələri tətbiq olunmur. Mövsümi rüsumların qüvvədə olduğu 
müddət ildə 6 aydan çox ola bilməz. 
 
Bir  qayda  olaraq  gömrük  rüsumunun  həcmi  malın  gömrük  dəyərindən  və 
gömrük tarifindən asılıdır. 
 
Malın  gömrük  dəyərinin  müəyyən  edilməsi  (gömrük  qiymətləndirilməsi) 
sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul edilmiş ümumi 
prinsiplərinə əsaslanan gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara 
şamil edilir. Həmin malların gömrük qiymətləndirilməsi sisteminin tətbiq qaydası 
AR-nın Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 
KitabYurdu.az 
48
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə