Fənn: Maliyyə, pul tədavülü və kredit


Mövzu 5: Büdcə və büdcədənkənar dövlət fondları



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

 
 
Mövzu 5: Büdcə və büdcədənkənar dövlət fondları 
 
P L A N  
 
1.Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və funksiyaları 
2.Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemi 
3.Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi 
4.Büdcə təsnifatı 
5.Dövlət büdcəsinin gəlirləri, onun tərkibi və quruluşu  
6.Büdcə xərcləri və onların təsnifatı 
7.Büdcə kəsri və onun maliyyələşdirilməsi 
8.Yerli büdcələr 
9.Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi 
10.Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
40
 


 
 
1. Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və funksiyaları 
 
Dövlətlə müxtəlif təşkilatlar, müəssisələr, idarələr və əhali arasında müxtəlif 
formada  maliyyə  münasibətləri  yaranır.  Bu  münasibətlər  büdcə  münasibətləri 
adlanır.  Maliyyə  münasibətlərinin  tərkib  hissəsi  kimi  bu  münasibətlərin  spesifik 
xüsusiyyətləri  ondan  ibarətdir  ki,  onlar  bölgü  prosesində  meydana  gəlir  və 
ümumdövlət  tələbatının  ödənilməsi  üçün  müəyyən  edilmiş  mərkəzləşdirilmiş  pul 
vəsaiti fondunun formalaşması və istifadəsi ilə əlaqədardır.  
Tarixən “budget” məhvumu ingilis mənşəli söz olub çanta, torba mənasında 
işlənmişdir.  XVIII  əsrdən  etibarən  maliyyə  kateqoriyası  kimi  formalaşmış  və 
xəzinə mənasını verir. 
Büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən edilir ki, 
dövlət  öz  funksiyalarını  həyata  keçirmək  üçün  maddi-maliyyə  bazasına  malik 
olmalıdır.  Dövlətin  əlində  hər  il  bütün  cəmiyyət  səviyyəsində  geniş  təkrar 
istehsalın ehtiyaclarının ödənilməsi, vətəndaşların sosial-mədəni tələblərinin təmin 
edilməsi,  müdafiə  və  dövlətidarəetmə  xərclərinin  ödənilməsi  və  s.  tədbirlərin 
həyata keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir. 
Dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondunun  yaradılması  və  istifadəsi 
əsasında  əməlkə  gələn  pul  münasibətlərinin  məcmusu  dövlət  büdcəsi  anlayışını 
təşkil edir. 
Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Büdcə 
-  əsas  maliyyə  kateqoriyalarının  (vergilərin,  dövlət  kreditinin,  dövlət  xərclərinin) 
fəaliyyətinin vəhdətidir, yəni büdcə vasitəsilə resursların daim səfərbər edilməsi və 
onların xərclənməsi həyata keçirilir. 
Dövlət  büdcəsi  iqtisadi  kateqoriya  kimi  bölgü  (yenidənbölgü)  və  nəzarət 
funksiyalarını  yerinə  yetirir.  Bölgü  funksiyasının  sayəsində  pul  vəsaitlərinin 
dövlətin əlində təmərküzləşməsi və onların ümumdövlət ehtiyaclarının ödənilməsi 
məqsədilə  istifadəsi  baş  verir.  Nəzarət  funksiyası  vasitəsilə  maliyyə  resurslarının 
dövlətin  sərəncamına  nə  dərəcədə  öz  vaxtında  və  tam  daxil  olmasını,  büdcə 
vəsaitlərinin bölgüsündə faktiki olaraq proporsiyaların necə formalaşdığını, onların 
səmərəli istifadə olunmasını müəyyən etmək mümkün olur. 
Hazırda  dövlət  büdcəsi  vasitəsilə  ÜDM-ün  23%-ə  qədəri  yenidən 
bölüşdürülür. Büdcə vasitəsilə məhsuldar qüvvələrin daha səmərəli yerləşdirilməsi, 
AR-ın  ərazisində  iqtisadiyyatın  və  mədəniyyətin  yüksəldilməsi  tələbləri  nəzərə 
alınmaqla maliyyə resurslarının sahələrarası və ərazi üzrə yenidən bölgüsü həyata 
keçirilir. 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
41
 


 
 
2. Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemi 
 
Büdcə quruculuğu – ölkənin büdcə sisteminin  təşkili prinsiplərinin, onların 
strukturunu,  büdcə  sisteminə  daxil  olan  büdcələrin  qarşılıqlı  əlaqəsi  və 
fəaliyyətinin  hüquqi-təşkilatı  əsaslarının  məcmusunu  büdcə  vəsaitlərinin 
yaradılması  və  istifadəsi  qaydalarını  müəyyən  edir.  Büdcə  quruculuğunun  tərkib 
hissəsi büdcə sistemidir. Adətən büdcə sistemi dedikdə, iqtisadi münasibətlərə və 
mövcud  dövlət  quruluşuna  əsaslanan,  hüquq  normaları  ilə  tənzimlənən  müxtəlif 
səviyyəli  büdcələrin  və  büdcədənkənar  fondların  məcmusu  başa  düşülür.  Büdcə 
sistemi – dövlətin maliyyə sisteminin başlıca həlqəsidir.  
Büdcə  sisteminin  strukturu  ölkənin  dövlət  və  inzibati  quruluşunun 
formalaşması ilə, burada fəaliyyət göstərən əsas qanunvericilik aktları ilə, büdcənin 
ictimai təkrar istehsalda və sosial prosesdə rolu ilə müəyyən edilir. Hakimiyyətin 
inzibati-ərazi  qurumları  arasında  bölgüsündən  asılı  olaraq  bütün  dövlətlər  unitar, 
federativ və konfederativ dövlətlərə bölünür. 
Büdcə  sistemi  aşağıdakı  proseslərdə  müxtəlif  subyektlər  arasında  yaranmış 
münasibətləri ifadə edir: 
a)  bütün  səviyyəli  büdcələrin  və  büdcədənkənar  dövlət  fondlarının 
gəlirlərinin  formalaşması  və  xərclərin  həyata  keçirilməsi,  dövlət  və  bələdiyyə 
borclanmasının həyata keçirilməsi, dövlət və bələdiyyə borclarının tənzimlənməsi; 
b) büdcə layihələrinin tərtibi, müzakirəsi, təsdiqi, icrası və icrasına nəzarət. 
Azərbaycan  Respublikasının  büdcə  sistemini  Azərbaycan  Respublikasının 
dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələr təşkil edir. 2005-ci ildə 
yerli büdcələr 66 rayon, 69 şəhər, 13 şəhər rayonları, 2660 bələdiyyə büdcələrini 
əhatə  etmişdir.  Bu  büdcələr  arasında  münasibətlər,  onların  formalaşması, 
prinsipləri,  tərtibi,  təsdiqi,  icrası  və  icrasına  nəzarət  “Büdcə  sistemi  haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 
Azərbaycan  Respublikasının  büdcə  quruculuğunun  əsasını  ölkənin 
Konstitusiyası və unitar respublika kimi dövlət quruluşu ilə müəyyən edilir. 
Azərbaycan Respublikasının büdcə sistemi vahidlik, tamlıq, reallıq, aşkarlıq 
və dövlət büdcə sisteminə daxil olan bütün büdcələrin müstəqilliyi, büdcə sistemi 
səviyyələri arasında gəlir və xərclərin bölgüsü, büdcənin balanslaşdırılması, büdcə 
vəsaitlərindən  səmərəli  və  qənaətlə  istifadə  edilməsi,  büdcə  xərclərinin 
ödənilməsinin ümumiliyi və məqsədli xarakter daşıması prinsiplərinə əsaslanır. 
Büdcə sisteminin vahidliyi büdcənin formalaşmasının vahid hüquqi bazası 
ilə,  vahid büdcə  təsnifatı  və büdcə  sənədləri formasından  istifadə  etməklə,  büdcə 
prosesinin  razılaşdırılmış  prinsipləri  ilə,  vahid  sosial-iqtisadi  və  vergi  siyasəti  ilə 
təmin edilir. 
Tamlıq prinsipi o deməkdir ki, büdcə sisteminin hər bir həlqəsində gəlir və 
xərclər onların həcmində tam əks olunmalıdır. 
Reallıq – büdcə göstəricilərinin həqiqiliyini göstərir. 
Aşkarlıq  prinsipi  –  təsdiq  edilmiş  büdcələri  və  onların  icrası  haqqında 
hesabatı  və  Azərbaycan  Respublikasının  Prezidentinin  göndərişini  kütləvi 
informasiya vasitələrində dərc etdirilməsini tələb edir.  
KitabYurdu.az 
42
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə