münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq
dövlət
xəzinəsinə ödənilməsinə əsaslanır.
Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli
kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin
xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün
kredit alır.
Dövlət maliyyəsinin tərkib hissələrindən biri də
sığorta fondudur. Sığorta
fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərələrin ödənilməsini təmin
edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım
edir.
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif
mülkiyyət formalı
müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar
ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət
göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat
subyektidir, hüquqi şəxsdir.
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da
sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər
kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.
Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri
daxildir:
kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi;
qeyri – kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi;
dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi;
ictimai təşkilatların (birliklərin) maliyyəsi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən
kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi
mənfəət götürməkdir.
Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri,
təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar
müəssisələri formasında yaradıla bilərlər.
İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini
mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması
hesabına formalaşdırır. Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də
istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit
formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı;
konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.
Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə
resurslarının əksəriyyət hissəsi burada formalaşır. Maliyyə sisteminin ümumi
durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və
maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların
balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün
səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayır.
Büdcədən sosial sferanın, iqtisadiyyatın, investisiya proqramının, müdafiənin,
ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir.
KitabYurdu.az
18
1. Maliyyənin idarə edilməsinin mahiyyəti və
metodları
İdarəetmə dedikdə, müəyyən nəticələrə nail olmaq üçün məcmu üsul və
metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsir başa düşülür.
İdarəetmə fəaliyyətinin mühüm sahəsi maliyyənin idarəedilməsindən
ibarətdir. O xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və
sanksiyaların köməyi ilə həyata keçirilir.
Digər idarəetmə sistemlərdə olduğu kimi maliyyənin idarə edilməsində də
idarəetmənin obyektləri və subyektləri vardır.
İdarəetmənin obyekti kimi pul
gəlirlərinin və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət
tərəfindən istifadəsi ilə əlaqədar olan maliyyə münasibətləri ilə çıxış edir.
İdarəetmə subyekti isə idarəetməni həyata keçirən təşkilatı struktur hesab edilir.
Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq,
idarəetmə obyekti
onların sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta
münasibətləri, dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara
ayrılır. Onlara müəssisələrin maliyyə xidməti (şöbələri), sığorta orqanları, maliyyə
orqanları və vergi idarələri kimi idarəetmə subyektləri uyğun gəlir. Maliyyənin
idarəedilməsini həyata keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı
hesab edilir.
İdarəetmə subyektləri maliyyə münasibətlərinin hər bir sahəsində və hər bir
həlqəsində maliyyəyə məqsədyönlü təsirin spesifik metodlarından istifadə edirlər.
Eyni zamanda onlara idarəetmənin vahid metod və üsulları da məxsusdur.
Maliyyənin idarəedilməsində
planlaşdırma, operativ idarəetmə, nəzarət kimi
mühüm funksional elementləri ayırmaq olar.
Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur.
Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini
hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir,
onların daha səmərəli istifadə edilməsi istiqamətlərini müəyyən edir. Plan qərarları
mühasibat, statistik və operativ hesabatlara əsaslanan maliyyə informasiyasının
təhlili əsasında qəbul edilir.
Operativ idarəetmə cari maliyyə vəziyyətinin operativ təhlili əsasında
işlənib hazırlanan kompleks tədbirləri ifadə edir və maliyyə resurslarının yenidən
bölüşdürülməsinin köməyi ilə az xərclə daha yüksək səmərə əldə etmək məqsədini
güdür.
Operativ idarəetmənin əsas məzmununu təsərrüfat fəaliyyətini
yaxşılaşdırmaq üçün maliyyə resurslarının səmərəli istifadə edilməsindən ibarətdir.
Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O,
maliyyə resurslarının istifadəsi üzrə faktiki nəticələri plan göstəriciləri ilə
müqayisə etməyə, maliyyə resurslarının artırılması və onların daha səmərəli
istifadə edilməsi ehtiyatlarını aşkar etməyə imkan verir.
Maliyyənin idarə edilməsinin
strateji (ümumi) və
operativ formaları
fərqləndirilir. Strateji idarəetmə proqnozlaşdırma vasitəsilə perspektiv maliyyə
resurslarının müəyyən edilməsində, məqsədli proqramın reallaşdırılması üçün
maliyyə resurslarının həcmini təyin etməkdə və s. istifadə olunur. O, dövlət və
təsərrüfat idarəetmə orqanları tərəfindən: AR-nın Milli Məclisi, Prezident Aparatı,
KitabYurdu.az
20