Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

 
 
gəlirin  əlavə  edilməsi  yolu  ilə  hesablanan  tədiyyə,  sığortalı  tərəfindən  ödənəcək 
tədiyyədir. 
 
Sığorta  tədiyyələri  bütün  dünyada  müəyyən  əsaslara  görə  hesablanır.  Bu 
əsasları təşkil edən qaydalara “tarif” deyilir.  
 
“Sığorta  tarifi  –  sığorta  haqqının  hesablanması  üçün  aktuari 
hesablamalarına əsasən müəyyən edilən dərəcədir.” 
 
İcabari  sığorta  növləri  üzrə  sığorta  haqları  və  tarifləri  qanunlara  uyğun 
olaraq müəyyən edilir, digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir. 
 
Zəruri  hallarda  haqsız  rəqabətin  qarşısını  almaq  məqsədilə  müvafiq  icra 
hakimiyyəti orqanı minimum sığorta tariflərini müəyyən edə bilər. 
 
Sığortalının  ödədiyi  sığorta  haqları  məhsulun  (işlərin,  xidmətlərin)  maya 
dəyərinə aid edilir. 
 
Üç növ tarif vardır: 
 
1) Tənzimlənmiş tarif sistemi
 
2) Təsdiq edilmiş tarif sistemi
 
3) Sərbəst tarif. 
 
 
 
1)  Tənzimlənmiş  tarif  sistemi  –  tənzimlənmiş  tarif  sistemində  qiymətlər 
Maliyyə Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir. 
 
2) Təsdiq edilmiş tarif sistemi – bu sistemdə şirkətlər, hazırladıqları tarifləri 
Nazirlər Kabineti təsdiq etdirdikdən sonra tətbiq edirlər. Respublikamızda həyat və 
sağlamlıq sığortalarında bu cür tariflər tətbiq edilməlidir. 
 
3)  Sərbəst  tarif  sistemi  –  sərbəst  tarif  sistemində  sığorta  şirkətləri  öz 
qiymətlərini (tariflərini), özünün iqtisadi siyasəti və statistik məlumatlarına uyğun 
olaraq müəyyənləşdirdiyi qaydalara əsasən təyin edir. Bu tarif sistemində Dövlət, 
şirkətlər tərəfindən tətbiq edilən qiymətlərə müdaxilə edə bilməz. Respublikamızda 
(məcburi  sığortalar  istisna  olmaqla),  1992-ci  ildən  etibarən  sərbəst  tarif  sistemi 
tətbiq edilir. 
 
Təkrar  sığorta  –  təkrar  sığorta  sığortaçının  sığortalı  qarşısında  öz 
öhdəliklərinin  bir  hissəsinin  yerinə  yetirilməsi  risqini  başqa  sığortaçıda  (təkrar 
sığortaçıda) sığortalamasıdır; 
 
Təkrar  sığorta  müqaviləsini  bağlamış  sığortaçı  sığorta  müqaviləsinə  uyğun 
olaraq  sığortalı  qarşısında  götürdüyü  öhdəliklərə  görə  tam  həcmdə  məsuliyyət 
daşıyır; 
 
Təkrar  sığortaçı  sığortaçı  qarşısında  götürdüyü  öhdəliklər  üzrə  məsuliyyət 
daşıyır; 
 
Təkrar sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə 
ilə eyni vaxtda qüvvədən düşür; 
 
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçıların, yalnız 
xüsusi razılıq aldığı sığorta növü üzrə riskdən təkrar sığortaya qəbul etmək hüququ 
vardır. 
 
İcbari  sığorta  növləri  üzrə  təkrar  sığortaya  verilən  risklərin  Azərbaycan 
Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılarda saxlama payının həcmi və 
onun saxlama qaydası qanunla müəyyən edilir. 
KitabYurdu.az 
72
 


 
 
 
Başqa  sözlə,  sığorta  şirkətləri  təminat  verdikləri  risklərin  razılığa  əsasən 
qabaqcadan  müəyyən  edilmiş  bir  hissəsini,  tədiyyə  müqabilində  digər  sığorta 
şirkətlərinə verə bilərlər. 
 
Sığorta  şirkətləri  təminat  verdikləri  risklərin  qabaqcadan  müəyyən  edilmiş 
bir hissəsini özlərində saxlayırlar. Buna saxlama payı deyilir. 
 
Şərikli (müştərək) sığorta – bir risqə qarşı, bir neçə şirkət tərəfindən eyni 
və ya müxtəlif nisbətlərdə təminat verilməsinə şərikli (müştərək) sığorta deyilir. 
 
“Sığorta haqqında” Qanuna əsasən sığorta obyekti bir müqavilə əsasında bir 
neçə  sığortaçı  tərəfindən  sığortalana  bilər.  Bu  müqavilədə  hər  sığortaçının 
razılaşdırılmış  paylar  əsasında  hüquq  və  vəzifələrini  müəyyən  edən  şərtlər 
olmalıdır. 
 
Yüksək  risklərin  birgə  sığortalanması  üçün  sığortaçılar  öz  aralarında 
bağlanan saziş əsasında sığorta daxılı yarada bilərlər. 
 
Sığortalı  qarşısında  öhdəliyi  öz  payı  miqdarında  olmaqla  şərikli 
sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər. 
 
Şərikli  (müştərək)  sığorta  müqavilələrində  sığorta  şirkətləri  arasında  bir 
protokol tutulur və şirkətlərin pay nisbətləri müəyyən edilir. Payların cəmi, sığorta 
məbləğinin ümumi miqdarına bərabər olmalıdır. 
 
Şərikli  (müştərək)  sığortada  müştərək  formada  təminat  vermə  halı  vardır. 
Təkrar sığortada isə əvvəlcə bir şirkət təminat verir və bu təminatın müəyyən bir 
hissəsini digər şirkətlərə həvalə edir. 
 
Sığorta  vasitəçiləri  –  bütün  dünyada  və  Azərbaycanda  sığorta  vasitəçiliyi 
əsasən üç formada həyata keçirilir. 
 
1.  Sığorta  agentləri  –  sığorta  şirkətləri,  sığorta  etmə  işini  birbaşa  və  ya 
agentləri vasitəsilə yerinə yetirirlər. 
 
“Sığorta  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda,  kimlərin  və 
hansı şərtlər ilə agent ola bilmələri müəyyən edilmişdir. 
 
Bunlar aşağıdakılardır: 
 
-  Sığorta  agenti  (agent)  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  hər 
hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan fiziki şəxs ola bilər. 
 
- Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti 
sığortaçıya  məxsusdur.  Bu  səlahiyyət  agentlik  müqaviləsində  göstərmək  şərtilə 
agentlərə də verilə bilər. 
 
-  Agent  müqavilə  ilə  sığortaçının  adından  və  onun  verdiyi  səlahiyyət 
daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun 
adından sığorta müqaviləsi bağlaya bilər. 
 
-  İkinci  dərəcəli  agent  sığortaçı  ilə  müqavilə  əsasında  agentlik  fəaliyyəti 
göstərən fiziki və ya hüquqi şəxsdir. 
 
İkinci  dərəcəli  agentlərə  sığorta  müqaviləsi  bağlamaq  və  sığorta  haqları 
qəbul etmək səlahiyyəti verilmir. 
 
- Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və 
digər  məsul  işçiləri  işlədikləri  sığortaçının  agenti  ola  bilməzlər.  Bu  tələb  sığorta 
agentinin funksiyasını həyata keçirən banklara aid edilmir. 
KitabYurdu.az 
73
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə